Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsirov Saday Vəkil oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X7, X4, X8, X9, X5, X3, X1, X6 və X12 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus əmlaka vurduğu 85.000 (səksən beş) min manat ziyanın alınması, zəbt etdiyi 1589 m2 torpaq sahədən çıxarılmaqla mübahisəli sahələrdə aparılan tikinti işlərinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasında dövlət mülkiyyətlərin özəlləşdirilməsi ilə əlaqədar Masallı rayonun Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikini qanuni əsaslarla özəlləşdirmişdir.Həmin əmlaka dair şəhadətnamə və texniki pasport hazırlanmış və mülkiyyətçi kimi xx.xx.1999-cu il tarixində alıcının mülkiyyəti kimi qeydiyyata alınmışdır.Özəlləşdirilən mülkiyyətin altında və ətrafında olan torpaq sahələrinin üstündə yerləşən torpaq sahəsinin müəyyən sahəsi və obyektə məxsus yardımçı tikililəri metal hasarlar, su hövuzu və 27 ədəd müxtəlif ağacları kəsərək, torpaq qanunsuz zəbt edilmişdir.Həmin torpaq sahəsində ev tikilməyə başlanmışdır.Bununla da Cavabdeh özbaşınalıq edərək, qanunsuz onun mülkiyyətinə ziyan vurmaqla, qeyd edilən torpaq sahəsini zəbt etmiş və hazırda orada tikinti işləri aparılır.Bununla da cavabdeh ona 85.000 (səksən beş) min manat ziyan vurmuşdur.Qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq, obyektlərin altında və ətrafında olan torpaq sahəsi sənəd üzrə 32823.8 kv metr olmaqla dövlət mülkiyyətindədir.Lakin həmin torpaq sahələri istifadə olmasına baxmayaraq bu vaxta kimi həmin torpaq sahəsini cavabdeh zəbt etdiyinə görə özəlləşdirə bilmir.Həmin torpaq sahəsində yerləşən binaya və qurğuya mülkiyyət hüququ keçərəkən torpaq sahəsinə hüquqlar binanı, qurğunu əldə edənə keçir.Ona görə də həmin torpaqlara əmlak hüquqları sayılır.Cavabdeh 15 ədəd daş-bazar (panel) hasar, 65 metr (1350 x 02) dəmir məhəccərlərin su 10 x 10 ölçüdə su hövuzunu, yeməkxana binasını sökmüş, 27 ədəd müxtəlif ağacları qırmış, 0.16 hektara yaxın mülkiyyətində olan əmlaka məxsus torpaq sahəsini qeyri-qanuni zəbt edərək özbaşına tikinti apararaq ona küllü miqdarda ziyan vurmuşdur.Bunlardan başqa cavabdeh özbaşına və qanunsuz olaraq 0.16 hektar torpaq sahəsini zəbt etdiyindən və həmin torpaq sahəsində hasar tikdiyindən cavabdehin əməlində cinayətin tərkibi olması faktın olması barədə qərar qəbul edilməsi və bu barədə olan qərar prokurora göndərilməlidir.Bütün bunları nəzərə alıb cavabdehin Masallı rayonun Bədəlan kəndindəki mülkiyyətində olan Daşınmaz əmlakına vurduğu 85.000 manat maddi ziyan, 0.16 hektar torpaq sahəsində tikdirdiyi tikintilər sökülməli və torpaq sahələri əvvəlki vəziyyətə gətirilməlidir. İddia tələbində Cavabdeh iddiaçıya məxsus əmlakına vurduğu 85.000 (səksən beş min) manat ziyanın alınması, zəbt etdiyi 1589 m2 torpaq sahəsindən çıxarılmaqla mübahisəli sahələrdə aparılan tikinti işlərinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, hazırda ekspert rəyi ilə razı olmadığını və ziyan olaraq hesablanmış məbləğlə razı deyildir. Belə ki, ona daha çox ziyan dəymişdir.Belə ki, məhv edilmiş hovuz və hasarlar alqı-satqı zamanı ona satılmış və şəhadətnamə əsasında onun və digər şəxslərin mülkiyyətinə verilmişdir. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul edərək iddianın ziyan hissəsində təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsirov Saday Vəkil oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X7, X4, X8, X9, X5, X3, X1, X6 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə gəlməyən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nəsirov Saday Vəkil oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X7, X4, X8, X9, X5, X3, X1, X6 və X12 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan tələbi barədə iddia aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.1999-cu il tarixli şəhadətnamədən görünür ki, X7, X4, X8, İddiaçı, X9, X5, X3, X1, X6 Masallı rayonu Bədəlan kəndində 1 nömrəli Çay fabrikinə dair sahiblik hüququ təsdiqlənmişdir. İş materiallarında olan 19 may 2021-ci il tarixli aktdan görünür ki, Masallı rayonu Bədəlan kəndində araşdırılma aparılarkən kəndin mərkəzi hissəsində Ərkivan-Boradigah yolunun sol tərəfində yerləşən 1 saylı Çay fabrikinə məxsus olan dövlət mülkiyyətində olan torpaq sahəsinin mişar daşlarından inşa edilmiş hasar vasitəsi ilə əhatəyə alındığı aşkar edilmişdir.Araşdırma zamanı hasar daxilində JN-636A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Nəsirov Saday Vəkil oğlunun (0.06 ha) və JN-637A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh (0.06 ha) mülkiyyətlərində olan cəmi 0.12 ha torpaq sahəsinin (2739 m2) 1589 m2 hissəsi 1 saylı Çay fabrikinin Baş Planına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsində piyada keçidləri üçün bir mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır.Sorğu zamanı dövət mülkiyyətində olan torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh tərəfindən hasara alındığı məlum olmuşdur. İş materiallarında olan JN-636A, Kod 80505085 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə Nəsirov Saday Vəkil oğluna Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-637A, Kod 80505018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 42 nömrəli qərarı ilə Cavabdeh Masallı rayonu Bədəlan kəndində 0.06 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********66 saylı məktubunun məzmunundan görünür ki, 1 saylı Çay Fabrikinin yerləşdiyi və onun ətrafında olan torpaq sahələrinə dair hər hansı şəxslə, eləcə də, İddiaçı ilə bağlanılmış icarə müqaviləsi qeydə alınmamışdır. İş üzrə "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 mart 2022-ci il tarixli, 01-103/21 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur.Aparılmış araşdırmalara əsasən, qeyd olunan tikinti işləri Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş ərazidə daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmamışdır.Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılması müəyyən olunmadığı üçün qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 31 mart 2022-ci il tarixli, 10/874 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli, 01-103/21 nömrəli mütəxəssis rəyinə əsasən, Masallı rayonu Bədəlan kendində yerləşən 1 saylı çay fabriki və onun istifadəsinə verilmiş torpaq sahəsinin və Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin yaxınlığında aparılan mübahisəli tikinti işlərinə yerində baxış keçirilməklə koordinatları müəyyən olunmuşdur.Mütəxəssis rəyinə əsasən, qeyd olunan tikinti işlərinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində aparılmadığı və 1 saylı çay fabrikinin istifadəsinə verilmiş torpaq ərazi daş hasar inşa edilməklə və ya digər hər hansı formada zəbt olunmadığı müəyyən edilir. Bu səbəbdən də qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırda yerində mövcud olan (iddiaçı tərəfindən təqdim olunan) mişar daşından inşa edilmiş hasarın təqribən 48 metr hissəsinin Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin iş materiallarına əlavə edilmiş baş planında Xİ nömrə ilə qeyd edilmiş metal hasara, 66 metr hissəsinin isə baş planda X nömrə ilə qeyd edilmiş dəmir-beton hasara uyğun gəldiyi müəyyən edilir.Ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən, fotoşəkilləri təqdim edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edilmişdir (48 metr uzunluğunda dəmir barmaqlıqdan hasar-2400 manat, 66 metr uzunluğunda beton panel hasar (təxminən 11 ədəd) 770 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə iddianın torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ olmadığından və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan iddianın qismən yəni vurulmuş ziyanın ödənilməsi hissədə əsaslı olması qənaətinə gəlir.Belə ki, iş üzrə rəydən məlum olur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı Çay Fabrikinin torpaq sahəsinin ərazi hüdudları daxilində inşa edilməmişdir.Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair məhkəməyə əlavə heç bir sübut təqdim etməmişdir.Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Odur ki, iddia qeyd edilən hissədə torpaq sahəsindən çıxarma, tikintilərin sökülməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi işin halları və işdə olan sübutlarla müəyyən edilmişdir.İddiaçıya dəymiş maddi ziyan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi ilə sübut edilmişdir.Odur ki, iddia maddi ziyan hissədə qismən, yəni 3170 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi ilə müəyyən edilmiş beton panellərin və dəmir çərçivə hasarın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3170 manat müəyyən edildiyindən iddiaçının əmlakına vurulmuş maddi ziyan olaraq cavabdehdən 3170 manat alınıb iddiaçıya verilməsi baxımından ekspert rəyini sübut növü kimi qiymətləndirib qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı yazılı vəsatət verərək iş üzrə ekspertiza təyin edilməsini xahiş etməsinə baxmayaraq əlavə və ya təkrar ekspetiza təyin edilməsinin zəruriliyini əsaslandırmamışdır. Belə ki, işdən görünür ki, iddiaçının zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş ziyan tələbi barədə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur və xx.xx.2021-ci il tarixdə mülki işin məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad qəbul edilmiş və məhkəmənin hazırlıq iclası 05 iyul 2021-ci il tarixə təyin edilmiş, 05 iyul 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və işin məhkəmə iclasında baxılması 22 iyul 2021-ci il tarixə təyin edilmişdir.İş üzrə 22 iyul 2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 mart 2022-ci il tarixli, 10/874 saylı ekspert rəyi, "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli, 01-103/21 nömrəli mütəxəssis rəyi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 15 noyabr 2022-ci il tarixli, 10/5208-9/5724 saylı ekspert rəyi verilmişdir. İş üzrə mülki işin icraatı ekspert rəyləri verildikdən sonra 08 aprel 2022-ci il tarixdə təzələnmiş və 26 aprel 2022-ci il tarixə təyin edilmiş, 26 aprel 2022-ci il tarixdə məhkəmə iclası keçirilmiş, iddiaçı və vəkili məhkəmə iclasında iştirak etmiş, mübahisəli yerə baxış keçirilməsi 10 may 2022-ci il tarixə təyin olunmuş, 10 may 2022-ci il tarixdə iddiaçı və vəkili tərəfindən sübutlar olduğu yerdə iddiaçının və onun vəkilinin iştirakı ilə baxış keşirilməklə yerində müayinə aparılmışdır.11 may 2022-ci il tarixdə məhkəmə iclası 18 may 2022-ci il tarixə təxirə salınmışdır, 18 may 2022-ci il tarixdə iddiaçı, onun vəkili cavabdehin, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər, şəhadətnamədə adları göstərilən şəxslər və X14 iş üzrə müstəqil tələb irəli sürməyən üşüncü şəxs qismində cəlb edilmişlər və məhkəmə iclası 09 iyun 2022-ci il tarixə təxirə salınmışdır, 09 iyun 2022-ci il tarixdə iddiaçı məhkəmə iclasında iştirak etmişdir, iddiaçının vəkilinin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə iclası 30 iyun 2022-ci il tarixə təxirə salınmışdır, 30 iyun 2022-ci il tarixdə iddiaçı və vəkili məhkəmə iclasında iştirak etmiş iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır, xx.xx.2022-ci il tarixdə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra 25 noyabr 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək 15 dekabr 2022-ci il tarixə təyin edilmiş, 14 dekabr 2022ci il tarixdə iddiaçının vəkili məhkəməyə ərizə verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası 26 dekabr 2022-ci il tarixə təxirə salınmışdır, 26 dekabr 2022-ci il tarixdə iddiaçının bacısı ağır xəstə olduğundan iddiaçı məhkəmə iclasına gələ bilmədiyi üçün iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi ilə əlaqədar məhkəmə iclası 12 yanvar 2023-cü il tarixə təxirə salınmışdır, 12 yanvar 2023-cü il tarixdə iddiaçı və vəkili, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər, iddiaçı yenidən iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 oktyabr 2020-ci il tarixli qərarı tədqiq etmişdir və həmin qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı DİN-in 102 XZM-nə və həmin tarixdə Masallı RPŞ-in Boradigah PB-nə ərizə ilə müraciət edərək Masallı rayonu Bədəlan kəndində ona məxsus torpaq sahəsində həmkəndlisi Nəsirov Saday Vəkil oğlunun qanunsuz olaraq ağacları budamasını göstərmişdir. Həmin qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı DİN-in 102 XZM-nə və həmin tarixdə Masallı RPŞ-in Boradigah PB-nə ərizə ilə müraciət edərək Nəsirov Saday Vəkil oğlunun çay fabrikinin hasarlarını sökməyə cəhd etməsini, sonuncunun mübahisə yaradaraq onu təhqir etdiyini göstərmişdir.Qərarla cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh vurduğu ziyana görə 3170 (üç min yüz yetmiş) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq Kapital Bank ASC Qara Qarayev filinalının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 3170 (üç min bir yüz yetmiş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq Kapital Bank ASC Qara Qarayev filialının (kod:200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ ********************, VÖEN **********, Hesab AZ90AİİB********************, Məhkəmə Ekspertizası Xidmətləri MMC-in xeyrinə tutulsun. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti alınaraq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2/2023
27.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver