Məhkəmə qərarları › İş №2(050)-24/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-24/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-24/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Həsənli kəndində çıxarışla birgə mülkiyyətlərində olan 0.9369 ha kənd təsərrüfatlı təyinatlı zəbt edilmiş paybəlli torpaq sahələrindən Masallı rayon Həsənli kənd sakini Cavabdeh məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Həsənli kəndində ona və ailə üzvlərinə Aqrar islahat Komissiyasının 1998-ci il 30 mart tarixli, 12 saylı qərarına əsasən 0.9369 ha torpaq sahəsi ilə JN-190 dövlət aktı ilə verilmiş həmin akt əsasında xx.xx.2023cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı verilmişdir. Həmin çıxarışda təsərrüfat başçısı o olmaqla ümumi birgə mülkiyyətlərində 0.9369 ha kənd təsərrüfatı təyinatlı paybəlli torpaq sahəsini təsərrüfat başçısı kimi o idarə edir. Onlara verilmiş torpaq sahəsinin bir hissəsini onunla həmsərhəd torpaq sahəsi olan həmkəndlisi Cavabdeh zəbt edərək iddia edir ki, torpaq sahəsi ona aiddir. Dəfələrlə qanunsuz zəbt etdiyi torpaq sahəsidən çıxmağı xahiş etsələr də, zəbt etdiyi torpaq sahəsindən çıxmır. Odur ki, Cavabdeh zəbt etdiyi paybəlli torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********80 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Həsənli kəndində yerləşən 0.9369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X2, X3, X7 və X1 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 227 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-192 kod 80507018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 nömrəli qərarı ilə Masallı rayonu Həsənli kəndində Cavabdeh, X9, X10, X18 və X11 0.94 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 03 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(050)-116/2021 saylı qətnaməsi ilə icra olunmuş və Cavabdeh təhvil verilmış 0.33 ha torpaq sahəsinin 0.22 ha hissəsi Torpaqların etektron kadastrı uçotu informasiya sistemində 190 nömrə ilə İddiaçı mülkiyyətində olan 0.93 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaqların elektron kadastrı uçotu informasiya sistemində 190 nömrə ilə İddiaçı mülkiyyətində olan 0.93 ha torpaq sahəsinin 0.29 ha hissəsi Cavabdeh Qurbanəlı oglu tərəfindən faktiki olaraq istifadə edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/8252 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-5018/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastrı uçotu informasiya sistemində 190 nömrə ilə İddiaçı mülkiyyətində olan 0.93 ha torpaq sahəsinin 0.29 ha hissəsi Cavabdeh Qurbanəlı oglu tərəfindən faktiki olaraq istifadə edilir. Masallı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(050)-116/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X8, X17, X19, X12, İddiaçı və X6 qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarma və torpaq sahəsinin yerində tanınmaqla təqdim edilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, Masallı rayonu, Həsənli kəndində yerləşən, JN-192 kod 80507018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə iddiaçı Cavabdeh və onun ailə üzvlərinə məxsus 0.94 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin 0.52 hektar hissəsi cavabdeh X13, 0.33 hektar hissəsi cavabdeh X4 və 0.04 hektar hissəsi cavabdeh X15 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/8252 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın qismən əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0,9369 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən 0.29 ha hissəsi istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X5 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********80 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Masallı rayonu, Həsənli kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.9369 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.29 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X5 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar