Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2148/2024 10.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı Əhədova Tərcübə Muxtar qızının və nümayəndəsi-vəkili Hüseynov Əliheydər Sərdar oğlunun iştirakı ilə. İddiaçı Əhədova Tərcübə Muxtar qızının cavabdeh Şükürov Əlikram Ələkbər oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Əhədova Tərcübə Muxtar qızının cavabdeh Şükürov Əlikram Ələkbər oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı Əhədova Tərcübə Muxtar qızı məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Şükürov Əlikram Ələkbər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Əhədova Tərcübə Muxtar qızının cavabdeh Şükürov Əlikram Ələkbər oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçı Əhədova Tərcübə Muxtar qızına qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2148/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2148/2024
10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver