Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2067/2025 03.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il tarixdə Masallı rayonu, Babakücə kəndində doğulmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1961-ci ildə Masallı rayonu Babakücə kəndində anadan olmuş X7 ilə 1985-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından dörd övladı dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Ağalar Xancanovla birlikdə Masallı rayonunda yaşamağa başlamışlar. X6 Respublikasına işləmək üçün gedirdi və 6 ay ərzində evə qayıdırdı. Bu bir neçə dəfə oldu, sonuncu dəfə 1998-ci il tarixdə getmiş və ondan bir daha xəbər alına bilinməmişdir. İllərlə Azərbaycan Respublikasında və Qazaxıstan Respublikasının Daxili işlər Naziirliyində axtarışa verilsədə heç bir nəticəsi olmamışdır. Nə ölüsü, nədəki dirisindən məlumatı olmamış, barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(050)-245/2025 saylı qətnaməsi ilə itkin düşmüş hesab edilməsi qət edilmişdir. 1998-ci il tarixdən halhazıradək o, X4 görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. O, hazırda X3 ölümü ilə bağlı sənədləri əldə edə bilmir. X7 ilə birgə nikahda olarkən aldıqları əmlaklar barəsində sərəncam verə bilmir. Bütün bunlar isə onun bir çox hüquqlarını pozmuş olur, eləcədə mülkiyyət hüququnu. Odur ki, göstərilənləri nəzərə alıb X3 məhkəmə qaydasında ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır. Onun həyat yoldaşı X7 olmuş və Masallı rayonu, Babaküçə kəndində yaşamışdır. O, 1993-cü ildən sonra ölkə xaricinə getmiş və bir neçə dəfə gəlmişdir. Sonradan 1998-ci ildə getmiş və bir daha geri qayıtmamışdır. Onunla bağlı heç bir xəbər olmamışdır. Övladlarını Ərizəçi təkbaşına böyütmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi dayısı oğludur. Onun həyat yoldaşı X7 olmuşdur. O, sonuncu dəfə 1998-ci ildə Qazaxstana getmiş və bir də ondan heç bir xəbər olmamışdır. İş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, 13 yanvar 1961-ci il təvəllüdlü X7 ilə xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi arasında 07 yanvar 1985-ci il tarixdə Masallı rayon Böyük Kolatan kənd sovetliyində 02 nömrə ilə nikah qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Xancanov, arvada Cavadova soyadı verilmişdir. Masallı RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2024-cü il tarixli, 552 saylı arayışından görünür ki, Masallı rayonu, Babaküçə kəndində 13 yanvar 1961-ci il tarixdə anadan olan X7 təxminən 1998-ci ildən Sığdaş ərazisində yaşamır. Yaxın qohumlarının dediklərinə görə həmin ildən Qazaxstan Respublikasına getmiş və bu günə kimi əraziyə qayıtmamışdır. Masallı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(050)-2067/2025 saylı qətnaməsi ilə Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin təmin edilməsi, Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961-ci il təvəllüdlü X3 01 yanvar 1989-cu il tarixdən xəbərsiz itkin düşmüş elan edilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 13 yanvar 1961-ci il təvəllüdlü X7 ilə xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi arasında 07 yanvar 1985-ci il tarixdə rəsmi nikah bağlanmış, onların birgə nikahlarından 4 övladları doğulmuşdur. X7 1998-ci ilədək Masallı rayonu, Babaküçə kəndində yaşamış, həmin tarixdən sonra işləmək üçün Qazaxstan Respublikasına getmişdir. Lakin X1 Respublikasına getdikdən sonra ailəsi ilə əlaqə saxlamamış, ondan heç bir məlumat və ya xəbər alınmamışdır. Masallı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2(050)-2067/2025 saylı qətnaməsi ilə Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin təmin edilməsi, Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961ci il təvəllüdlü X3 01 yanvar 1989-cu il tarixdən xəbərsiz itkin düşmüş elan edilməsi qət edilmişdir. Lakin onun ölümü barədə rəsmi məlumat və ya qeydiyyat olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4–cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2–ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 312-ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Araşdırma zamanı müəyyən olunur ki, şəxsin ölmüş elan edilməsinin təsdiq edilməsi ərizəçiyə onun adına olan torpaq sahəsi üzərində yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin əvəzinə yeni ev tikmək üçün lazımdır. Lakin, əri olmadığı üçün sənədləşmə işlərinin aparılması mümkün deyil. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 ölmüş elan edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, buna görə də ərizə təmin edilməli, Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961-ci il təvəllüdlü X7 ölmüş elan edilməli və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayonu, Babaküçə kəndində doğulmuş 13 yanvar 1961-ci il təvəllüdlü X7 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(050)-2067/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2067/2025
03.09.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver