Məhkəmə qərarları › İş №2(050)-192/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-192/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-192/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 edən, məhkəmə iclasının katibi X7, iddiaçılar (digər iddiaçıların nümayəndəsi) İddiaçı1, İddiaçı4, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 nikaha daxil olduğu və nikahdan əvvəl faktiki olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadığı və onların birgə nikahından doğulmuş övladların hazırki vaxtadək qeydiyyatda olduğu, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 anadan olduqları tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadıqları, hazırki vaxtadək qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndindəki ailə üzvlərinə məxsus fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı Masallı rayonu, Səmidxan kəndinə yerləşən fərdi yaşayış evinə küçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh ilə nikahları 27 oktyabr 1999-cu il tarixdə, 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Cavabdehlə İddiaçı1 toyları el adəti ilə faktiki olaraq xx.xx.1997-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində keçirilmişdir. Həmin tarixdən ailə üzvləri Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində yaşamışlar. Cavabdeh ilə İddiaçı1 birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı4 doğulmuşlar. Hazırda birgə nikahdan doğulan övladların hər üçü müstəqil şəxslərdir və anaları İddiaçı1 ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülməkləri məqsədilə iddia tələbi irəli sürmüşlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ilə bir yerdə yaşamaq, ailə təsərrüfatını birgə idarə etmək çox dözülməzdir. Cavabdeh spirtli içki aludəçisidir. Cavabdeh vaxtaşırı olaraq spirtli içkilər qəbul edərək ailədə səs-küy salır, qarşısına kim çıxırsa onu nəlayiq söyüşlərlə təhqir edir və hətta əldə qaldırmışdır. Cavabdehin bu hərəkətlərinə görə ailə üzləri 22 avqust 2021-ci il tarixdən etibarən birgə olaraq kirayədə yaşayırlar. Yaşayış üçün başqa mənzilləri yoxdur. Neçə illərdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 kirayədə yaşayırlar. Cavabdeh bir dəfə də olsa, onları öz evlərində yaşamağa dəvət etməmişdir. Evə getmək istədikdə insan ləyaqətini alçaldan, aşağılayan söyüşlərlə ailə üzvləri olan iddiaçıları təhqir etməklə evdən qovub və qovur. Hal-hazırda imkansız olaraq iddiaçılar birlikdə kirayədə yaşayırlar. Birgə nikahdan doğulan İddiaçı2 ailə qurmuşdur, amma buna baxmayaraq İddiaçı2 də atası evinə, qeydiyyatda olduğu ünvana gəlib-getmək hüququ vardır. Qeydiyyatda olduqları evinə köçürdükdən sonra cavabdeh onların evə gəlməsinə maneçilik törədər, ona görə də, iddiaçı qismində Fəridə də çıxış etmək qərarına gəlmişdir. Qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndində yaşayış üçün normal şərait və yaşayış sahəsi qənaətbəxşdir.İddiaçı1 26 il bundan əvvəl valideynləri tərəfindən verilən cehiz ləvazimatları mebellər, yataq dəstləri və təsərrüfat əşyaları həmin evdə yerləşir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 aid olan geyim ləvazimatları və gündəlik işlənən paltarlar qeydiyyatda olduqları Masallı rayonu, Səmidxan kəndində fərdi yaşayış evində saxlanılır. Doğrudur, iddiaçılar indiyədək yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evində heç bir işə qarışmamışlar, evdə böyüklərin dediklərinə əməl etmişlər, həmin ev onlarında evləridir. İddiaçıların İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 həmin evdə qeydiyyatda olduğu üçün və həmin evdə uzun müddət yaşadıqları üçün, həmin evdə yaşayış hüquqları olduğu üçün, həmin evdə yaşamalıdırlar, ayrı giriş çıxışları olmalıdır, hər dəfə yaşayacaqları evə giriş-çıxış zamanı onları sevməyənlərin görməsi münaqişə ilə qarşılana bilər. İddiaçı1 nikaha daxil olduğu və nikahdan əvvəl faktiki olaraq xx.xx.1997-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadığı və hazırki vaxtadək qeydiyyatda olduğu, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 anadan olduqları tarixdən xx.xx.2021-ci il tarixədək həmin fərdi yaşayış evində yaşadıqları, hazırki vaxtadək qeydiyyatda olduqları və birgə yaşadıqları Masallı rayonu, Səmidxan kəndindəki ailə üzvlərinə məxsus fərdi yaşayış evinə köçürülmələri barədə verdikləri iddia tələbi əsaslı və qanuni olduğu üçün məhkəməyə müraciət etmişdir. İddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahları 27 oktyabr 1999-cu il tarixdə, 22 nömrəli akt qeydi ilə qeydə alınmışdır, cavabdehlə toyları el adəti ilə faktiki olaraq xx.xx.1997-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində keçirilmişdir, həmin tarixdən ailə üzvləri Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində yaşamışlar, Cavabdeh ilə birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı4 doğulmuşlar, ona görə də, yaşadıqları və qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülməkləri məqsədilə iddia tələbi irəli sürmüşlər, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı4 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək cavabdeh atası Cavabdeh məxsus Masallı rayonu, Səmidxan kəndində olan fərdi yaşayış evində doğulması və yaşadığı üçün və cavabdeh tərəfindən mübahisəli evə buraxılmadığı üçün Cavabdeh ilə birgə yaşadıqları evə köçürülməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izhatında iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Xeyri uşaqları ilə birlikdə 4 il öncə evdən çıxıb getmişdir, dəfələrlə Xeyriyə və uşaqlarına evə qayıtması üçün danışıqlar aparsa da, heç bir nəticəsi olmamışdır. Həmçinin, o, uşaqlarının saxlanılmasında öz atalıq borcunu yerinə yetirmişdir. Uşaqlarını yedizdirmiş, geydirmiş və təhsil almaları üçün hər cür şərait yaratmışdır. Lakin Xeyri tərəfindən qız uşaqlarının pis yola salınmasını müşahidə etdiyi üçün Xeyri ilə tez-tez aralarında mübahisə yaranmışdır. Qeyd edilən səbəblərdən və hazırda qız uşaqlarının ailələli olması, oğlu və Xeyrinin isə yaşamaq üçün evlərinin olmasının nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 27 oktyabr 1999-cu il tarixdə Masallı rayon Şərəfə ərazi nümayəndəliyində 22 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Süleymanova soyadı verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 500 saylı arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri əri Cavabdeh, qızı İddiaçı2, qızı İddiaçı3, oğlu İddiaçı4 ibarətdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 501 saylı arayışdan görünür ki, İddiaçı1 Masallı rayonu 1-ci Səmidxan kəndində qeydiyyatdadır və yaşayır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 500 saylı arayışdan görünür ki, İddiaçı1 Masallı rayonu 1-ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və əri Cavabdeh ibarət ailə üzvü vardır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 501 saylı arayışdan görünür ki, Cavabdeh Masallı rayonu 1-ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və arvadı İddiaçı1 ibarət ailə üzvü vardır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 758 saylı arayışdan görünür ki, X2 Masallı rayonu 1-ci Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfatbaşına kitabın 219 saylı hesabında 1985-ci ildə tikilmiş 2 mərtəbə, 5 otaqdan ibarət fərdi yaşayış evi və arvadı İddiaçı1 ibarət ailə tərkibi vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı1 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahlarından üç nəfər uşaqları anadan olmuşdur. Tərəflərin 1985-ci ildə Masallı rayonu Birinci Səmidxan kəndində 2 mərtəbədən, 5 otaqdan ibarət fərdi yaşayış evi inşa edilmiş və birilkdə həmin evdə yaşamışlar. Daha sonra münasibətləri pozulduğundan ayrılmalı olmuşlar. Ayrıldıqdan sonra cavabdeh iddiaçıları həmin fərdi yaşayış evindən çıxarmışdır. İddiaçılara məxsus cehiz əmlaklar və digər zəruri əşylar hazırda həmin evdə yerləşir. Həmçinin fərdi yaşayış evi dövlət qeydiyyatından keçməməklə özbaşına tikilidir. İddiaçılar hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin fərdi yaşayış evinə köçmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci hal mübahisəsizdir. Yəni iddiaçı tərəf köçmək istədiyi evdə uzun illər yaşamışdır. 2-ci hala münasibətdə qeyd edilməlidir ki, şəxs hazırda yaşamış olduğu evə daxil ola bilmir. Buna səbəb cavabdehin yaratmış olduğu maneələrdir. Bu isə mahiyyət etibarı ilə yaşadığı yerdən məhrum edilməyə bərabərdir. 3-cü halın mövcudluğuna dair isə qeyd edilməlidir ki, cavabdeh və iddiaçılar mübahisəli fərdi yaşayış evinə münasibətdə eyni hüquqa malik şəxslərdir. Belə ki, mübahisəli fərdi yaşayış evi rəsmi reyestrdə qeydiyyatdan keçməmişdir. Hazırki vəziyyətdə cavabdeh mübahisəli evdə yaşamaq hüququnun olduğunu hesab edirsə, o zaman bərabərlik prinsipi baxımından iddiaçlarının da həmin evdə yaşamasına mane olmamalıdır. Odur ki, məhrum etmə qanuni deyildir. Hazırki iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğuna baxmayaraq mübahisəli məsələnin maddi hüquqi əsasları olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçların da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, o, mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Masallı rayonu, Birinci Səmidxan kəndində yerləşən 1985-ci ildə tikilmiş Cavabdeh yaşadığı və istifadəsində olan 2 mərtəbəli, 5 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar