Məhkəmə qərarları › İş №2(050)-2490/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2490/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2490/2025 08.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1955-ci ildə tərtib edilmiş 14 saylı doğum aktı qeydində “Lyuba” adından “Aybəniz” adına düzəliş edilməsi məqdəsi ilə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, iddiaçı inzibati orqanın hərəkətləri nəticəsində verilmiş 14 saylı doğum aktı qeydində düzəliş edilməsini tələb edir. Ərizəçi müvafiq tələblə inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, Ərizəçi tərəfindən “AsanPay” vasitəsi ilə ödənilmiş (22 iyun 2025-ci il tarixli, qəbz nömrəsi: **********88) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən “AsanPay” vasitəsi ilə ödənilmiş (22 iyun 2025-ci il tarixli, qəbz nömrəsi: **********88) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. İddiaçıya müvafiq iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar