Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2357/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 118,1 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2763,17 manat, işsizlikdən sığorta fonduna olan 60,88 manat, icbari Tibbi Sığorta Fonduna olan 86,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxx 1991-ci il, Doğulduğu yer - Azərbaycan, Masallı; Qodman K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Masallı Rayonunun Qodman Bələdiyyəsinin (VÖEN: **********) icbari Tibbi Sığorta Fonduna 86,16 manat, dövlət büdcəsinə 118,1 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 118,1 manat), Dövlət Sosial Müdafiə Fonduna 2763,17 manat, İşsizlikdən sığorta fonduna 60,88 manat olmaqla, ümumilikdə 3028,31 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********695100, xx.xx.2022ci il tarixli **********743000, xx.xx.2023-cü il tarixli **********226800, xx.xx.2023-cü il tarixli **********277400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi olan idarənin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə qeyd olunan tələblər tərəflərindən müdafiə olunmaqla ərizəçinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, xx xxxxx 1991ci il təvəllüdlü Maraqlı şəxs Masallı rayonu, Qodman kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********695100 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 86.16 manat məbləğində (icbari tibbi sığorta haqları üzrə 48.94 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 37.22 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********43000 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 118.10 manat məbləğində (vergilər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 118.10 manat, faizlər üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********226800 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 2763.17 manat məbləğində (muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 2310.89 manat, maliyyə sanksiyası üzrə 79.97 manat, faizlər üzrə 372.31 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********277400 nömrəli bildirişdən görünür ki, Maraqlı şəxs ümumilikdə 60.80 manat məbləğində (işsizlikdən sığorta haqqı üzrə 54 manat, maliyyə sanksiyası üzrə 0 manat, faizlər üzrə 6.88 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat, digər üzrə 0 manat) borcunun olması barədə məlumat verilmişdir. İş materilları ilə müəyyən edilmişdir ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Masallı Rayonunun Qodman Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə ümumilikdə 118,1 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2763,17 manat, işsizlikdən sığorta fonduna olan 60,88 manat, icbari Tibbi Sığorta Fonduna olan 86,16 manat borcu olmuşdur, Maraqlı şəxs xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Masallı Rayonunun Qodman Bələdiyyəsinin vəzifəsində işləmişdir və hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 118,1 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2763,17 manat, işsizlikdən sığorta fonduna olan 60,88 manat, icbari Tibbi Sığorta Fonduna olan 86,16 manat borcu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Masallı rayonu, Qodman kəndində qeydiyyatda olan xx xxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 355-6, 355-7 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayonu, Qodman kəndində qeydiyyatda olan xx xxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2357/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2357/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver