Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-22/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Masallı rayon Gəyəçöl bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X10 Mərkəzinin Cavabdeh qarşı meşə fondu sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilib təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X10 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Masallı rayonu Gəyəçöl kənd sakini Cavabdeh qanunsuz zəbt etdiyi 0.14 ha meşə fondu torpağının əvvəlki vəziyyətinə qaytarılaraq 11 saylı X10 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələlərinin Dövlət xidmətindən “Bakı-Astara” avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisindən keçən hissəsində 0.14 ha meşə fondu torpağının hasara alınması barədə məktub daxil olmuşdur. Mərkəzin əməkdaşları 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə daxil olmuş məktub yerində araşdırılmışdır. Araşdırma zamanı Masallı rayonu Gəyəçöl kənd sakini Cavabdeh tərəfindən Mərkəzin Masallı meşəbəyliyinin 23 saylı meşə dolayının, 24-cü kvartalının, 9-cu bölməsində 0,14 ha torpaq sahəsində 15x10 metr ölçüdə iki mərtəbəli ev inşa edilməsi və mişar daşı ilə hasara alınaraq zəbt olunması aşkar olunmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə yazılı müraciət edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi 1990-cı ildə Gəyəçöl kənd “Komsomol” sovxozu tərəfindən ona və qardaşı qızı X1 adına ayrılmışdır. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. Həmin sənədlər o vaxtlar rayon icra hakimiyyətinin torpaq şöbəsinə təqdim edilmişdir. Müəyyən səbəblərdən onlara orda həyətyanı torpaq sahəsi ayrılmış, digər şəxslərə torpaq aktlarının sənədləşdirilməsinin daha sonraya planlaşdırıldığı bildirilmişdir. 2000-ci ildə bələdiyyələr yaradıldı. Sonra deyildi ki, Ələt-Astara şossesi yolu tikiləcək, ona görə yolun mərkəzindən 20 m həyətyanı torpaq kimi verilə bilməz. Bu halda onların iki həyətdən cəmi 6 sot torpaq qaldı. 2007-ci ildə bu torpaq sahəsi Gəyəçöl bələdiyyəsi tərəfindən ölçülərək və rayon icra hakimiyyəti memarlıq və inşaat və torpaq şöbəsinin müvafiq razılıqları əsasında ona verildi. Bu barədə sənədləri təqdim edir. Daha sonra məlum oldu ki, Ələt-Astara avtomobil yolu başqa ərazidən keçəcək. Belə olduqda həmin 14 sot torpaq sahəsi əvvəlki kimi 2 həyət kimi qaldı. Bu müddətdə o, oranı artıq məftil setka ilə çəpərə almış, orda 2 mərtəbəli ev tikmişdir. Bu 1993-1997-ci illərə təsadüf edir. Ev elektrik enerjisi ilə o vaxtdan təmin edilmiş, bu məqsədlə “X12 şəbəkəsi” MMC tərəfindən texniki şərtlər verilmişdir. Evə qədər qaz xətti çəkilmişdir. Orda ona və digər bütün şəxslərə ayrılmış torpaq sahəsi həmişə Gəyəçöl kənd ərazisi olmuş, o ərazi kəndin tut bağı olmaqla, orda əvvəllər toyuq ferması və tərəvəz yeşik bazası olmuşdur. 1990-cı ildən o, sənədlər əsasında oranı çəpərə alarkən, orda ev tikərkən, orda mal-qara saxlayarkən, vaxtı ilə əkin əkərkən, bir neçə dəfə məftil çəpəri yeniləyəkən və nəhayət bu yay hasar tikmək məqsədi ilə fundament qazarkən, mişar daşlarında hasar çəkərkən bir dəfə də olsun ora rayonun müvafiq təşkilatlarından, o cümlədən rayon torpaq şöbəsindən və meşə idarəsinin heç bir əməkdaşı gəlməmiş, bir dəfə də olsun bu 30 ildə torpağın onlara aid olmasını deməmiş və bu barədə heç vaxt akt tərtib etməmişlər. Yalnız o, hasar tikib qurtardıqdan sonra oraya torpaq şöbəsinin əməkdaşları gəlmiş, bu torpağın onlara aid olduğunu bildirmiş, heç bir akt tərtib etməmiş, bir neçə gündən sonra bir də gələrək bu torpağın meşə fonduna aid olduğunu bildirərək getmişlər. Daha sonra, yəni 30 ildən sonra meşə təsərrüfatı əməkdaşları gələrək, bu ərazinin onlara aid olduğunu bildirmiş, yenə heç bir akt tərtib etməmişlər. Daha sonra məlum olmuşdur ki, onlar yerində deyil, hardasa akt tərtib ediblər. O, torpaq sahəsini zəbt etməmişdir. Həmin ərazidə ona verildiyi kimi, digər kənd sakinlərinə də torpaq sahəsi ayrılıb, orda hamı özünə obyekt və ya ev tikib. Gəyəçöl kənd bələdiyyəsinin bu ərazilərin mənsubiyyəti barədə 28 mart 2007-ci il tarixli, 09 saylı məktubuna Masallı Meşə mühafizəsi və bərpası müəssisəsinin 28 mart 2007-ci il tarixli, 19 saylı məktubunda bildirirlir ki, Gəyəçöl kəndinə dönən yolun sağ tərəfində yerləşən, əvvələr “Tut bağı” adlanan sahə meşə fondunun sərhədində yerləşir. Bundan əlavə Dövlət Əmlak Komitəsinin saytında yerləşdirilmiş xəritədə onun və digər şəxslərin evləri, obyektləri olan ərazi Gəyəçöl kənd ərazisi kimi göstərilir. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 27 noyabr 2007-ci il tarixli, 767/44 saylı rəyinə əsasən ona ev tikmək üçün satılacaq həyətyanı torpaq sahəsi, Gəyəçöl bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Sərhədlər müəyyənləşdirilərkən meşə fondundan söhbət belə getmir. Masallı rayon Memarlıq və tikinti şöbəsinin 30 oktyabr 2007-ci il tarixli, 343 saylı rəyinə əsasən Cavabdeh ayrılmış torpaq sahəsi şimaldan və cənubdan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Burda da meşə fondundan belə söhbət getmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Masallı rayon Gəyəçöl bələdiyyəsinin nümayəndəsi X13 izahatında iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı 04 avqust 2023-cü il tarixli, 3-21-3/2-10959/2023 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası prezidentinin 2000-ci il traixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin işçiləri tərəfindən Bakı-Astara avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisindən keçən hissəsində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Cavabdeh tərəfindən dövlət meşə fondu torpaqları kateqoriyasına aid 0.14 ha torpaq sahəsinin hasara alınması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında” əsasnamənin tələblərinə əsasən qeyd olunan halla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. 11 saylı X10 Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 004661 saylı aktın məzmunundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun adından “Bakı-Astara” avtomobil yolunun Masallı rayon Gəyəçöl kəndi ərazisindən keçən hissədə 0.14 ha meşə fondu torpağının hasara alınması barədə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-14-135- N/2023 nömrəli müraciət 1 saylı RETS-nin əməkdaşlarının birgə iştirakları ilə yerində araşdırıldı. Araşdırma zamanı müəyyən olundu ki, Masallı rayon Gəyəçöl kənd sakini Cavabdeh mərkəzin Masallı meşəbəyliyinin 23 saylı meşə dolayının, 24-cü kvartalının, 9cu bölməsində 0.14 ha torpaq sahəsi zəbt etmiş və orada 15x10 ölçüdə 2 mərtəbəli yaşayış evi və bundan əlavə olaraq mişar daşlı hasar çəkmişdir. Masallı RİHB-nın Gəyəçöl kənd İƏD üzrə nümayəndəliyinin 05 oktyabr 2023-cü il tarixli, 609 saylı arayışından görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək məqsədi ilə ona ayrılmış torpaq sahəsi daimi Gəyəçöl kənd ərazisi olmaqla, əvəllər Gəyəçöl kəndinə məxsus tut bağı olmuşdur. Masallı RİHB-nın Gəyəçöl kənd İƏD üzrə nümayəndəliyinin 05 oktyabr 2023-cü il tarixli, 610 saylı arayışından görünür ki, Cavabdeh hələ bələdiyyələr yaranmamışdan Gəyəçöl kəndində “Komsomol” sovxozu tərəfindən ona ayrılmış torpaq sahəsində 1993- 1997-ci illərdə şəxsi yaşayış evi tikmişdir. Bununla bağlı Masallı rayonu Gəyəçöl bələdiyyəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş Masallı rayonu Gəyəçöl kəndi “Komsomol” kolxozunun istifadəsində olan suvarılan torpaqların inventarizasiyasına aid yerquruluşu Planı tədqiq edilərək iş materillarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 017841 saylı Vəsiqədən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Qarabağ müharibəsinin veteranıdır. Masallı rayon Gəyəçöl kənd sakini Cavabdeh məxsus Masallı rayonu Gəyəçöl kəndində yerləşən yaşayış evinin elektrik təchizatı haqqında xx.xx.2011-ci il tarixli, 01108 saylı Texniki Şərtin məzmunundan görünür ki, Cavabdeh məxsus gücü 7.0 kvt İİİ kateqoriyalı istehlakçı olan yaşayış evinin 35/10 kv Xıl y/st-dan çıxan 10 kv 4 saylı h/x-dən elektrik enerjisi ilə təchiz olunması üçün müqavilə bağlanması barədə razılığa gəlinmişdir. Masallı rayon Gəyəçöl kənd sakini Cavabdeh məxsus Masallı rayonu Gəyəçöl kəndində yerləşən yaşayış evinin elektrik təchizatı haqqında xx.xx.2014-cü il tarixli, 024010 saylı Texniki Şərtin məzmunundan görünür ki, Cavabdeh məxsus gücü 4.0 kvt İİİ kateqoriyalı istehlakçı olan yaşayış evinin 35/10 kv Xıl y/st-dan çıxan 10 kv 1 saylı h/x-dən elektrik enerjisi ilə təchiz olunması üçün müqavilə bağlanması barədə razılığa gəlinmişdir. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 27 noyabr 2007-ci il tarixli, 767/44 saylı rəyindən görünür ki, Cavabdeh ev tikmək üçüq satılacaq həyətyanı torpaq sahəsi Gəyəçöl kəndinin şimal-şərqində yerləşir. Gəyəçöl bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Satılacaq torpağın ümumi sahəsi 0,06 ha olmaqla şimaldan və cənubdan bələdiyyə mülkiyyəti torpağı ilə, şərqdən Bakı-Astara şosse yolunun mühafizə zonası ilə, qərbdən məhəllədaxili yol ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq olunmuş «Torpaqların alqı-satqısı qaydaları»na uyğun olaraq bələdiyyə tərəfindən Cavabdeh alqı-satqı qaydasında satıla bilər. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 21 may 2008-ci il tarixdə 199 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı rayon Gəyəçöl kəndində yaşayan Cavabdeh Masallı rayon Gəyəçöl bələdiyyə orqanına 02 noyabr 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gəyəçöl bələdiyyə ərazisində 0,06 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən “Kapital Bank”ın Masallı rayon filialında 30683308 saylı hesabına əvvəlcədən 264 manat torpaq haqqı ödəmişdir. (Qəbz №47) Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 30 oktyabr 2007-ci il tarixdə təsdiq edilmiş seçim aktından görünür ki, Cavabdeh Masallı rayonu Gəyəçöl bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində bələdiyyə mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikməkdən ötrü 0,06 ha həyətyanı torpaq sahəsini alqısatqı qaydasında satılmasını xahiş etmişdir. Vətəndaşın ərizəsinə əsasən yerə baxış keçirilmiş. Həmin məqsəd üçün seçilmiş torpaq sahəsi kəndin şimal-şərqində yerləşir. Şimaldan və cənubdan bələdiyyə mülkiyyəti ilə, şərqdən Bakı-Astara yolunun mühafizə zonası ilə, qərbdən məhəllədaxili yol ilə sərhəddir. Komissiya həmin torpaq sahəsinin alqısatqı qaydasında ona satılmasını məqsədəmüvafiq hesab edir. Masallı RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin 30 oktyabr 2007-ci il tarixli, 343 nömrəli rəyindən görünür ki, Cavabdeh tikib istifadə etdiyi ev kəndin şimal-şərqində yerləşir. Satılacaq yaşayış evi altındakı torpaq sahəsi 0,06 ha olmaqla şimaldan və cənubdan bələdiyyə mülkiyyəti ilə, şərqdən Bakı-Astara yolunun mühafizə zonası ilə, qərbdən məhəllədaxili yol ilə həmsərhəddir. Sahədən kommunikasiya xətləri keçmir. Nəzərdə tutulan sahə Cavabdeh satıla bilər. Masallı rayonu Gəyəçöl bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixi qərarından görünür ki, Masallı rayonu Gəyəçöl kənd sakini Cavabdeh bələdiyyələr formalaşana qədər tikib istifadə etdiyi yaşayış evinin altında və ətrafındakı 0,06 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olduğuna görə, həyətyanı kimi alqı-satqı qaydasında ona satılması, bu barədə Cavabdeh ərizəsi, rayon Torpaq və Xəritəçəkmə şöbəsinin hazırladığı yerquruluşu sənədlərinin nəzərə alınması, satılacaq torpaq sahəsi bu məqsədlə mütəxəssis tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilən cizgi sərhədləri daxilində verilməsi, Cavabdeh normativ qiymətindən az olmamaqla torpağın dəyərini Gəyəçöl bələdiyyəsinin rayon bankındakı xüsusi hesabına ödənilməsi və qəbzi rayon Torpaq və Xəritəçəkmə şöbəsinə təqdim etməsi, Rayon Torpaq və Xəritəçəkmə şöbəsindən satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi formada göstərilən qaydada “torpaqların alqı-satqısına dair” üç nüsxədən ibarət akt tərtib edilməsi və qeydə alınması, Cavabdeh torpağa mülkiyyət hüququna dair Plan və ölçüsünün hazırlanmasını və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın alınmasını təmin etməsi, qərarın içrasına nəzarətin bələdiyyənin sədrinə tapşırılması qərara alınmışdır. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş Masallı rayonu X3 Yerquruluşu Planından çıxarışda İ.İsmayılovun və Cavabdeh istifadə etdiyi torpaq sahəsi göstərilmişdir. Masallı rayonu Gəyəçöl kənd sakinləri X16, X4, X11, Nümayəndə2, X7 iştirakı ilə tərtib edilmiş Masallı rayonu Gəyəçöl Bələdiyyəsinin sədri E.Rəhimov tərəfindən təsdiq edilmiş 05 oktyabr 2023-cü il tarixli Aktın məzmunundan görünür ki, Ələt-Astara mağistral yolunun sağ və Gəyəçöl kəndinə dönən yolun sağ tərəfində yerləşən, əvvəllər “Tut bağı” adlanan sahə Ələt-Astara magistralı və meşə zolağı ilə həmsərhədlər olmaqla uzun illər barama saxlanılması üçün “tut bağı” kimi istifadə edilmişdir. Həmən sahədə heç vaxt və hal-hazırda da heç bir palıd ağacları olmamışdır. Həmin sahə meşə zolağına heç bir aidiyyəti olmamışdır, Gəyəçöl kənd altı torpağı olmuşdur. Masallı rayonu Gəyəçöl Bələdiyyəsi 15 noyabr 2024-cü il tarixli, 66 saylı məktubu ilə məlumat üçün bildirmişdir ki, Gəyəçöl bələdiyyəsi tərəfindən Gəyəçöl kənd sakini Cavabdeh 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə bələdiyyələr formalaşına qədər tikib istifadə etdiyi yaşayış evinin altı və ətrafındakı 0,06 ha torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid olduğuna görə torpaq həyətyanı sahəsi kimi alqı-satqı qaydasında qanuna müvafiq satılmışdır. Cavabdeh tikdiyi ev ona satılmış 0,06 ha torpaq sahəsinin üzərində yerləşir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 17 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6522 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Gəyəçöl kəndi ərazisində Cavabdeh mişar daşı ilə hasarlanmış, fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Gəyəçöl kəndi ərazisində Cavabdeh mişar daşı ilə hasarlanmış, fiziki sərhədlər daxilində tikilmiş 15x10 metr ölçüdə iki mərtəbəli evin altında və ətrafında yerləşən, faktiki istifadə kimi plana alınmış 0,1560 hektaradək torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Gəyəçöl kəndi ərazisində Cavabdeh 15x10 metr ölçüdə iki mərtəbəli evinin altında və ətrafında yerləşən, mişar daşı ilə hasarlanmış, faktiki istifadə kimi plana alınmış 0,1560 hektaradək torpaq sahəsinin dövlət mülkiyyətində olan meşə zolağı ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Gəyəçöl kəndi ərazisində Cavabdeh mişar daşı ilə hasarlanmış, fiziki sərhədlər daxilində faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılmış Meşə zolağı ərazisinə aid olması müəyyən edilmişdir. Yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Masallı rayonu Gəyəçöl kəndi ərazisində Cavabdeh mişar daşı ilə hasarlanmış, faktiki istifadə kimi plana alınmış 0,1560 hektaradək torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılmış meşə zolağı ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-3787/2024 saylı mütəxəssis rəyinə əsasən cavabdehin faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,1560 hektaradək torpaq sahəsinin Masallı rayonu Gəyəçöl Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə Cavabdeh satılmış bələdiyyə mülkiyyətinə aid 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (döngə nöqtələrinin koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü”sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək, mübahisəli 0,1560 hektaradək torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müqayisələndirmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, iddiaçının dəlillərinə, cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəflərin iştirakı ilə Masallı rayonu Gəyəçöl kəndində yerləşən mübahisəli əraziyə baxış keçirmiş, baxış keçirilən müəyyən olunmuşdur ki, cavabdein faktiki istifadəsində 0.14 ha torpaq sahəsi vardır. Eyni zamanda boşaldılması tələb edilən torpaq sahəsində mişar daşından 15x10 metr ölçüdə iki mərtəbəli fərdi yaşayış evinin tikilməsi müəyyən edilmişdir, cavabdehin və üçüncü şəxs Gəyəçöl bələdiyyəsinin nümayəndəsinin bildirdiyinə görə cavabdehə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən bələdiyyənin qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün həmin 0,06 ha həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır və cavabdeh hər hansı maneə olmadan özünün və ailə üzvlərinin yaşaması üçün mişar daşından 2 mərtəbəli ev tikmişdir və hazırki vaxta kimi cavabdehə mübahisəli torpaq sahəsi ilə bağlı etiraz bildirilməmiş, cavabdeh bələdiyyədən qanuni əsaslarla aldığı torpaq sahəsində ev tikmişdir. Məhkəmə araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı 11 Saylı X10 Mərkəzi meşə ərazilərində hər ilin yaz və payız mövsümlərində monitorinq keçirmələrinə baxmayaraq mübahisəli torpaq sahəsi ilə bağlı təsərrüfat öz səlahiyyətləri hüdudlarında hər hansı hərəkət etməmişdir. Bələdiyyənin alqı-satqı qərarından 17 il müddət keçəndən sonra cavabdehin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin də boşaldılaraq əvvəlki vəziyyətə gətirilərək 11 saylı X10 Mərkəzinə təhvil verilməsi cavabdehin mənzil və gözlənilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh Masallı rayonu Gəyəçöl kəndində yerləşən Gəyəçöl Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə alqı-satqı qaydasında satılmış 0,06 ha torpaq sahəsi (yəni inşa edilmiş fərdi yaşayış evi və onun ətrafında olan) istisna olmaqla 0,08 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X10 Mərkəzinə təhvil verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən öz hüquqi mövqeyini aşağıda tətbiq edilən maddi hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki; “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X8rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. 46-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir və dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin; 4-cü maddəsinin birinci bəndinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüdudlarında meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tətbiq olunan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Masallı rayonu Gəyəçöl kəndində yerləşən Gəyəçöl Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə alqı-satqı qaydasında satılmış fərdi yaşayış evinin yerləşdiyi (inşa edilmiş fərdi yaşayış evi və onun ətrafında olan) 0,06 ha torpaq sahəsi istisna olmaqla 0,08 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X10 Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 100 manat tutularaq dövlət büdcəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı rayonu Gəyəçöl kəndində yerləşən Gəyəçöl Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə alqı-satqı qaydasında satılmış fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi istisna olmaqla 0,08 ha torpaq sahəsindən çıxarılsın, həmin torpaq sahəsi əvvəlki vəziyyətə gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 Saylı X10 Mərkəzinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-22/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-22/2025
30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver