Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2390/2025 01.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs - Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətilərində olan Masallı rayonu, Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı və 0.07 ha həyətyanı torpaq sahəsində ümumi birgə payçıların paylarının müəyyən edilməsi, X3nun payının və mülkiyyətində olan **-CH-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı avtomobilin vərəsələr arasında bərabər bölüşdürülməsi, X2 payının birinci növbəli vərəsəsi olaraq X8 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, X3 ilə X17 xx.xx.1978-ci ildə nikaha daxil olmuşlar və birgə nikahdan X10, Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 adlı uşaqlar anadan olmuşlar. X1 xx.xx.2018-ci il tarixdə, X3 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X3, X8, X10, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 mülkiyyətinə Masallı rayonu, Kolatan kəndində 0.66 ha kənd təsərrüfatı təyinatlı və 0.07 ha həyətyanı torpaq sahəsi vardır. Həmçinin, mərhum Rövşən Hüseynovun mülkiyyətində **-CH-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı avtomobil olmuşdur. Torpaq sahələri ümumi birgə mülkiyyətdir, 0.07 ha torpaq sahəsinə münasibətdə paylar 1/5, 0.81 ha torpaq sahəsinə münasibətdə paylar 1/6 hissədə müəyyən olunmalıdır və X3 xx.xx.2024-cü il tarixdə vəfat etdiyindən Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına uyğun olaraq hər iki torpaq üzrə X3nun payı və avtomobil vərəsələr arasında bərabər bölüşdürülməli, mərhum X10 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən, yəni qeyd olunan qərar ona şamil olunmadığından ondan qalmış miras əmlakı yeganə birinci növbəli vərəsə olaraq anası, yəni X8 qəbul etdiyindən ondan qalmış mirasın onun tərəfindən qəbul olunması müəyyən olunmalıdır. Vərəsəliyin müəyyən olunması və payların müəyyən olunması barədə notariat orqanına müraciət etmişlər, lakin X27 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 767 saylı imtina məktubu verilmişdir. Buna görə də hazırda məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə X11, İddiaçı1, X5, Cavabdeh1 və İddiaçı2 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna” dair JN-120 Kod 80506018 saylı dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 05 saylı qərarı ilə X11, İddiaçı1, X5, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 0.81 hektar kən təsərrüfatı məhsulların istehsalı üçün torpaq saəsi verilmişdir. xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 71 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. DB142774 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşın X7 mülkiyyətindədir. doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1957-ci il təvəllüdlü X9 atası X18, anası X15r. nikah haqqında arayışdan görünür ki, X16 ilə X17 arasında Masallı rayon Kolatan kənd icra nümayəndəliyində 02 noyabr 1978-ci il tarixdə, 48 nömrəli nikah akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə (arvada) Hüeynov (a) soyadı verilmişdir. doğum haqqında arayışdan görünür ki, xx xxxx 1989-cu il təvəllüdlü İddiaçı2 atası X16, anası İddiaçı1dır. doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh2 atası X16, anası İddiaçı1dır. doğum haqqında şəhadətnamədən görünür ki, 22 avqust 1982-ci il təvəllüdlü Cavabdeh1 atası X20, anası X12r. ölüm haqqında şəhadətnamədən gürünür ki, X16 05 aprel 2024-cü il tarixdə ölmüşdür. ölüm haqqında şəhadətnamədən gürünür ki, X10 18 iyul 2018-ci il tarixdə ölmüşdür. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 168 nömrəli arayışdan görünür ki, İddiaçı1 oğlu X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Böyük Kolatan kəndi olmuş, ölənədək onunla birlikdə İddiaçı1, Cavabdeh2 və İddiaçı2 yaşamışdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən Cavabdeh1dır. X2 yuxarıda qeyd edilən şəxslərdən başqa digər vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, İddiaçı1 əri X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Böyük Kolatan kəndi olmuş, ölənədək onunla birlikdə İddiaçı1, Cavabdeh2 və İddiaçı2 yaşamışdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən Cavabdeh1dır. X2 yuxarıda qeyd edilən şəxslərdən başqa digər vərəsələri yoxdur. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 767 saylı məktubdan görünür ki, 05 aprel 2024-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəyə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, qohumluq əlaqəsini təsdiq edən sənədlər olmadığından və vərəsələr arasında mübahisə olduğu səbəbindən, vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Məhkəmə torpaq sahəsində ümumi birgə payçıların paylarının müəyyən münasibətdə ağıdakıları bildirir: Azərbaycan Respublikası Konstitusiyası: 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 ümumi birgə mülkiyyəti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə X11, İddiaçı1, X5, Cavabdeh1 və İddiaçı2 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar məhkəməyə müraciət edərək torpağa münasibətdə payın müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia mtələbi əsaslıdır. Bu səbəbdən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 hər birinin 1/6 payları müəyyən olunmalıdır. Həmçinin “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1 və İddiaçı2 hər birinin 1/5 payları müəyyən olunmalıdır. Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşının üzərində X7 1/2, İddiaçı1 1/2 payları müəyyən olunmalıdır. Məhkəmə mirasın qəbulu faktının müəyyən edilməsinə münasibətdə ağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə qeyd edir ki, X4 digər birinci növbə vərəsəsi olmadığından onun mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 payı və “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsinin 1/5 payı anası İddiaçı1 tərəfindən qəbul edilməsi müəyyən edilməlidir. X7 mülkiyyətində olan və ondan miras qalmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 payı, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsinin 1/5 payı və Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşını onun vərəsələri İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 tərəfindən qəbul edilməsi müəyyən edilməli və aralarında paylara mütənasib şəkildə bölünməlidir Beləliklə tərəflərin öz mülkiyyət payları nəzərə alınaraq “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 9/20, Cavabdeh1 5/20, İddiaçı2 5/20 payı və Cavabdeh2 1/20 payı müəyyən edilməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 9/24, Cavabdeh1 5/24, İddiaçı2 5/24 payı və Cavabdeh2 5/24 payı müəyyən edilməlidir. Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşının üzərində İddiaçı1 5/8, Cavabdeh1 1/8, İddiaçı2 1/8 payı və Cavabdeh2 1/8 payı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1, Cavabdeh2 və İddiaçı2 hər birinin 1/6 payları müəyyən edilsin. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi üzərində X7, İddiaçı1, X4, Cavabdeh1 və İddiaçı2 hər birinin 1/5 payları müəyyən edilsin. Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşının üzərində X7 1/2, İddiaçı1 1/2 payları müəyyən edilsin. “Torpağın mülkiyyətə verilməsinə” dair JN-283A Kod 80506005 saylı şəhadətnamə ilə Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə verilmiş 0.07 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 9/20, Cavabdeh1 5/20, İddiaçı2 5/20 payı və Cavabdeh2 1/20 payı müəyyən edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********63 reyestr nömrəli elektron çıxarışa əsasən Masallı rayonu, Aşağı Kolatan kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 9/24, Cavabdeh1 5/24, İddiaçı2 5/24 payı və Cavabdeh2 5/24 payı müəyyən edilsin. Mercedes Benz C240 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsal tarixli avtomaşının üzərində İddiaçı1 5/8, Cavabdeh1 1/8, İddiaçı2 1/8 payı və Cavabdeh2 1/8 payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2390/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2390/2025
01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver