Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2320/2024 29.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər – Maraqlı şəxs1 və Masallı regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Donetsk vilayəti Vnakiev şəhər sakini Maraqlı şəxs1 ilə faktiki nikahlarından Mədinə adlı qızının 07 oktyabr 2022-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ukrayna Respublikasının vətəndaşı olan Maraqlı şəxs1 ilə 05 may 2020-ci il tarixdə el adəti üzrə ailə həyatı qurmuşlar. Faktiki nikahlarından 07 oktyabr 2022-ci il təvəllüdlü Mədinə adında qızları doğulmuşdur. Uşaq ev şəraitində doğulmuş və doğumuna dair nə tibbi arayış tərtib edilməmiş, nə də doğum akt qeydi aparılmamış, doğum haqqında şəhadətnamə götürülməmişdir. Doğum akt qeydinin olmaması nəticəsində o, bir sıra hüquqlardan, o cümlədən şəxsiyyətini müəyyənləşdirən sənəd almaqdan məhrum olmuşdur. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Masallı regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Maraqlı şəxs1 və Masallı regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun rəfiqəsidir. Ayşən 2021-ci ildə Ukrayna vətəndaşı Natiq adlı şəxslə ailə qurmuşdur. Pandemiya vaxtı olduğundan toyları olmamış, xırda yığıncaq keçirilmişdir. Bir müddət X14 atıb Ukraynaya getmişdir. O, gedərkən Ayşən hamilə olmuşdur. Ayşən 2022ci ilin oktyabr ayında uşaq dünyaya gətirmişdir. Pandemiya vaxtı olduğundan onların qohumu olan Nailə onun uşağı doğmasında yardım etmişdir. Natiq getdikdən sonra onlarla heç vaxt əlaqə saxlamamış, məlumata görə o, Ukraynada başqa bir qadınla yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi anasının bibisidir. Ayşən 2021-ci ildə Ukrayna vətəndaşı Natiq adlı şəxslə ailə qurmuşdur. Pandemiya vaxtı olduğundan toyları olmamış, xırda yığıncaq keçirilmişdir. Təxminən 6 ay X14 atıb Ukraynaya getmişdir. O, gedərkən Ayşən hamilə olmuşdur. Ayşən 2022-ci ilin oktyabr ayında uşaq dünyaya gətirmişdir. Pandemiya vaxtı olduğundan xəstəxanaya apara bilməmişlər. Uşaq doğulduqdan sonra Ayşəngildən onu çağırmışlar. Uşağın göbəyini o, kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ərizəçi anasıdır. Ayşən 2021-ci ildə Ukrayna vətəndaşı Natiq adlı şəxslə ailə qurmuşdur. Namiq onların qonşu kənddən olan tanışlarının yaxını olmuşdur. Ayşəni toy kasetində görüb, bəyənmişdir. Onlar ailə qurduqdan sonra onların evində qalmışdır. Təxminən iki ay bir yerdə yaşamışlar. Pandemiya vaxtı olduğundan toyları olmamış, xırda yığıncaq keçirilmişdir. X14 atıb Ukraynaya getmişdir. O, gedərkən Ayşən hamilə olmuşdur. Ayşən 2022-ci ilin oktyabr ayında uşağı dünyaya gətirmişdir. Pandemiya vaxtı olduğundan xəstəxanaya apara bilməmişlər. Özü xəstəxanaya həkim çağırmaq üçün getmiş, lakin orda karantin vəziyyəti olduğundan, onu xəstəxanaya buraxmamışlar və onlara həkim göndərəcəklərini bildirmişlər. O, evə gələndə artıq uşağın doğulduğunu görmüşdür. Uşaq doğularkən onun qohumu olan Nailə onlara kömək etmiş, uşağın göbəyini o, kəsmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Seriya AA № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində doğulmuşdur, şəxsiyyət vəsiqəsi etibarlıdır. BK380176 saylı Ukrayna Respublikası vətəndaşının vətəndaşının passportundan görünür ki, Maraqlı şəxs1 xx.xx.1990-cı il tarixdə Ukrayna Respublikası Donetsk vilayəti Vnakiev şəhərində doğulmuşdur. Masallı RİHB-nın Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 262 saylı arayışdan görünür ki, Ağayeva X9 rayonu Alışanlı kəndində qeydiyyatdadır və yaşayır. Qızı -xx.xx.2022-ci il təvəllüdlü X7, atası 14 dekabr 1962-ci il təvəllüdlü X5, anası xx xxxxxx 1974-cü il təvəllüdlü Şahid3, qardaşı 24 aprel 2001-ci il təvəllüdlü X8r. Ambulator xəstənin tibbi kartoçkasından görünür ki, fotoşəkili yapışdırılmış uşaq xx.xx.2022-ci il təvəllüdlü X1 qeyd edilmişdir. X5, Şahid3h qızı, X2 və X10 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, həqiqətən də Ərizəçi 07 oktyabr 2022-ci il tarixdə ağır pandemiya dövründə Masallı rayon mərkəzi xəstəxanası qospitalizasiya olunmuşdur və xəstəxana ərazisində də kütləvi şəkildə koronovirus xəstələri vəfat edən və ya ağır vəziyətdə şəxslər olduğuna görə Ərizəçi ev şəraitində uşaq dünyaya gətirmiş, ona evdə məntəqə mama həkimi gətirilmişdir, lazim olan dəva-dərman köməkliyi olunmuşdur. Hal-hazırda uşaq anası ilə birlikdə babası evində yaşayır. Aktın doğruluğu X5, Şahid3h qızı, X2 və X10 tərəfindən imzalarla təsdiq edilmişdir. Masallı regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinin rəyindən görünür ki, doğumun qeydə alınması barədə Ərizəçi ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X3 07 oktyabr 2022-ci il tarixdə Masallı rayonu, Alışanlı kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 07 oktyabr 2022-ci il tarixdə Masallı rayonu, Alışanlı kəndində doğulması faktı müəyyən edilsin. X4 məxsus doğum akt qeydinin ata qrafasında Maraqlı şəxs1, ana qrafasında Ərizəçi yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Masallı regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2320/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2320/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver