Məhkəmə qərarları › İş №2(050)-224/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-224/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-224/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayonun Köhnə Zuvand kənd sakini Maraqlı şəxs2 ilə nikahından Günəş adlı qızının 05 iyul 2019-cu il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbi onunla əsaslandırılmışdır ki, həmkəndlisi Maraqlı şəxs2 ilə 2015-ci ildə el adəti üzrə toy edərək qeyri rəsmi ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2021-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Maraqlı şəxs2 ilə faktiki nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Saleh, xx.xx.2019-cu il təvəllüdlü Günəş və xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Qızları Günəş ev şəraitində doğulmuş və doğumuna dair nə tibbi arayış tərtib edilməmiş, nə də doğum akt qeydi aparılmamış, doğum haqqında şəhadətnamə götürülməmişdir. Doğum akt qeydinin olmaması nəticəsində o, bir sıra hüquqlardan, o cümlədən uşağın şəxsiyyətini müəyyənləşdirən sənəd almaqdan məhrum olmuşdur. Qanunvericiliyin tələbinə əsasən Maraqlı şəxs2 nikahından doğulmuş Günəş adlı qızının doğum faktının başqa yolla müəyyən edilməsi mümkün olmadığından həmin fakt məhkəmə tərəfindən müəyyən edilə bilər. Odur ki, onun doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini, Ərizəçi 05 iyul 2019-cu il tarixdə Günəş adlı qız cinsində uşaq doğulduğunu qeyd etmişdir. Bu səbəbdən uşağın doğum faktının müəyyən edilməsi barədə ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi və digər maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Ərizəçi izahatında göstərmişdir ki, həmkəndlisi Maraqlı şəxs2 ilə 2015-ci ildə el adəti üzrə toy edərək qeyri rəsmi ailə həyatı qurmuş, nikahları xx.xx.2021-ci il tarixdə rəsmi qeyd etdirmişlər, Elvinlə faktiki nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Saleh, xx.xx.2019-cu il təvəllüdlü Günəş və xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Qızları Günəş ev şəraitində doğulmuş və doğumuna dair tibbi arayış tərtib edilməmiş, doğum akt qeydi aparılmamış, doğum haqqında şəhadətnamə götürülməmişdir. Doğum akt qeydinin olmaması nəticəsində o, bir sıra hüquqlardan, o cümlədən şəxsiyyətini müəyyənləşdirən sənəd almaqdan məhrum olmuşdur. Odur ki, onun doğum faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərdilər ki, Ərizəçi ilə Maraqlı şəxs2 qeyri rəsmi nikahlarından 05 iyul 2019-cu ildə Masallı rayonun Köhnə Zuvand kəndində ev şəraitində Ərizəçi tərəfindən qız cinsində bir nəfər uşaqları anadan olmuşdur. Doğuş zamanı onlarda iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını, maraqlı şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs2 ilə X1 arasında 11 fevral 2021-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəsində Qeydiyyat şöbəsində 62 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əlizadə soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X10 21 avqust 2016-cı ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 21 sentyabr 2021ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs2, anası Ərizəçidır. İş materiallarında olan Masallı rayon İHB-nin Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 23 noyabr 2023-cü il tarixli, 918/1 nömrəli arayışdan görünür ki, Masallı rayonu Köhnə Zuvand kənd sakini Maraqlı şəxs2 ailə üzvləri arvadı Ərizəçi, oğlu X10, oğlu X5r. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-241-2023 nömrəli məktubdan görünür ki, qızı xx.xx.2019-cü ildə doğulmuş X6 doğumu haqqında şəhadətnamənin verilməsi haqqında ərizəsinə cavab olaraq, Masallı rayon Qeydiyyat şöbələrinin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə (arayış) doğum haqqında akt qeydi əsasında verildiyindən ərizənizi təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən doğumu təsdiq edən tibbi sənəd olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə doğum faktının müəyyən edilməsi haqqında işlərə baxır doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Masallı rayon İHB-nin Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 05 dekabr 2023-cü il tarixli, 5-66-8/2- 209/2023 nömrəli məktubdan görünür ki, Köhnə Zuvand kənd sakini Ərizəçi 05 iyul 2019cu il tarixdə Köhnə Zuvand kəndində ev şəraitində hamiləlikdən azad olmuş və bir qız uşağı dünyaya gətirmişdir. Hal-hazırda həmən qız uşağı Masallı rayonunun Köhnə Zuvand kəndində yaşayır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01 nömrəli arayışda qeyd olunmuşdur ki, Köhnə Zuvand sakini Ərizəçi həqiqətən 05 iyul 2019-cu il tarixdə Köhnə Zuvand kəndində ev şəraitində hamiləlikdən azad olub və bir qızı uşağı dünyaya gətimişdir. Uşaq hal-hazırda sağ salamat Köhnə Zuvand kəndində yaşayır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-352/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, Əlizadə (Seyfullayeva) Sahilə Ərzuman qızının 2018-2019-cu illərdə hamiləliklə bağlı Masallı rayon X7 Hüquqi şəxsinə daxil olması barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X6 05 iyul 2019-cu il tarixdə Masallı rayonu Köhnə Zuvand kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 05 iyul 2019-cu il tarixdə Masallı rayonu Köhnə Zuvand kəndində doğulması faktı müəyyən edilsin. X8 məxsus doğum akt qeydinin ata qrafasında Maraqlı şəxs2, ana qrafasında isə Ərizəçi yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar