Məhkəmə qərarları › İş №2(050)-2215/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2215/2024

14.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2215/2024 14.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı X1 cavabdeh Masallı Regional Cavabdehnə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı X3 cavabdeh Masallı Regional Cavabdehnə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlərdən məlum olur ki, Masallı Regional Cavabdeh notariusu Ə.İbrahimov tərəfindən X2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq iş üzrə lazımi sənədlərin topladıqdan sonra yenidən notariat ofisinə müraciət etməyi izah olunmuş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi izah olunmamışdır. Ona görə də ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz Yuxarıdakılara əsasən və MPM-in 153, 263-264, 267, 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 cavabdeh Masallı Regional Cavabdehnə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar