Məhkəmə qərarları › İş №2(050)-2293/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2293/2024

27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2293/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum X3 ilə X1 miras qalmış, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 34 saylı qərarı əsasında verilmiş JN-230A kod 80525018 saylı şəhadətnamə ilə mülkiyyətində olmuş Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,15 ha həyətyani torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin məcəllənin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı 2003-cü il tarixdə ölmüş qaynanası X1 qalmış torpaq sahəsini miras əmlakı qəbul edilməsi məqsədi ilə notaruisa müraciət etmiş, lakin qaynanası ilə 2005-ci il tarixdə ölmüş qaynatası X2 birgə mülkiyyətində olan torpağı qəbul etmək istəməsinə baxmayaraq, Kamran Qurbanovun əmlakını qəbul etmək istəməsi ilə bağlı notariusa müraciət etməmiş, nəticədə notarius Kamran Qurbanova nisbətdə ona müvafiq cavabı verməmişdir. Məhkəmə qeyd edir ki, sonuncu dəfə qeyd edilən torpaq sahəsinə vərəsəlik 2005-ci il tarixdə açıldığından iddiaçı Kamran Qurbanovun əmlakına nisbətdə miras əmlakı qəbul etmək istəməsi ilə bağlı notariusa müraciət etməli idi, notarius miras əmlakın qəbul faktını tanımaqdan imtina edəcəyi halda isə bu barədə məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” Mərkəkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar