Məhkəmə qərarları › İş №2(050)-2251/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2251/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2251/2025 24.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştrakı ilə. Ərizəçi miras əmlakın qəbul edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayonu Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 599A, kod 80516018 saylı şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə mərhum nənəsi X1 verilmiş 0.06 ha torpaq sahəsindən və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0009, kod 80516018 saylı dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə mərhum nənəsi X1 verilmiş 0.16 ha torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə ölmüş atası X3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə kimi Ərizəçi tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən müəyyən edilir ki, ərizəçinin atası X3 xx.xx.2021-ci il tarixdə kəskin ürək çatışmamazlığından vəfat etmiş və buna dair Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi xx.xx.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə vermişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə ərizəçiyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2 vərəsəsidir və Bakıda onun adına olan mülkü adına keçirtdikdən dərhal sonra vəsiyyətinə əsasən qardaşı oğluna bağışlamışdır. İşin faktiki halları ilə bağlı yuxarıda qeyd edilənlər müəyyən edilmişdir. İş üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarında göstərilir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.” Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizəçinin yaşayış yeri kimi rəsmi qeydə alındığı yer ünvan 1 olduğundan, Ərizəçi miras əmlakın qəbul edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi miras əmlakın qəbul edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar