Məhkəmə qərarları › İş №2(050)-2083/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2083/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2083/2023 10.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, yəni Ərizəçi xx.xx.1993-cü ildə Masallı rayonun Boradigah qəsəbəsində doğulmağı faktının müəyyən edilməsi, X2, anası X12 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Masallı rayonun Boradigah qəsəbəsində anadan olmuşdur. Validenyləri X2 və anası X5 birgə nikahlarından o, dünyaya gəlsə də, o, anadan olan vaxt doğum haqqında şəhadətnaməsi olmuşdur. Həmin doğum haqqında şəhadətnaməyə uyğun olaraq DİN-in tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Eyni zamanda o, orta məktəbi də Boradigah qəsəbəsində bitirmişdir. Lakin yaşadığı ev yandığından evdə olan bütün sənədləri yanaraq məhf olmuşdur. Onun da doğum haqqında şəhadətnaməsi yanımışdır. Bundan sonra o, doğum haqqında şəhadətnamənin dublikatının verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdiyində məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi arxivdə yoxdur. Onun doğum haqqında şəhadətnaməsi qeydə alınmamışdır. Eyni zamanda o, rəsmi nikaha girərək ailə qurmuş və ailəli olmaqla 2 övladı vardır. Hazırda bir sıra sənədlərin hazırlanması üçün onun doğum haqqında şəhadətnaməsi lazım olduğundan bunu heç cür əldə edə bilmir. Odur ki, onun doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərdilər ki, Ərizəçi xx xxxxxxxx 1993-cü ildə Masallı rayonun Boradigah qəsəbəsində anadan olmuşdur. X2, anası isə X8r. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 5/Q-0311 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları ərizəçiyə izah edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli, 5-66-3/3-3-53/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Rəşidli X6 rayonu Boragigah qəsəbəsi M.P.Vaqif küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşayır və onun həyat yoldaşı X10, oğlu-X11, qızı-X9 tərkibində ailə üzvləri vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X10 arasında 06 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 1927 nömrəli nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarixi xx xxxxxxxx 1993-cü il, doğulduğu yer isə Masallı rayonu, Boradigah qəsəbəsi göstərilmişdir. İş materiallarında olan Orta Təhsil Haqqında E 075201 nömrəli Attestatdan görünür ki, xx xxxxxxxx 1993-cü ildə doğulmuş Ərizəçi 2017-ci ildə Masallı rayon Z.Zeynalov adına Hacıtəpə kənd tam orta məktəbini bitirmişdir. İş materiallarında olan Əsas Təhsil Haqqında Şəhadətnamədən görünür ki, 1993-cü ildə doğulmuş Ərizəçi 2008-ci ildə Masallı rayon Z.Zeynalov adına Hacıtəpə kənd tam orta məktəbində oxumuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxxx 1993-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1993-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X7, ana qrafasında isə X12 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar