Məhkəmə qərarları › İş №2(050)-1813/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1813/2024

29.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1813/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər X8, X3, X14, X15, X4, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxslər X8, X3, X14, X15, X4, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışla onunla, üçüncü şəxslər-Qədir Abbasov, Afər Tağıyeva, Aynurə Zeynalova və mərhum Həzrətqulu Abasovun hər birinin 1/5 payının müəyyən edilməsi və 30 may 2013-cü ildə vəfat etmiş mərhum X1 miras qalmış Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0,5685 ha payıbəlli torpaq sahəsinin 1/5-dən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X16 ilə nikahlarını 11 sentyabr 1967ci ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından Cavabdeh, Abbasova Kamalə, Abbasova Bəyim, Abbasov Qədir, Abbasova Afər, Abbasova Aynurə adlı uşaqları olmuşdur. Ailə həyatı qurandan sonra Bəyim Müseyibova, Afər Tağıyeva və Aynurə Zeynalova soyadını qəbul etmişdir. X33 30 may 2013-cü il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum və uşaqları Qədir, Afər və Aynurə ilə birgə mülkiyyətlərində Masallı rayonu, Köhnə Alvadı kəndində 0,5685 ha hapayıbəlli torpaq sahəsi olmuşdur. Həmin torpaq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışla mülkiyyətlərində olmaqla, qeyd olunan mülkiyyət sənədində mərhumla birlikdə 5 nəfər şəxsin adı qeyd edilmişdir. Yəni qeyd olunan paybəlli torpaq sahələrinin 1/5-i mərhum Həzrətqulu Abbasovdan miras qalmışdır. Bütün övladları ailə həyatı qurub köçmüş, həyətdə olan evdə yalnız o qalmışdır. Yalnız o, mərhumdan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə etmiş, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən üçüncü şəxslər buna etiraz etməsələr də, cavabdeh notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum ərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, üçüncü şəxslər mirası sənədləşdirmək istəyərkən üçüncü şəxslər buna etiraz etməsələr də, cavabdehin mövqeyi bəlli olmamışdır. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh, üçüncü şəxslər X8, X3, X14, X15, X4 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. X32 “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək iş yükünün ağırlığı ilə əlaqədar işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə Abbasova (Bağırova) Xanımnisə Nəbi qızı ilə nikahlarını 11 sentyabr 1967-ci il tarixdə rəsmiləşdirmişlər və 17 saylı qeydiyyat aparılmışdır. Ölüm haqqında arayışdan görünür ki, X26 01 iyun 2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X17, X10, X19, X20 və X11 vərəsəlik işi əlaqədar bildirmişdir ki, Həzrətqulu Abasovdan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyildirlər. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürürlər. Doğum haqqında arayışlardan görünür ki, X18 06 noyabr 1969-cu ildə, X19 24 yanvar 1975-ci ildə, X21 10 avqust 1977-ci ildə doğulmuşlar. Onların anaları İddiaçı, ataları isə X5r. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Köhnə Alvadı 0,5685 ha torpaq sahəsi X12, X13, İddiaçı, X6 və X7 ümumi birgə mülkiyyətindədir və X12 adına çıxarış verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmənin tədqiq etdiyi sübutlardan, iddiaçı tərəfin izahatından məlum olur ki, İddiaçı mərhum əri X1 qalmış mirası faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı, iddiaçı tərəfin izahatı ilə, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər ilə bu fakt öz təsdiqini tapmışdır. İddiaçı mərhum Həzrətqulu Abasovun vəfatından sonra torpaq sahəsində yerləşən evdə yaşamaqla, təsərrüfatı idarə etmişdir. Bu əsas verir ki, İddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda onun nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Bununla yanaşı digər vərəsələr, X17, X10, X19, X20 və X11 miras əmlakı faktiki qəbul etmədiklərini notarial qaydada təsdiqlənmiş ərizələri ilə etiraf etmişlər. Vərəsələrdən yalnız Cavabdeh mövqeyi məlum olmamışdır. Belə olan halda yeganə qanun üzrə vərəsə İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: -223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. -223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. -223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışı ilə ümumi mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyan X6 1/5 payı vardır. Həmçinin qeyd olunmalıdır ki, ümumi mülkiyyətdə olan digər mülkiyyətçilərin də həmi ümumi mülkiyyətdə 1/5 payları vardır. Belə olan halda İddiaçı mirası qəbul etmiş olması nəzərə alınarsa, ümümi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: -X12 1/5, X2 1/5, X13 1/5, X26 1/5 payı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışla nəzərdə tutulmuş 0.5685 ha payıbəlli torpaq sahəsinin 01 iyun 2013-cü il tarixdə vəfat etmiş X9 məxsus 1/5 hissəsinin birinci növbədən vərəsəsi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışla nəzərdə tutulmuş 0.5685 ha payıbəlli torpaq sahəsində paylar aşağıdakı qaydada müəyyən edilsin: X12 1/5, X2 1/5, X13 1/5, İddiaçı 1/5 payı. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar