Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-232/2024 15.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi Mürüvət qızının iştirakı ilə. Ərizəçi Mürüvət qızı övladı X7 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Mürüvət qızı məhkəməyə ərizə ilə müraciət edərək, onun oğlu X7 25 yanvar 2007-ci ildə Suriya Respublikasının Dəməşq şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi X9 ilə evlənmişlər və xx.xx.2004-cü ildə onunla Masallı rayonu Ərkivan ərazi nümayəndəliyində nigahlarını rəsmləşdirişlər. Həmin evlilikdən hazırda dörd uşaqları vardır. O, ərinin təhsili ilə əlaqədar 2006 ildə onunla Suriya Respublikasına getmişdir. xx.xx.2007-ci ildə Əli adlı oğlu Suriyada Dəməşq şəhərində doğulmuşdur. Suriyada verilmiş doğum haqqında müvafiq sənədləri əri təhsili başa vurduqdan sonra Azərbaycana gəliblər. Naməlum şəraitdə sonradan doğum sənədlərinin bəzilərini itirmişlər. Hazırda doğum haqqında şəhadətnamə olmadığından Əlinin şəxsiyyət vəsiqəsini dəyişə bilmir, vəsiqəsinin dəyişmədiyi üçün onun təhsilində problemlər yaşanır, imtahanlarda iştirak etmək üçün sənədlərini verə bilmir, digər çətinliklərlə üzləşir. Doğum haqqında şəhasətnamə verilməsindən ötrü Maraqlı şəxsnədə müraciət etmişdir. Orada ona izah ediblər ki, zəruri sənədlər təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi ilə məhkəməyə müraciət etməlidir. Oğlunun doğumu haqqında şəhadətnaməni başqa yolla ala bilmir və məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, oğlu X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Mürüvət qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Maraqlı şəxs 17 oktyabr 2023-cu il tarixli, 3-16-5/8-243 saylı məktubundan məlum olur ki, X7 doğum akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs 16 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X9 və X1 nigahı haqqında 01 iyul 2004-cü il tarixdə 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Masallı RİHBA-nın Ərkivan qəsəbə İƏDÜN-nin 30 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Hüseynova X5 rayonu Ərkivan qəsəbəsində yaşayır. Masallı rayon Masallı RİHBA-nın Ərkivan qəsəbə İƏDÜN-nin 30 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X3 aşağıdakı tərkibdə ailə üzvləri vardır.
1. Sevanə Mürvət qızı-xx.xx.1986-cı il arvadı
2. X4-xx.xx.2004-cü il təvəllüdlü oğlu
3. X10-xx.xx.2009-cu il təvəllüdlü oğlu
4. X6-xx.xx.2008-ci il təvəllüdlü qız
5. X13-xx.xx.2007-ci il təvəllüdlü oğlu soyadı da təqdim edilən sənədlərə tam uyğun gəlməmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, 25 yanvar 2007-ci ildə X2 Respublikasının Dəməşq şəhərində doğulmuşdur Ona görə də onun doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarına görə doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. (qayda2.2.) Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (qayda 2.3.) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; (qayda 2.8.2.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3.-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 25 yanvar 2007-ci ildə Suriya Respublikasının Dəməşq şəhərində doğulması faktı müəyyən edilsin. X7 doğum akt qeydində doğulduğu yer Suriya Respublikasının Dəməşq şəhəri, doğum tarixi 25 yanvar 2007-ci il, adı Əli, soyadı Hüseynov, ata qrafasında ata adı X8, ana qrafasında ana adı Ərizəçi Mürvət qızı qeyd edilsin. Qətnamə rəsmi qasydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Habil Bəhmənov