Məhkəmə qərarları › İş №2(050)-2308/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2308/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2308/2025 19.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X1 20 iyun 1928-ci ildə, X4 22 oktyabr 1935-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində X16 doğulmaqla bacı olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xalası X5 04 dekabr 2009-cu ildə vəfat etmişdir. Ondan Masallı rayonu Təzə Alvadı kəndində 0,14 ha həyətyanı torpaq sahəsi və 0.7 ha paylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X9 24 yanvar 1991-ci ildə, anası Yaçxanım İsmayılova 27 noyabr 2018-ci ildə vəfat etdiyindən və xalasının digər bacı-qardaşı olmamaqla ölən günədək subay olduğundan miras əmlak qanunvericiliyə uyğun olaraq onunla bacı və qardaşlarınıın adına sənədləşdirilməli idi. Xalası ilə birlikdə özü yaşamaqla, onun ölümündən sonra da təsərrüfatı özü idarə etmişdir. Bacı-qardaşları da mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Lakin, vərəsəlik işi açılarkən məlum olmuşdur ki, anası Yaçxanım İmayılova və xalası Nənəxanım Cahangirovanın doğum akt qeydləri yoxdur. Onların özləri və valideynləri vəfat etdiyindən onların doğum faktları və bacı olmalarının məhkəmədənkənar müəyyən edilməsi mümkün deyildir. Onların doğum akt qeydlərinin olmaması nəticəsində bir sıra hüquqlardan, o cümlədən xalasından qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən xalası ilə anasının qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 20 iyun 1928-ci ildə, X4 22 oktyabr 1935-ci ildə X16 doğulmaqla bacı olmalarına baxmayaraq, doğumları ilə bağlı hər hansı tibb sənədi olmadığından və bundan sonra belə sənədin əldə edilməsi mümkün olmadığından ümumiyyətlə doğumla bağlı qeydiyyat aparılması da mümkün deyildir. Lakin, onların hər birinə şəxsiyyətlərini müəyyən edən sənəd verilmiş və həmin sənədlərin verilməsi zamanı barələrində fərdi uçot kartoçkası tərtib edilmişdir. Qeyd olunan fərdi uçot kartoçkalarından isə görünür ki, anasıyla xalası hər ikisi Masallı rayonu Təzə Alvadı kəndində doğulmaqla hər ikisinin anası mərhum X21r. Bu isə onların bacı olmalarını göstərir. Ancaq onların doğum akt qeydləri tərtib edilmədiyindən, özləri və valideynləri vəfat etdiyindən qeyd olunan şəxslərin qohumluq münasibətlərini başqa yolla müəyyənləşdirmək mümkün deyildir. İş üzrə alınmış izahatlar: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum X5 onun xalası, X8 isə anası olmuşdur. Onların anaları bir olsa da, ataları ayrı olmuşdur. Nənəxanım onun ögey xalası olsa da, o, uşaqlıqdan onun yanında böyümüşdür. Nənəxanın evli olmamış, onun övladı yoxdur. Nənəxanımın onlardan başqa heç bir vərəsəsi də yoxdur. Valideynlərinin və xalasının vəfat etməsini, hal-hazırda vərəsəlik işləri ilə əlaqədar mərhum xalasının, onun anası ilə qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Rahimin anası Yaçxanım, xalası isə Nənəxanım olmuşdur. Rahim uşaqlıqdan ögey, yəni ana bir, ata ayrı olan xalası Nənəxanımla birlikdə yaşamışdır. Nənəxanımın evli olub-olmamasını dəqiq xatırlamır. Rahimin anası Yaçxanım və xalası Nənəxanım vəfat etmişdir. Onların yas mərasimlərini Rahim vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisi və qonşusudur. Rahimin anası Yaçxanım, xalası isə Nənəxanım olmuşdur. Rahim uşaqlıqdan ögey, yəni ana bir ata ayrı olan xalası Nənəxanımla birlikdə yaşamışdır. Nənəxanımın evli olub-olmamasını dəqiq xatırlamır. Rahimin anası Yaçxanım və xalası Nənəxanım vəfat etmişdir. Onların yas mərasimlərini Rahim keçirmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1966-cı ildə doğulmuşdur. Onun atası X17, anası X6r. Masallı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X3 barəsində xx.xx.1946cı il tarixdən xx.xx.2009-cu il tarixədək qeydiyyat şöbəsinin arxivində nikah haqqında qeyd aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X5 xx.xx.2009-cu ildə, X25 xx.xx.1991-ci ildə, X8 xx.xx.2018-ci ildə ölmüşdür. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 04 iyun 2025-ci, 3- 16-5/8-3610-/2025 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 04 iyun 2025-ci, 3- 16-5/8-3611-/2025 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. JN-483A kod 80518018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 065 saylı qərarı əsasında X2 0.14 hektar fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. JN-238 kod 80518018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 065 nömrəli qərarı əsasında Ərizəçi, X23, X3, X13, X18 və X14 0.72 hektar torpaq sahəsi verilmişdir. Masallı RPŞ tərəfindən verilmiş qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinin verilməsi üçün tərtib olunan uçot kartoçkasından görünür ki, X8 22 oktyabr 1935-ci ildə doğulmuşdur. Onun atası Quliyev Şəbi, anası X25 qeyd edilmişdir. Masallı RPŞ tərəfindən verilmiş qeydiyyata alınma və şəxsiyyət vəsiqəsinin verilməsi üçün tərtib olunan uçot kartoçkasından görünür ki, X5 20 iyun 1928-ci ildə doğulmuşdur. Onun atası X11, anası X25 qeyd edilmişdir. Masallı rayon X15 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Masallı rayon Təzə Alvadı kənd sakini Ərizəçi mərhum xalası Cahangirova Nənəxanım vəfat etdikdən sonra ona aid olan torpaq və əmlak vergilərini ödəmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 fevral 2025-ci tarixli, 5-66-31/2- 08/2025 nömrəli məktubdan görünür ki, Masallı rayon Təzə Alvadı kənd sakini olmuş mərhum X5 xx.xx.2009-cu il tarixdə vafat etdikdən sonra ona məxsus olan təsərrüfatı bacısı oğlu Ərizəçi idarə etmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müyyən olunmuşdur ki, Masallı rayonu Təzə Alvadı kəndində yaşamış mərhum X8 ərizəçinin anası, mərhum X5 isə anası ilə ana bir bacısı olmaqla onun ögey xalası olmuşdur. Ərizəçi onlardan miras qalan əmlakın vərəsəliyə qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etdikləri zaman onun həmin şəxslərin doğum faktlarının qeydə alınmaması və qohumluq əlaqələrini təsdiq edən sənəd olmadığından, miras qalmış əmlakı vərəsə kimi qəbul etmək mümkün olmamışdır. Ərizəçi bu barədə notariusa müraciət etsə də, atasının doğum haqqında akt qeydlərini əldə edə bilməməsi səbəbindən notariusa təqdim etmədiklərindən vərəsəliyin qəbul edilməsindən imtina edilmişdir. Onların doğum akt qeydi Masallı rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Ona görə də, mərhum X1 20 iyun 1928-ci ildə, X4 22 oktyabr 1935-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulması faktının və mərhum X5 ilə X4 ana bir bacı olmalarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ərizəçinin tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Ərizəyə əlavə edilmiş X8 və X1 adına qeydə alınmış fərdi uçot kartoçkalarından görünür ki, hər iki kartoçkanın “ana” qrafasında “X25” qeyd edilmiş, eyni zamanda X8 nın Masallı rayonu Təzə Alvadı kəndində xx.xx.1935-ci il tarixdə, X1 isə Masallı rayonu Təzə Alvadı kəndində xx.xx.1928-ci il tarixdə doğulması ilə bağlı qeydlər aparılmışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də hər iki şəxsin anaları bir, ataları ayrı olmaqla ögey bacı olduqlarını, Masallı rayonu Alvadı kəndində X16 doğulduqlarını ifadələrində təsdiq etmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, hər iki şəxsin ölüm haqqında şəhadətnamələrinin olması adları qeyd edilən şəxslərin hansısa müddət ərzində doğulub yaşadıqlarını, dolayısı yolla şəxslərin müəyyən dövr ərzində fərd kimi mövcud olduğunu təsdiq edir. Çünki hər hansı bir şəxs mövcud olmadığı halda, təbii ki onun ölümü halı da baş verə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2. və 307.2.1.-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə tədqiq edilmiş sənədlərin müqayisəli təhlili nəticəsində qeyd edilən məlumatların üst-üstə düşməsini və şahidlərin ifadələrini əsas götürərək X5 və X4 X16 doğulmaları və ögey bacı kimi qohumluq münasibətlərində olmaları faktının müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 20 iyun 1928-ci ildə, X4 22 oktyabr 1935-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində X16 doğulmaları faktı müəyyən edilsin. X5 və X7 məxsus doğum akt qeydlərinin ana qrafasında X25 yazılsın. X5 ilə X4 eyni anadan doğulmaqla ögey bacılar kimi qohumluq münasibətlərində olmaları faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar