Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-20/2025 16.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Masallı rayon Yusifli kəndində yerləşən 0.26 ha zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsində inşa etdikləri qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilərək boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Masallı rayon Yusifli kəndində yerləşən 4 sot zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Yusifli kəndində qeydiyyatda olmaqla yaşayır. Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 noyabr tarixli 63 nömrəli qərarı ilə ona ailə üzvləri ilə birlikdə Masallı rayonu Yusifli kəndində 0.26 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğul olur. Cavabdehlər qardaşı Cavabdeh1 və onun oğlu Cavabdeh2 onun torpaq sahəsini zəbt edərək, həmin ərazidə qeyri-qanuni olaraq mişar daşından ev, xırda buynuzlu heyvanları üçün qəhəl, toyuq, ördək və qazları üçün isə hin və torpaq sahəsinin ortasını qazaraq torpağını daşımış və orada göl düzəltmişdir. Torpaq sahəsinin cavabdehlərdən geri alınması barədə cavabdehlərlə dəfələrlə mübahisələri olmuş və bir neçə dəfə də polisə düşmüşlər. Problemli ailə kimi polis qeydiyyatındadılar. Dəfələrlə cavabdehlərdən torpaq sahəsini tələb etsə də heç bir nəticəsi olmamışdır. O, qanunlara və qanunçuluğa inanan bir vətəndaşdır, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: JN-0010 kod 80516048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə Masallı rayonu Yusifli kəndində İddiaçı, X4, X2 və X3 0.26 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 26 fevral 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu Yusifli kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin JN-010 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.26 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mülkiyyətinə verilmiş 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Yusifii kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0.1446 hektaradək torpaq sahəsinin və bu torpaq sahəsində mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Masallı rayonu Yusifli kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi hissəsinə aid olmadığı müəyyənləşdirildi. Masallı rayonu Yusifli kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsinin və bu torpaq sahəsində mövcud olan tikililərin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda cənub-şərq istiqamətində hava xətti ilə 145 metrədək məsafədə yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Yusifli kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin JN-010 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.26 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mülkiyyətinə verilmiş 0.23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 28 aprel 2025-ci il tarixli, 10/2114 saylı ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1705/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Yusifli kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin JN-010 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0,26 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mülkiyyətinə verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Yusifli kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi ərazi kimi plana alınmış 0,1446 hektaradək torpaq sahəsinin və bu torpaq sahəsində mövcud olan tikililərin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Masallı rayonu Yusifli kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi hissəsinə aid olmadığı müəyyən edilmişdir. Masallı rayonu Yusifli kəndi ərazisində Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsinin və bu torpaq sahəsində mövcud olan tikililərin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda cənub-şərq istiqamətində hava xətti ilə 145,0 metrədək məsafədə yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Yusifli kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinin JN-01Q nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0,26 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə mülkiyyətinə verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdiyi torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyləri ilə iddianın əsassız olması qənaətinə gəlinir. Belə ki, hər iki rəydən məlum olur ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər, iddiaçıya məxsus torpaq sahəsində hər hansı tikili tikməmişlər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli və ondan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-20/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-20/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver