Məhkəmə qərarları › İş №2(050)-2309/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2309/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2309/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X24 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, ərizəçinin nümayəndəsi Nümayəndə və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Masallı Regional “Asan Xidmət Mərkəzi”nin Notariat Kontoruna qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyətin tanınması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış Masallı rayon Hişkədərə kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-432A kod 80523018 saylı şəhadətnamədə deyd olunana 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməklə həmin miras əmlak payına mülkiyyət hüququ tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X6 miras qalmış Masallı rayon Hişkədərə kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-432A kod 80523018 saylı şəhadətnamədə deyd olunan 0.06 ha torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyyasında yaşayır. Əvvəllər yaşadığı Masallı rayon Hişkədərə kəndində Masallı rayon X15 30 mart 1998-ci il tarixli 012 saylı qərarı ilə 0.06 ha həyatyanı sahə kimi 3 nəfər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi hal-hazırki vaxta qədər mülkiyyətində saxlanılır. Üç nəfər ailə üzvlərinin ümumi mülkiyyətində olan torpaq sahəsində mülkiyyətçilərdən bir nəfəri, X5 29 aprel 2022-ci il tarixdə Rusiyya Federasiyyasında vəfat etmiş və Masallı rayon Hişkədərə kəndində dəfn edilmişdir. Mərhum X5nun ümumi birgə mülkiyyətində (torpaq sahəsində) miras əmlak kimi payı qalmışdır. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. X5 vəfat edənə qədər onun birinci növbəli vərəsələri atası X7, anası Ərizəçi, qardaşı X17 qalmışdır. Mülkiyyətlərində olan 12 ha həyatyanı torpaq sahəsinin mərhum oğluna düşən pay miras əmlak kimi ona və digər ailə üzvlərinə birinci növbəli vərəsə kimi pay almaq hüququ vardır. Miras qoyanın ondan və digər ailə üzvlərindən başqa birinci növbəli vərəsələri yoxdur. Ona və digər ailə üzvlərinə məxsus torpağın mülkiyyətə verilməsinə dair JN-432A kod 80523018 saylı şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi faktiki olaraq miras əmlak payı ilə birlikdə qəbul etmişlər. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, X9 tərəfindən Ərizəçi xeyrinə mirasın qəbulundan imtina edilmişdir. Odur ki, X6 miras qalmış əmlakın 0.06 ha hissəsinə ərizəçinin faktiki qəbulu ilə bağlı qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin Ərizəçi vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatlarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 514 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxdığınız üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 24 noyabr 1969-cu ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur. Atası Nümayəndə, anası X10r. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə Ərizəçi arasında 11 noyabr 1991-ci il tarixdə Masallı rayon Hişkədərə kənd XDS icarayyə komitəsində 54 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ağayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X16 29 dekabr 1995-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində anadan olmuşdur. X3, anası Ərizəçidır. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X16 29 aprel 2022-ci il tarixdə kəskin tənəffüs çatışmamazlığı səbəbindən Rusiya Federasiyası, Saratov vilayəti, Marks şəhərində kəndində ölmüşdür. İşdə materiallarında olan Masallı RİHB-nin Hişkədərə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 213 nömrəli arayışından görünür ki, mərhum X16 ilə ölənədək birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri yoxdur. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri X3, anası Ərizəçi, qardaşı X12r. X2 qeyd edilən vərəsələrdən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan JN-432A Kod 80523018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 012 saylı qərarı ilə Masallı rayonu Hişkədərə kənd sakini Ərizəçi, X13 və X14 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan X4 notariat qaydada tərcümə edilmiş və təsdiq edilmiş ərizəsindən görünür ki, 29 aprel 2022-ci ildə vəfat etmiş oğlu X1 ona aid olan mirasdan mərhumun anası Ərizəçi xeyrinə imtina etmişdir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan X11 notariat qaydada tərcümə edilmiş və təsdiq edilmiş ərizəsindən görünür ki, 29 aprel 2022-ci ildə vəfat etmiş qardaşı X1 ona aid olan mirasdan mərhumun anası Ərizəçi xeyrinə imtina etmişdir. Gələcəkdə bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum X5nun birinci növbədə vərəsəsidir. Ərizəçi miras əmlak olan torpaq sahəsini faktiki qəbul etmiş və onları idarə etmişdir. Həmçinin mərhumun Ərizəçi başqa vərəsləri olsa da, mərhumdan qalan mirasdan imtina etmişlər. Odur ki, ərizə təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 aprel 2022-ci ildə ölmüş X6 miras qalmış Masallı rayonu Hişkədərə kəndində yerləşən, JN-432A Kod 80523018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0,06 hektar torpaq sahəsinin birinci növbədən vərəsə olan Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar