Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2495/2025 07.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:
1. Ərizəçi Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2015-ci il tarixdə ölmüş anası X3 və 03 sentyabr 2017-ci il tarixdə ölmüş X6ndan miras qalmış Masallı rayonu Mişkəmi kəndində yerləşən Dövlət Reyestrində 30 iyun 2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsindən və 26 iyun 2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakları qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə kimi onun, yəni Ərizəçi tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, X6 03 sentyabr 2017-ci il tarixdə, anası X7 isə 07 aprel 2015-ci il tarixdə Masallı rayonunda ölmüşlər. Valideynləri 12 fevral 1962-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların bu nikahlarından Ərizəçi və digər övladları olmuşdur. X6 və anası X4 mülkiyyətində fərdi yaşayış evinin inşası üçün verilmiş toraq sahəsi və kənd təsərrüfatı mallarının istehsalı üçün həmin torpaq sahəsi qalmışdır (Dövlət Reyestrindən arayış). Həmin miras əmlakı valideynləri öldükdən sonra faktiki olaraq o, qəbul etmişdir. Belə ki, o, mərhum valideynlərindən qalan həyətyanı torpaq sahəsini əkib-becərmiş, həmin həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib mirası faktiki qəbul etmişdir. Həmçinin valideynlərin ondan başqa olan vərəsələri olan digər övladları valideynlərindən miras qalan əmlakların onun adına sənədləşməsinə razılıq verərək miras əmlakdan onun xeyrinə imtina etmişlər və bu barədə notarial qaydada ərizə vermişlər. Eləcə də, o, Bakı şəhərində qeydiyyatda olmuş olsa da, lakin Masallı rayonu, Mişkəmi kəndində yaşamış və burada təsərrüfat idarə etmişdir. Hazırda da həmin kənddə yaşayır. Lakin bütün bunlara baxmayaraq miras əmlakın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etdiyi zaman Notariat ofisi tərəfindən vərəsəliyin qəbulu müddəti keçməsi və faktiki qəbul barədə heç bir sənəd olmadığı əsas gətirilərək miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Maraqlı şəxs Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iş yükünün ağırlığı ilə əlaqədar iştirak edə bilmədiyini və iclasa onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
5. Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi nümayəndəliyinin arayışın surətindən görünür ki, Ərizəçi Masallı rayonu, Mişkəmi kəndində yaşayır.
6. Maraqlı şəxs Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 28 iyun 2025-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu, Miyankü kəndində anadan olmuşdur, bu barədə 18 dekabr 1962-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 207 nömrə ilə qeyd edilmişdir. X6, anası X10r.
7. Masallı regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nikah haqqında 03 iyun 2025-ci il tarixli arayışından görünür ki, X17 ilə X9 nikahı 12 fevral 1962-ci il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Xansuvarova” soyadını qəbul etmişdir.
8. AЗ seriyalı 291458 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 16 dekabr 1962-ci il tarixdə Masallı rayonu, Miyankü kəndində anadan olmuşdur, bu barədə 20 dekabr 1962-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir. X6, anası X10r.
9. AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 22 sentyabr 1966-cı il tarixdə Masallı rayonu, Miyankü kəndində anadan olmuşdur, bu barədə 05 oktyabr 1966-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 159 nömrə ilə qeyd edilmişdir. X6, anası X5r
10. İV-ЖГ seriyalı 439517 nömrəli 08 iyun 1988-ci il tarixli nikah haqqında arayışdan görünür ki, X24 ilə X11 nikahı 08 iyun 1988-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Cabbarova” soyadını qəbul etmişdir.
11. AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 18 noyabr 1967-ci il tarixdə Masallı rayonu, Miyankü kəndində anadan olmuşdur, bu barədə 27 noyabr 1967-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 177 nömrə ilə qeyd edilmişdir. X6, anası X5r.
12. V-ЖГ seriyalı 266202 nömrəli 02 iyun 1989-cu il tarixli nikah haqqında arayışdan görünür ki, X25 ilə X12 nikahı 02 iyun 1989-cu il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Babayeva” soyadını qəbul etmişdir.
13. AZ-İİ seriyalı 509968 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 03 sentyabr 2017-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 sentyabr 2017-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir.
14. AZ-İİ seriyalı 509967 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 07 aprel 2015-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 aprel 2015-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 26 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışından görünür ki, Masallı rayonu, Mişkəmi kəndində yerləşən xüsusi mülkiyyətdə olan sahəsi 0.6397 ha təşkil edən Kənd təsərrüfatı təyinatlı torpaqları – X13 və X4 ümumi birgə mülkiyyətindədir.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 30 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışından görünür ki, Masallı rayonu, Mişkəmi kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 0.12 ha təşkil edən yaşayış məntəqələrinin torpaqları – X17 və X4 ümumi birgə mülkiyyətindədir.
17. Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 147 nömrəli arayışdan görünür ki, X7 07 aprel 2015-ci il tarixdə vəfat etmişdir. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları: X23, X22, X26 qeyd edilmişdir. Ərizəçi X7 ilə birlikdə qalmışdır.
18. Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli 148 nömrəli arayışdan görünür ki, X17 03 sentyabr 2017ci il tarixdə vəfat etmişdir. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları: X23, X22, X26 qeyd edilmişdir. Ərizəçi X17 ilə birlikdə qalmışdır.
19. Notariat ofisinə ünvanlanmış X14 03 iyun 2025-ci il tarixli ərizələrinin surətindən görünür ki, X6ndan və anası X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur qeyd etmişdir.
20. Notariat ofisinə ünvanlanmış X20 03 iyun 2025-ci il tarixli ərizələrinin surətindən görünür ki, X6ndan və anası X3 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil, bundan əlavə bildirir ki, vərəsəliklə əlaqədar müddətin bərpası ilə əlaqədar gələcəkdə də, məhkəməyə müraciyyət etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür qeyd etmişdir.
21. Notariat ofisinə ünvanlanmış X21 03 iyun 2025-ci il tarixli ərizələrinin surətindən görünür ki, X6ndan və anası X3 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil, bundan əlavə bildirir ki, vərəsəliklə əlaqədar müddətin bərpası ilə əlaqədar gələcəkdə də məhkəməyə müraciyyət etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür qeyd etmişdir.
22. Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin Ərizəçi ünvanlanmış 03 iyun 2025-ci il tarixli cavab məktubdan görünür ki, 03 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 03 iyun 2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
23. Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin Ərizəçi ünvanlanmış 03 iyun 2025-ci il tarixli cavab məktubdan görünür ki, 07 aprel 2015-ci il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 03 iyun 2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
24. 03 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
25. Məhkəmə iclasında müəyyən olundu ki, 07 aprel 2015-ci il tarixdə ölmüş X3 və 03 sentyabr 2017-ci il tarixdə ölmüş X8 Masallı rayonu, Mişkəmi kəndində yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahələri miras qalmışdır. Mərhumların qanun üzrə vərəsələri hazırki Ərizəçi, X23, X26 və X22 olmuşdur. Yaşar Xansuvarov, Mətanət Babayeva və Meyparə Cabbarova Notariat ofisinə ərizə ilə müraciət edərək miras əmlakı qəbul etmədiklərini və miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədikərini bildirmişlər. Ərizəçi 03 iyun 2025-ci il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, mərhum atasına və anasına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür, miras üzrə vərəsəliyi sənədləşdirmək üçün mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X7 və X17 vəfat etdikdən sonra onlardan qalan miras əmlakları ərizəçi idarə etmişdir və bu işin mübahisəsiz halıdır. Digər vərəsələr isə miras əmlakı qəbul etmək hüququnu notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişlər. Göründüyü kimi ərizəçi anasına və atasına məxsus əmlakı faktiki cəhətdən ələ keçirib və onlara sahib durmaqla mirasa faktiki sahiblik etmiş, əlavə olaraq miras əmlakdan istifadə etməklə, onun saxlanması və normal təsərrüfatın aparılması üçün zəruri hərəkətlər etməklə miras əmlakı faktiki idarə etmişdir.
Məhkəmə xərcləri:
31. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X6ndan və anası X3 miras qalmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 26 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışına əsasən Masallı rayonu, Mişkəmi kəndində yerləşən 0.6397 ha kənd təsərrüfatlı torpaq sahəsini və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 30 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışına əsasən Masallı rayonu, Mişkəmi kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsini qəbul etməsi faktı və qanun üzrə vərəsə olması müəyyən edilməlidir.
33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi X6ndan və anası X3 miras qalmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 26 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışına əsasən Masallı rayonu, Mişkəmi kəndində yerləşən 0.6397 ha kənd təsərrüfatlı torpaq sahəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 30 iyun 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışına əsasən Masallı rayonu, Mişkəmi kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsini qəbul etməsi faktı və qanun üzrə vərəsə olması müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov