Məhkəmə qərarları › İş №2(050)-1906/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1906/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1906/2023 25.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı Masallı Rayon Xırmandalı Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpağın qanunsuz sahiblikdən geri alınması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Masallı Rayon Xırmandalı Bələdiyyəsi cavabdeh Masallı Rayon Xırmandalı Bələdiyyəsi oğluna qarşı torpaq sahəsindən çıxarılma, torpağın qanunsuz sahiblikdən geri alınması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Masallı Rayon Xırmandalı Bələdiyyəsi məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Masallı Rayon Xırmandalı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpağın qanunsuz sahiblikdən geri alınması, maneələrin aradan qaldırılması və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı Masallı Rayon Xırmandalı Bələdiyyəsi qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar