Məhkəmə qərarları › İş №2(050)-1946/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1946/2025

30.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1946/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Masallı regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “miras əmlakın qəbul edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum 14 yanvar 2005-ci il tarixdə öİmüş bibisi X1 miras qalmış (Masallı Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 23 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün veriİmiş Masallı rayonu, Qodman kəndində yerləşən 0.22 ha torpaq sahəsi) əmlakın 28 avqust 2008-ci il tarixdə öİmüş atası X2İu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə kimi onun, yəni İddiaçı tanınması, həmin daşınmaz əmlakdan mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

2. İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehlər və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı və cavabdehlər gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, iddiaçı tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 məktub göndərərək iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir

3. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İş materialları: İddiaçı 30 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunur. "xxxx" ASC-nin qəbzindən görünür ki, (qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 08:38) İddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 260.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

6. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı: Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır.

Məhkəmə xərcləri:

9. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır.

Nəticə:

10. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır.

11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Masallı regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “miras əmlakın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 08:38) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar