Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1889/2025 24.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi faktiki tərbiyəçisi olması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 12 iyun 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş və 08 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasında ölmüş X4 5 yaşından etibarən yetkinlik yaşına (18 yaşına) çatana qədər faktiki tərbiyəçisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, mərhum X4 doğma əmisidir. Qardaşı oğlu X12 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X2, atası X9 olmuşdur. X11 iki övladı olmuş, ilk övladı Anar, ikinci övladı isə X13 olmuşdur. Fuad xx.xx.1977-ci il tarixdə anadan olmuş və xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Fuad vəfat etdikdən sonra qardaşı Rauf ailəsini ataraq getmiş, övladı və ailəsi ilə maraqlanmamışdır. Bu səbəbdən qardaşı Raufun oğlu Anar 1979-cu ildən onun mərhum anasının yanında qalmaqla 4-5 yaşından daimi olaraq onun himayəsi və tərbiyəsi altında olmuş, onun böyüməsi və təhsili onun tərəfindən qarşılanmış, daha sonra ali təhsil almış və Anara Bakı şəhərində mənzil almışdır. 2024-cü ilin əvvələrinədək Anar Bakı şəhərində yaşamış və daha sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2024-cü ilin sonlarında ona məlum olmuşdur ki, Anar Rusiya-Ukrayna müharibəsində həkim olaraq Rusiya tərəfindən müharibədə iştirak etmiş və xx.xx.2024-cü il tarixdə orada vəfat etmişdir. Daha sonra çox böyük çətinliklərlə Anarın nəşini Azərbaycan Respublikasına gətirmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Dağüstü 1” qəbiristanlğında dəfn etdirmişdir. Anarın atası Rauf xx.xx.1994-cü il tarixdə, anası Zenfıra isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anarın ailəsi və övladları olmamışdır. Onu böyüdüb başa çatdıran yeganə şəxs o, olmuşdur. Anar Rusiya Federasiyasında müharibədə vəfat etdikdən sonra RF-nin qanunvericiliyinə əsasən müharibədə həlak olan hərbiçilərin ailə üzvlərinə, tərbiyəçi və himayəçilərinə birdəfəlik müavinatın verilməsi nəzərdə tutulmuşdur. Tərəfindən RF-a belə bir müraciət edilmiş, lakin ona rəsmi olaraq cavab vermişlər ki, həmin müavinat ona yalnız o halda verilə bilər ki, o, məhkəmə qaydasında həmin şəxsin faktiki tərbiyəçisi olaraq tanınmış olsun. Bununla bağlı o, rəsmi qeydiyyatda olduğu Bakı şəhəri, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına müraciət etmiş, lakin oradan ona rəsmi cavab verilərək bu barədə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Belə olan halda o, hazir ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə tərəfindən onun yəni Ərizəçi qardaşı oğlu X4 5 yaşından etibarən yetkinlik yaşına (18 yaşına) çatana qədər faktiki tərbiyəçisi olması faktı müəyyən edilməlidir. Belə ki, qeyd edilən faktı başqa cür təsdiq edə bilmir, bu isə ona himayəsində olmuş şəxsin Rusiya Federasiyasında hərbi xidmət zamanı ölən şəxsə görə ödənilən birdəflik müavinatın alınması üçün lazımdır. O, hazırda Masallı rayonu, Şərəfə kəndində yeni almış olduğu evdə yaşadığından (həmin evin adına qeydiyyata alınması ilə bağlı sənədləşmə işləri aparılır) qeyd edilən hüquqi faktın müəyyən edilməsi ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi-vəkili Vəkil məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qisimində dindirilmiş X28 ifadəsində göstərdi ki, ərizəçi Nizami Şıxzamanov onun əridir. X18 isə onun qaynı oğlu olmuşdur. Qaynı oğlu X12 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X2, atası X9 olmuşdur. X19 və Fuad adlı iki uşağı olmuşdur. Fuad xx.xx.1977-ci il tarixdə anadan olmuş və xx.xx.1979cu il tarixdə vəfat etmişdir. Fuad vəfat etdikdən sonra qaynı Rauf ailəsini ataraq getmiş, övladı və ailəsi ilə maraqlanmamışdır. Anar 1979-cu ildən onun mərhum qayınanasının yanında qalsa da, 4-5 yaşından daimi olaraq əri Nizaminin himayəsi və tərbiyəsi altında olmuş, onun böyüməsi və təhsili əri Nizami tərəfindən qarşılanmışdır. 2024-cü ilin əvvələrində Anar işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2024-cü ilin sonlarında onlara məlum olmuşdur ki, Anar Rusiya-Ukrayna müharibəsində həkim olaraq Rusiya tərəfindən müharibədə iştirak etmiş və xx.xx.2024-cü il tarixdə orada vəfat etmişdir. Daha sonra Anarın nəşi əri Nizami tərəfindən Azərbaycana gətirilmiş və Yasamal rayonu ərazisində yerləşən “Dağüstü 1” qəbiristanlğında dəfn edilmişdir. Anarın atası Rauf xx.xx.1994-cü il tarixdə, anası Zenfıra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anarın ailəsi və övladları olmamışdır. X34 böyüdüb başa çatdıran və tərbiyyəçisi olan yeganə şəxsdir. Məhkəmə iclası zamanı şahid qisimində dindirilmiş X23 şahid X29 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş: - Masallı RİHB-nın Şərəfə kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 167 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, Masallı rayonu, Şərəfə İƏD-nin Şərəfə kəndində faktiki olaraq yaşayır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən ailə tərkibinə dair məlumatlar barədə verilmiş 01 fevral 2025-ci il tarixli, 3-168/8-15297 saylı arayışdan görünür ki, X12 xx.xx.1975-ci ildə anadan olmuş, 08 dekabr 2024-cü ildə ölmüş, onun ailə üzvləri-atası X9 xx.xx.1950 anadan olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmiş, anası X3 xx.xx.1949-cu ildə anadan olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, qardaşı X13 xx.xx.1977-ci il tarixdə anadan olmuş, xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 08 dekabr 2024-cü ildə Rusiya Federasiyası, Donesk Xalq Respublikasının, Artyömosk rayonu, Soledar-3 şəhərində ölmüşdür. - Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli, 196 saylı arayışdan görünür ki, X12 Bakı şəhəri, Yasamal rayonu, X26 küçəsində yerləşən “Dağüstü 1” qəbiristanlığının 9-cu sektorun 9/918 nömrəli sahədə dəfn olunmuşdur və xərclərini Ərizəçi çəkmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 14 dekabr 2019-cu ildə Bakı şəhərində kardiogen şok səbəbindən ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 03 noyabr 2015-ci ildə Bakı şəhərində süd vəzinin xərçəngi səbəbindən ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 17 may 1974-cü ildə Bakı şəhərində beyinə qansızma səbəbindən ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 18 sentyabr 1991-ci ildə Bakı şəhərində kəskin ürək-damar çatmamazlığı səbəbindən ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X16 15 may 2004-cü ildə Bakı şəhərində ürəyin dayanması səbəbindən ölmüşdür. - 01 fevral 2025-ci il tarixli arayışdan görünür ki, 26 noyabr 1950-ci ildə Bakı şəhərində doğulmuş X1 dəyişmiş, dəyşiylikdən sonra soyadı Şeyxzamanov, adı Rauf, atasının adı Eyyub oğlu olmuşdur. Bu barədə 13 noyabr 1976-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 79 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunmuşdur. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 13 mart 1979-cu ildə Bakı şəhərində iki tərəfli pnevmoniya səbəbindən ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 11 noyabr 1994-cü ildə Bakı şəhərində beynin zədələnməsi və beyinə qansızma səbəbindən ölmüşdür. - 24 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X10 18 may 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuş, atası X16, anası X15 olmuşdur. Məhkəmə ərizəçinin, onun nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi mərhum X4 doğma əmisidir. Anar Şeyxzamanov xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X2, atası X9 olmuşdur. Ərizəçinin X11 iki övladı olmuş, ilk övladı Anar, ikinci övladı isə Fuad olmuşdur. Fuad xx.xx.1977-ci il tarixdə anadan olmuş və xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Fuad vəfat etdikdən sonra Rauf ailəsini ataraq getmiş, övladı və ailəsi ilə maraqlanmamışdır. Anar 1979-cu ildən ərizəçinin mərhum anasının yanında qalmış, 4-5 yaşından daimi olaraq ərizəçinin himayəsi və tərbiyəsi altında olmuş, onun böyüməsi və təhsili onun tərəfindən qarşılanmışdır. 2024-cü ilin əvvələrində Anar işləmək üçün Rusiya Federasiyasına getmiş, 2024-cü ilin sonlarında Rusiya-Ukrayna müharibəsində həkim olaraq Rusiya tərəfindən müharibədə iştirak etmiş və xx.xx.2024-cü il tarixdə orada vəfat etmişdir. Daha sonra ərizəçi Anarın nəşini Azərbaycana gətirmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Dağüstü 1” qəbiristanlğında dəfn etdirmişdir. Anarın atası Rauf xx.xx.1994-cü il tarixdə, anası Zenfıra isə xx.xx.2019-cu il tarixdə vəfat etmiş, Anarın ailəsi və övladları olmamışdır. Onu böyüdüb başa çatdıran yeganə şəxs ərizəçi olmuşdur. Anar Rusiya Federasiyasında müharibədə vəfat etdikdən sonra RF-nin qanunvericiliyinə əsasən müharibədə həlak olan hərbiçilərin ailə üzvlərinə, tərbiyəçi və himayəçilərinə birdəfəlik müavinatın verilməsi nəzərdə tutulmuşdur. Ərizəçi tərəfindən Rusiyya Federasiyasına belə bir müraciət edilmiş, lakin ona rəsmi olaraq cavab vermişlər ki, həmin müavinat ona yalnız o halda verilə bilər ki, o, məhkəmə qaydasında həmin şəxsin faktiki tərbiyəçisi olaraq tanınmış olsun. Ərizəçinin Anarın 5 yaşından etibarən yetkinlik yaşına (18 yaşına) çatana qədər faktiki tərbiyəçisi olması məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadəsi və digər sənədlərlə təsdiq olunur. Hazırda faktın təsdiqi ərizəçiyə Rusiya Federasiyasında hərbi xidmət zamanı ölən şəxsə görə ödənilən birdəflik müavinatın alınması və digər sənədləşmə işlərinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi 12 iyun 1975-ci tarixdə Bakı şəhərində anadan olmuş və 08 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasında ölmüş X4 5 yaşından etibarən yetkinlik yaşına (18 yaşına) çatana qədər faktiki tərbiyəçisi olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 12 iyun 1975-ci tarixdə Bakı şəhərində anadan olmuş və 08 dekabr 2024-cü il tarixdə Rusiya Federasiyasında ölmüş X4 5 yaşından etibarən yetkinlik yaşına (18 yaşına) çatana qədər faktiki tərbiyəçisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1889/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1889/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver