Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2527/2024 17.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Üçüncü şəxslər X30, Nümayəndə (həmçinin üçüncü şəxslər X9, X4, X10 və X5 nümayəndəsi) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X25, X16, X31, X17, X30, X26, Nümayəndə, X18 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X25, X16, X31, X17, X30, X26, Nümayəndə, X18 və Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışlarda göstərilən həyətyanı və payıbəlli torpaq sahələrində onunla, üçüncü şəxslər-X26, X18, mərhum X32 ilə X1 hər birinin 1/5 payının müəyyən edilməsi və 31 avqust 2013-cü ildə vəfat etmiş mərhum X32 ilə X3 miras qalmış Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0,1174 ha həyətyanı torpaq sahəsi ilə 0,3748 ha payıbəlli torpaq sahəsinin 1/5-dən ibarət, həmçinin mərhum X11 miras qalmış həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı bütövlükdə qəbul etməyi faktının müəyyən edilməsi və həmin miras əmlaklara bütünlüklə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X32 ilə X19 nikahlarını 02 noyabr 1959-cu ildə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından onunla yanaşı Muxtar, Qeysər, Qubad və Savalan adlı qardaşları, Bənarə, Azadə, Şəfəq, Elnura və Elnarə adlı bacıları olmuşdur. X52 31 avqust 2013-cü il tarixdə, anası Gülnisə Kazımova isə 19 aprel 2017-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum valideynləri ilə Şəfəq və Elnura adlı bacıları da onun birgə mülkiyyətlərində Masallı rayonu Yeyənkənd kəndində 0,1174 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi və 0,3748 ha payıbəlli torpaq sahəsi olmuşdur. Həmin torpaqlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli Çıxarışlarla mülkiyyətlərində olmaqla, qeyd olunan mülkiyyət sənədlərində mərhumlarla birlikdə 5 nəfər şəxsin adı qeyd edilmiş, evin isə Mürsəl Nəcəfovun mülkiyyətində olması göstərilmişdir. Yəni sözügedən ev Mürsəl Nəcəfovdan, qeyd olunan həyətyanı və payıbəlli torpaq sahələrinin isə 1/5-i mərhum Mürsəl Nəcəfovdan, 1/5-i isə Gülnisə Kazımovadan miras qalmışdır. Bütün bacı-qardaşları ailə həyatı qurub köçmüş, təsərrüfatdan ayrılmış, həyətdə olan evdə yalnız onunla bacısı Nümayəndə qalmışlar. Yalnız o, mərhumdan qalan həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla təsərrüfatı idarə edib, kommunal xərcləri ödəyib mirası faktiki qəbul etmişdir. Lakin mirası sənədləşdirmək istəyərkən 3-cü şəxslər buna etiraz etməsələr də, cavabdeh notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən də mərhum valideynlərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Cavabdeh 2012-ci ildən Rusiya Federasiyasında yaşayır, bu illər ərzində iki dəfə Azərbaycana gəlmiş və bir neçə gün qalıb getmişdir. Onda olan məlumata əsasən cavabdeh hazırda Rusiya Federasiyasında vətəndaşlıq almışdır. Digər üçüncü şəxslər olan bacıları Nümayəndə, X30, X27 və qardaşı X31 onların payına düşən mirasdan imtina etmişdilər. Bundan başqa digər qardaşları X25, X17 və bacıları X26, X5 nümayəndəsi olan Nümayəndə vasitəsi ilə miras əmlakdan pay tələb etmədiklərini bildirmişlər. Onun mirası qəbul etmələrinə etirazları yoxdur. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X30 məhkəmə iclasında bildirdi ki, valideynlərinin ölümündən sonra onların birinci növbəli vərəsələri kimi o, qardaşları və bacıları qalmışdılar. Valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qardaşı Rüfət qəbul edərək idarə etmişdir. Qardaşı Cavabdeh miras əmlakı faktiki olaraq qəbul etməsə də, miras əmlakın Rüfət tərəfindən qəbul edilməsinə etiraz etmişdir. O və digər qardaş-bacıları mirası qəbul etməmişdilər. Mirasın qəbulu ilə bağlı gələcəkdə də müraciət etmək fikirləri yoxdur. Onlara çatacaq paydan imtina edirlər. Miras əmlakın bütünlüklə iddiaçının adına sənədləşdirilməsinə etiraz etmirlər. Sonda A.M.Abasova iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs Nümayəndə məhkəmə iclasında bildirdi ki, valideynlərinin ölümündən sonra onların birinci növbəli vərəsələri kimi o, qardaşları və bacıları qalmışdılar. Valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qardaşı Rüfət qəbul edərək idarə etmişdir. Qardaşı Cavabdeh miras əmlakı faktiki olaraq qəbul etməsə də, miras əmlakın Rüfət tərəfindən qəbul edilməsinə etiraz etmişdir. O və digər qardaş-bacıları isə mirası qəbul etməmişdilər və qəbul etmək kimi də fikirləri yoxdur. Onlardan bacıları Nümayəndə, X30, X27 və qardaşı X31 onların payına düşən mirasdan imtina etmişdilər. Bundan başqa digər nümayəndəsi olduğu qardaşları X25, X17 və bacıları X26 və X18 miras əmlakdan pay tələb etmədiklərini bildirmişlər. Mirasın qəbulu ilə bağlı gələcəkdə də müraciət etmək fikirləri yoxdur. Onlara çatan paydan imtina edirlər. Miras əmlakın bütünlüklə iddiaçının adına sənədləşdirilməsinə etiraz etmirlər. Sonda Nümayəndə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X54 ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X32 ilə X19 arasında 02 noyabr 1959cu ildə Güllütəpəkənd sovetində 14 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Nəcəfov arvada Kazımov soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X32 31 avqust 2013-cü ildə, X19 19 aprel 2017-ci ildə ölmüşlər. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 175 nömrəli arayışdan görünür ki, İddiaçı atası X32 31 avqust 2013-cü ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Yeyənkənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri oğlu İddiaçı (xx.xx.1977) və qızı Nümayəndə (xx.xx.1971) qalmışdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları X25 (xx.xx.1960), X16 (xx.xx.1962), X31 (xx.xx.1965), X17 (xx.xx.1966), X30 (xx.xx.1969), Cavabdeh (xx.xx.1974), X26 (xx.xx.1980) və X18 (xx.xx.1982). X2 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 175/1 nömrəli arayışdan görünür ki, İddiaçı anası X19 19 aprel 2017-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Yeyənkənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri oğlu İddiaçı (xx.xx.1977) və qızı Nümayəndə (xx.xx.1971) qalmışdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları X25 (xx.xx.1960), X16 (xx.xx.1962), X31 (xx.xx.1965), X17 (xx.xx.1966), X30 (xx.xx.1969), Cavabdeh (xx.xx.1974), X26 (xx.xx.1980) və X18 (xx.xx.1982). X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 28 avqust 1977-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X20 05 dekabr 1966-cı il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X25 22 dekabr 1960-cı il tarixdə doğulmuşdur, ata qrafası boşdur, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X26 25 aprel 1980-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X21 01 sentyabr 1982-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə 22 avqust 1971-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X28 16 aprel 1969-cu il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X16 25 oktyabr 1962-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X31 26 iyul 1965-ci il tarixdə doğulmuşdur, atası X32, anası X12r. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X33 ilə X22 arasında 23 yanvar 2001-ci ildə Masallı rayon VVAQ16 şöbəsində 48 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qədirov (a) soyadı verilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X29 ilə X28 arasında 22 may 1989-cu ildə Masallı rayonu Yeyənkənd kənd sovetində 9 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Abasov (a) soyadı verilmişdir. Nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2013-cü il tarixdə atam - X32 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2017-ci il tarixdə anam - X23 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X14 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2013-cü il tarixdə atam - X32 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X14 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2017-ci il tarixdə anam - X23 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X7 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2013-cü il tarixdə atam - X32 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X7 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2017-ci il tarixdə anam - X23 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X15 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2013-cü il tarixdə atam - X32 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” X15 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2017-ci il tarixdə anam - X23 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirirəm ki, ondan miras qalmış əmlakı faktiki qəbul etməmişəm, qəbul etmək niyyətində də deyiləm. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərimə götürürəm.” Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 314 nömrəli arayışdan görünür ki, Yeyənkən kənd sakini İddiaçı valideynləri vəfat etdikdən sonra hal-hazıradək təsərrüfatı idarə edir. Masallı Rayon Yeyənkən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16 nömrəli arayışdan görünür ki, Yeyənkən kənd sakini İddiaçı valideynləri vəfat etdikdən sonra əmlak və torpaqdan istifadə edir. 2024-cü il tarixədək əmlak və torpaq vergisini ödəmişdir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********84 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Yeyənkənd kəndində yerləşən 0.3748 ha torpaq sahəsi üzərində İddiaçı, X10, X5, X13 və X6 mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 138 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat, **********99-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayışdan görünür ki, Masallı rayonu, Yeyənkənd kəndində yerləşən 0.1174 ha torpaq sahəsi və ümumi sahəsi 117.4 kv.m olan fərdi yaşayış evi üzərində X13 (fərdi yaşayış evinə münasibətdə tam olmaqla) mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində isə X13 da ümumi birgə olmaqla X6, İddiaçı, X10, X5, mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır "xxxx" ASC-nin abunə haqqında məlumat cədvəlindən və “Azəriqaz” İB-nın abonentin salosundan görünür ki, Masallı rayonu Yeyənkənd kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaclar İddiaçı adına qeydə alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 857 saylı məktubdan görünür ki, 31 avqust 2013-cü il tarixdə vəfat etmiş X11 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 858 saylı məktubdan görünür ki, 19 aprel 2017-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti nəzərədən keçirilərkən, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Üçüncü şəxs (həmçinin üçüncü şəxslər X9, X4, X10 və X5 nümayəndəsi) Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilir ki, “özüm və nümayəndəsi olduğum X25, X17, X26 və X18 valideynlərimizdən qalmış miras əmlakı qəbul etməmişik Həmin miras əmlaklardan pay tələb etmirik. İddianın təmin edilməsinə etiraz etmirik.” Məhkəmə Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin vəkilinin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Mülki Məcəllənin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum valideynləri X32 31 avqust 2013-cü il tarixdə, anası X19 19 aprel 2017-ci il tarixdə vəfat etmişdir. Mərhumların Şəfəq, Elnura və iddiaçının özü də daxil olmaqla ümumi birgə mülkiyyətlərində Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0,1174 ha həyətyanı torpaq sahəsi, 0,3748 ha payıbəlli torpaq sahəsi və Mürsəl Nəcəfovun tam mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Miras əmlakın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə notariat kontoruna müraciət edilməmiş, lakin iddiaçı Rüfət Mürsəlov qeyd edilən torpaq sahələrini və fərdi yaşayış evini faktiki olaraq qəbul edib idarə etmişdir. Digər vərəsələr miras əmlakı qəbul etmədiklərini, gələcəkdə də qəbul etmək niyyətində olmadıqlarını bildirmişdilər. Yalnız vərəsələrdən Cavabdeh notariat orqanında vərəsəlik üzrə sənədləşmənin aparılmasına etiraz etmişdir. O, 2012-ci il tarixdən Rusiya Federasiyasında yaşamaqla bu müddət ərzində yalnız iki dəfə qısa müddətli ölkəyə gəlmiş, daha sonra isə geri qaytımışdır. O, ümumiyyətlə valideynlərinin sağlığında belə miras qalmış torpaq sahələrini və fərdi yaşayış evindən hər hansı formada istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı birinci növbə vərəsə kimi mərhum atası X11 və anası X3 miras qalmış torpaq sahələrini və fərdi yaşayış evini faktiki qəbul etmişdir. Bu məhkəmə araşdırması zamanı iddiaçının, üçüncü şəxsin izahatları ilə, həmçinin iş materialları ilə təsdiqini tapır. Məhəmə hesab edir ki, torpaq sahələri mərhumlarla yanaşı digər şəxslərin də ümumi birgə mülkiyyətində olduğundan həmin əmlaklar üzərində mülkiyyətçilərin konkret payları müəyyən edildikdən sonra miras qalmış payların qəbul edilməsini faktını müəyyən etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışlarda göstərilən Masallı Rayonu Yeyənkənd kəndində yerləşən həyətyanı və payıbəlli torpaq sahələri üzərində paylar tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, hazırda paylı mülkiyyətçilərin ikisi dünyasını dəyişdiyindən və bundan sonra razılaşma mümkün olmadığından qeyd edilən torpaq sahələri üzərində paylar müəyyən edilməlidir. Belə ki, torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışlardan görünür ki, 0,3748 ha kənd təsərrüfatlı təyinatlı və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,1174 ha payıbəlli torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla 5 nəfər şəxsin mülkiyyətində olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlak üzərində paylar üzrə razılaşma olmadığından onların hər birinin payları bərəbər hesab edilməli, yəni çıxarışda adları qeyd edilmiş X32 və X19, İddiaçı, X26 və X8 torpaq sahəsi üzərində hər birinə münasibətdə 1/5 payları müəyyən edilməlidir. Həmin mülkiyyətçilərdən X32 və X19 öldüyündən onların onların payları üzrə miras əmlak açılmış və İddiaçı tərəfindən həmin torpaq sahələri faktiki olaraq qəbul edilərək idarə edildiyindən, torpaq sahələrini faktiki olaraq qəbul edən digər ümumi mülkiyyətçilər isə ümumi birgə mülkiyyətdə olan ana və atalarına məxsus olan paylardan imtina etdiklərindən, eyni zamanda digər vərəsələr də miras əmlakı qəbul etməyərək qəbul etmək niyyətində olmadıqlarını bildirdiklərindən, yalnız Cavabdeh miras əmlakın qəbul edilməsinə etiraz etsə də, miras əmlakı faktiki olaraq qəbul etmədiyindən, mərhumlara məxsus olan və hər iki torpaq sahəsinə münasibətdə payları müəyyən edilmiş 1/5 hissələr, yəni ümumilikdə hər iki torpaq sahəsinə münasibətdə miras qalmış 2/5 hissədə paylar İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və həmin paylar üzərində mülkiyyət hüququ tanınmalıdır. Bundan başqa, məhkəmə X24 məxsus olan miras əmlakın tərkibinə daxil olan fərdi yaşayış evi ilə bağlı qeyd edir ki, həmin evi Cavabdeh faktiki olaraq qəbul etməmiş, lakin evin vərəsələr tərəfindən qəbul edilməsinə etiraz etdiyindən miras əmlakı notarius qaydasında qəbul edilməsi mümkün olmamışdır. İddiaçı həmin evdə valideynlərinin sağlığında birlikdə yaşamış, mərhum valideynləri dünyasını dəyişdikdən sonra da həmin evdə yaşayaraq, miras qalmış əmlakı faktiki idarə edərək onu birmənalı şəkildə qəbul etmişdir. Bu fakt iş materialları ilə tam sübuta yetirilmişdir. Cavabdeh başqa digər vərəsələr miras qalmış fərdi yaşayış evini miras əmlak kimi qəbul etmək niyyətində olmadıqlarını, mirasdan imtina etmələri ilə bağlı ərizələr vermişdilər. Belə olan halda, məhkəmə hesab edir ki, mərhumlar X32 ilə X3 miras qalmış Masallı Rayonu Yeyənkənd kəndində yerləşən torpaq sahələri üzərində paylar və fərdi yaşayış evindən ibarət miras əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1) Masallı rayonu Yeyənkənd kəndində yerləşən 0,1174 ha həyətyanı və 0,3748 ha payıbəlli torpaq sahələrinin hər birinə münasibətdə birgə mülkiyyətçilər X32 və X19, İddiaçı, X26 və X8 1/5 hissədə payları müəyyən edilsin və mərhumlar X32 ilə X3 miras qalmış həmin torpaq sahələrinin 2/5 hissələri birinci növbəli vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə həmin torpaq sahələri üzərində onun ümumilikdə 3/5 hissədə paya mülkiyyət hüququ tanınsın. 2) Miras əmlaka daxil olan Masallı rayonu Yeyənkənd kəndində yerləşən X11 miras qalmış fərdi yaşayış evinin tam şəkildə birinci növbəli vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin və həmin əmlak üzərində mülkiyyət hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2527/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2527/2024
17.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver