Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2304/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə, üçüncü şəxslər X14, X13, X15, X16 qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə, üçüncü şəxslər X14, X13, X15, X16 qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış Masalı rayonu Xırmandalı kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN- 360A kod 80524018 sayı Şəhadətnamə ilə mülkiyyətində olmuş 0,08 ha həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-383 kod 80524018 saylı Dövlət aktı ilə mülkiyyətində olmuş 0,22 ha payıbəlli torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X21 ilə X18 nikahlarını xx.xx.1940-cı il də rəsmi qeyd etdirməklə evlənmişlər. Nikah qeydindən sonra anası İsgəndərova soyadını qəbul etmişdir. Valideyinlərinin nikahlarından onunla yanaşı İfadə adlı bacısı, Vaqif, Elxan və Raqif adlı qardaşları olmuşdur. X32 xx.xx.1988-ci il tarixdə, anası Firuzə İsgəndərova isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Anası vəfat edənədək Masalı rayonu Xırmandalı kəndində yaşamış və həmin kənddə olan 0,08 ha həyətyanı, 0,22 ha payıbəlli torpaq sahəsi anasına məxsus olmuşdur. Mərhum anasının ondan başqa birinci növbəli 4 vərəsəsi qalmışdır. Onlar da miras əmlakı qəbul etməmiş və mirası əmlakın onun adına sənədləşməsinə etiraz etməmişlər. Anasının ölümündən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə Notariat Kontoruna vaxtında müraciət etməmişdir. Bu yaxınlarda Notariat Kontoruna müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdırışlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən anasının birinci növbəli vərəsəsi onunla bacısı və qardaşları olsa da, onlar miras əmlakı qəbul etməmiş və həmin mirasın adına sənədləşməsinə etiraz etmirlər. O, isə mirası qəbul etmək istəsə də, uzun müddət Neft daşlarında işlədiyindən kənddən kənarda olmuş, həmçinin işi ilə bağlı mütəmadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Qanunvericiliyin tələbinə əsasən cavabdeh Masallı rayonu ərazisində qeydiyyatda olduğundan hazırkı iddia tələbinə də Masallı Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs X19 məhkəmə iclasında iddianı etiraf edərək iş üzrə müddətin uzadılmasına etiraz etmədiyi qeyd etmişdir. Cavabdeh Masallı Cavabdehndə Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; nikah haqqında arayışdan görünür ki, X21 ilə X18 arasında 06 dekabr 1940-cı il tarixdə Masallı RİHB-nin Xırmandalı kənd ərazi nümayəndəliyində 11 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İsgəndərova soyadı verilmişdir. doğum haqqında şəhadətnamədən görünür ki, X19 25 sentyabr 1953-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası ----------, anası X7r. doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 24 avqust 1956-cı il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası ----------, anası X7r. doğum haqqında şəhadətnamədən görünür ki, X22 19 iyul 1963-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. X9, anası X5r. ölüm haqqında arayışdan görünür ki, X21 19 yanvar 1988-ci il tarixdə Masallı rayonu Xırmandalı kəndində, qan dövranının çatışmamazlığı səbəbindən ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X10 26 dekabr 2010-cu il tarixdə Masallı rayonu Xırmandalı kəndində, infarkt çatışmamazlığı səbəbindən ölmüşdür. Masallı rayon İHB-nin Xırmandalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 719 nömrəli arayışından görünür ki, İddiaçı anası X12 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. Mərhumun qeydiyyat ünvanı ünvan 1 evdə yaşayan ailə üzvü İddiaçıdur. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları-oğlu X23, qızı X19, oğlu İddiaçı, oğlu X17r. X2 qeyd olunun vərəsələrindən başqa digər vərəsələri yoxdur. Masallı Rayon Cavabdeh Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov tərəfindən tərtib edilmiş 13 iyun 2024-cü il tarixli, 746 nömrəli məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2024-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. JN-360A Kod 80524018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998ci il tarixli, 63 saylı qərarı ilə Masallı rayonu Xırmandalı kənd sakini X8 0.08 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. JN-383 Kod 80524018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 63 saylı qərarı ilə Masallı rayonu Xırmandalı kənd sakini X6 0.22 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə işin tədqiq edilmiş faktiki və hüquqi hallarına əsasən müəyyən etmişdir ki, İddiaçı mərhum anası X4 birinci növbə vərəsəsidir. Odur ki, iddia ərizəsi təmin edilməli və X1 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış JN-360A Kod 80524018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Masallı rayonu Xırmandalı kəndində yerləşən 0.08 hektar torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. X1 miras qalmış JN-383 Kod 80524018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Masallı rayonu Xırmandalı kəndində yerləşən 0.22 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2304/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2304/2024
12.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver