Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1911/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin və əmlakların evdən çıxarılması, evinə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması» tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin və əmlakların evdən çıxarılması, evinə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə 12 iyun 2023-cü il saat 10:50-ə təyin edilmiş məhkəmə baxışı iclasına həmin iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər gəlməmişlər. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin və əmlakların evdən çıxarılması, evinə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1911/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1911/2023
12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver