Məhkəmə qərarları › İş №2(050)-2474/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2474/2023

27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2474/2023 27.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, yəni Ərizəçi xx.xx.1957-ci ildə Masallı rayonun Dəmirçi kəndində doğulması faktının müəyyən edilməsi, X2, anası X11 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Masallı rayonun Dəmirçi kəndində anadan olmuşdur. Validenyləri X2 və anası X6 birgə nikahlarından dünyaya gəlmişdir. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Həmin doğum haqqında şəhadətnaməyə uyğun olaraq DİN-in tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Lakin bir müddət sonra doğum haqqında şəhadətnaməsini itirdiyindən doğum haqqında şəhadətnmənin surıtinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdiyi vaxt məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi arxivdə yoxdu. O, doğum haqqında şəhadətnaməsi qeydə alınmamışdır. Eyni zamanda o, rəsmi nikaha girərək ailə qurmuşdur və ailəli olmaqla övladı vardır. Hazırda bir sıra sənədbrin hazırlanması üçün onun doğum haqqında şəhadətnaməsi lazım olduğundan buna heç cür əldə edə bilmir. Odur ki, onun doğum faktnınn müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Bağırov Yavər Vəkil oğlu və Şahid2 ifadələrində göstərdilər ki, Ərizəçi 12 avqust 1957-ci ildə Masallı rayonun Dəmirçi kəndində anadan olmuşdur. X2, anası isə X9r. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi XX.XX.1957-ci ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1453 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları ərizəçiyə izah edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən təqdim edilmiş 17 may 2023-cü il tarixli, 215 nömrəli arayışdan görünür ki, Ərizəçi Masallı rayonu Bədəlan kəndində yaşayır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə Hüseynova (Şəfəqqətova) Validə Şaban qızı arasında 28 avqust 1975-ci il tarixdə Masallı rayonu Qeydiyyat şöbəsində 88 nömrəli nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi doğulduğu tarixi xx.xx.1957-ci il, doğulduğu yer isə Masallı rayonu, Dəmirçi kəndi göstərilmişdir. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X4 12 iyul 2002-ci il tarixdə infarkt miokard səbəbindən Masallı rayonu Dəmirçi kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X8 15 mart 1985-ci il tarixdə infarkt miokard səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. İş materiallarında ölüm haqqında arayışdan görünür ki, X11 01 dekabr 1976-cı il tarixdə ürək damar çatışmamazlığı səbəbindən Masallı rayonu Bədəlan kəndində ölmüşdür. İş materiallarında olan Səkkizillik Təhsil Haqqında Şəhadətnamədən görünür ki, Hüseynova (Şəfəqqətova) Validə Şaban qızı 1972-ci ildə Masallı rayon Bədəlan kənd orta məktəbində oxumuşdur. İş materiallarında olan pasportdan görünür ki, Ərizəçi XX.XX.1957-ci ildə doğulmuşdur. İş materiallarında olan Masallı RİHB-nin Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin icra nümayəndəliyinin təsərrüfatbaşına kitabından 27 iyul 2023-cü il tarixli, 312 nömrəli çıxarışından görünür ki, XX.XX.1957-ci il təvəllüdlü Ərizəçi Masallı rayonu Dəmirçi kəndində anadan olmuşdur. İş materiallarında olan Masallı RİHB-nin Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlinin icra nümayəndəliyin ev kitabından 27 iyul 2023-cü il tarixli, 313 nömrəli çıxarışından görünür ki, XX.XX.1957-ci il təvəllüdlü Ərizəçi Masallı rayonu Dəmirçi kəndində anadan olmuş, Masallı rayonu Bədəlan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi 12 avqust 1957-ci il tarixdə Masallı rayonu Dəmirçi kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 12 avqust 1957-ci il tarixdə Masallı rayonu Dəmirçi kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X8, ana qrafasında isə X11 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar