Məhkəmə qərarları › İş №2(050)-253/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-253/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-253/2024 12.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs - Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu, Təklə kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum yerinin Masallı rayonu, Təklə kəndi, doğum tarixinin xx xxxxxx 1963-cü il, ata qrafasında X11, ana qrafasında X9, adının, soyadının və ata adının olduğu kimi Ərizəçi kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü ildə Masallı rayonu, Təklə kəndində doğulmuşdur. Doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə ilə o, ailə həyatı qurmuş, nikah haqqında şəhadətnamə verilmiş, orta məktəbdə oxumuş, orta təhsili bitirməyi barədə attestat, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və sair hüquqmüəyyənedici sənədlər verilmişdir. Bütün bu sənədlərdə doğum tarixi xx.xx.1963-cü il, doğum yeri Masallı rayonu, Təklə kəndi kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün təkrarən doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etdiyi zaman ona aid doğum akt qeydlərinin aşkarlanmadığı barədə rəsmi qaydada məlumat verilmiş, doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı və doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün hazırda bir çox sənədləri ala bilmir və qanunla müəyyənləşdirilmiş bir çox hüquqlarından istifadə edə bilmir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. X2, anaları X5r. Ata və anaları rəhmətə getmişdir. Bacısı Gülzadə X4 ilə ailə həyatı qurmuşdur. 22 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi qonşusudur. Gülzadənin atası X7r, anasının adını isə xatrılamır. Gülzadənin atası və anası rəhmətə getmişdir. Gülzadə X4 ilə ailə həyatı qurmuşdur. Gülzadənin qardaşı Şahid1 da tanıyır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuşdur, şəxsiyyət vəsiqəsi etibarlıdır. Nikah haqqında arayışdan görünür ki, X6 ilə X3 nikahlarını 20 fevral 1981-ci ildə Masallı rayon Təklə ərazi nümayəndəliyində, 04 saylı qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Nağıyev (a) soyadı verilmişdir. Ölüm haqqında arayılşlardan görünür ki, X9 01 aprel 2010-cu ildə, X11 14 avqust 2009-cu ildə ölmüşdür. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2116-2023 nömrəli məktubundan görünür ki, Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivi üzrə və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Masallı Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 1966-1968-ci illərə aid Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə (əvvəlki adı - Təklə kənd XDS İK) təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, təsərrüfat başçısı kimi X10, onun arvadı X9, qızı X3, oğlu Şahid1 və digər ailə üzvləri təsərrüfatda olan şəxslər kimi göstərilmişdir. X1 doğum tarixi kimi xx.xx.1963-cü il qeyd edilmişdir. Masallı RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.20234-cü il tarixli, 282 saylı arayışdan göstərilir ki, Ərizəçi atası X11 xx.xx.2009-cu ildə, anası X9 xx.xx.2010-cu ildə vəfat etmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu, Təklə kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Masallı rayonu, Təklə kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında X11, ana qrafasında X9 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar