Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2562/2025 08.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 ştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 (üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 (üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 miras qalmış Masallı şəhəri, İsgəndərli yaşayış massivində yerləşən xx.xx.2011-ci il tarixli, **********77-10301 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi və tikililər üzərində qanun üzrə vərəsə kimi onun yəni İddiaçı tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı ildə Masallı şəhərində anadan olmuş və hazırda yuxarıda göstərdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X11 ilə mərhum anası X6 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. X16 xx.xx.2008-ci il tarixdə, mərhum atası isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Mərhumların rəsmi nikahlarından aşağıdakı övladları dünyaya gəlmişdir. Mərhumların övladları: İddiaçı faktiki miras kütləsini qəbul edən şəxs. Cavabdeh3 valideyınlərinin sağlığında təsərrüfatdan ayrılmış, özünün şəxsi təsərrüfatı mövcuddur. X17 valideyinlərinin sağlığında təsərrüfatdan ayrılaraq ailə həyatı qurmuş, hazırda Masallı rayonu Qəriblər kəndində öz təsərrüfatında yaşayır. Cavabdeh1, ata adında texniki səhv olsada onun balaca qardaşıdır. O, digər qardaşları kimi təsərrüfatdan ayrılmış və öz təsərrüfatını qurmuşdur. Cavabdeh2, ata adında texniki səhv olsada onun balaca qardaşıdır. Valideyinlərinin sağlığına özünün təsərrüfatını qurmuşdur. X12 xx.xx.2013-cü il tarixdə beynə qansızması nəticəsində ölmüşdür. X13 xx.xx.2023-cü il tarixdə beyindaxili qansızma nəticəsində ölmüşdür. X15 2017-ci il tarixdə Rusiya Federasiyasında fəvat etmiş və orada dəfn olunmuşdur. X18 1987-ci il tarixdə vəfat etmiş və Masallı rayon Qəriblər kənd qəbristanlığında dəfn olunmuşdur. Mərhum atası Xalıq Mehtiyev sağ olarkən Masallı şəhəri İsgəndərli yaşayış massivində 0.10 hektar torpaq sahəsində özü üçün 1 mərtəbəli ev, iri buynuzlu heyvanların saxlanılması üçün tövlə və saray inşa etmişdir. O, atasının öldüyü günə kimi mərhumla bir evdə yaşamış, onun xəstəliyi dövründə ona qulluq etmiş və həmçinin onun ölmündən sonra təsərrüfatını o, idarə etmişdir. Torpaq sahəsinin və tikililərin mərhum atasının mülkiyyətində olması barədə mərhumun adına reyestr xidməti tərəfindən ********** qeydiyyat nömrəli, **********77- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Yəni işin faktiki hallarına baxdıqda tam şəkildə aydın olur ki, mərhum atasının ölümündən sonra miras kütləsini o qəbul etmişdir. Həmin torpaq sahəsində və evdə o yaşayır. Notariat orqanına bütün sənədlərini təqdim etsə də heç bir araşdırmma aparmadan ona imtina barədə qərar vermişlər. Vərəsələr arasında heç bir mübahisə yoxdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat, **********77-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, İsgəndərli yaşayış massivində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evin üzərində X7 tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 7 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış 27 aprel 2025-ci il tarixli, 532 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş ataları X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmağı eyni zamanda qohumçuluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə təqdim edə bilmədikləri və vərəsələr arasında mübahisə olduğu və nikahdan kənar doğulduğları üçün atalığın müəyyən edilməsi haqqında şəhadətnamə olmadığı səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etmək xahiş olunmuşdur. ölüm haqqında şəhadətnamədən görünür ki, X11 29 aprel 2011-ci ildə ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X12 26 iyul 2013-cü ildə ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2023-cü ildə ölmüşdür. 14 yanvar 2025-ci il tarixli, **********366 saylı X8 6 saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisində təsdiq olan ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdək qüvvədə olmuş redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı mərhum atası X9 münasibətdə birinci növbədə vərəsədir. İddiaçı miras əmlak olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışda göstərilən tam mülkiyyət hüququ ilə 29 aprel 2011-ci il tarixdə ölmüş X9 aid olan Masallı şəhəri, İsgəndərli yaşayış massivi ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli, dörd otaqlı 76.5 m2 yaşayış və 49.9 m2 yardımçı olmaqla ümumi sahəsi 126.4 m2 olan fərdi yaşayış evindən, 30.0 m2 sahəsi olan tövlədən və 51.6 m2 saraydan ibarət əmlakı faktiki qəbul etmiş və onu idarə etmişdir. Həmçinin ölmüş şəxsin digər vərəsələri miras əmlakı faktiki qəbul etməmiş və məhkəmə iclası zamanı qəbuldan imtinalarını bəyan etmişlər. Odur ki, iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışda göstərilən tam mülkiyyət hüququ ilə 29 aprel 2011-ci il tarixdə ölmüş X9 aid olan Masallı şəhəri, İsgəndərli yaşayış massivi ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli, dörd otaqlı 76.5 m2 yaşayış və 49.9 m2 yardımçı olmaqla ümumi sahəsi 126.4 m2 olan fərdi yaşayış evindən, 30.0 m2 sahəsi olan tövlədən və 51.6 m2 saraydan ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli, o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışda göstərilən tam mülkiyyət hüququ ilə 29 aprel 2011-ci il tarixdə ölmüş X9 aid olan Masallı şəhəri, İsgəndərli yaşayış massivi ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli, dörd otaqlı 76.5 m2 yaşayış və 49.9 m2 yardımçı olmaqla ümumi sahəsi 126.4 m2 olan fərdi yaşayış evindən, 30.0 m2 sahəsi olan tövlədən və 51.6 m2 saraydan ibarət miras əmlak İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilsin və o, həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2562/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2562/2025
08.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver