Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2626/2023 09.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı uşaqları 16 yanvar 2006-cı il təvəllüdlü X5, 19 may 2010-cu il təvəllüdlü X6, 02 iyul 2014-cü il təvəllüdlü X4 və 08 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə birlikdə Masallı şəhəri, H.Aslanov küçəsində 0.08 ha torpaq sahəsində yerləşən üç mərtəbəli, on otaqdan ibarət evə köçürülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 ilə 2004cü ilin dekabr ayında qeyri-rəsmi ailə həyatı qurmuşdur. Faktiki ər-arvad kimi yaşamaqla 2010-cu Masallı rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olub, xx.xx.2021-ci ilədək ər-arvad kimi yaşamış və qeyd etdiyi tarixdə boşanmışlar. Birgə faktiki 16 yanvar 2006-cı il təvəllüdlü X5, 19 may 2010-cu il təvəllüdlü X6 02 iyul 2014-cü il təvəllüdlü X4 və 08 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. O, cavabdehlərin evinin günbatan tərəfində yerləşən otağa gəlin köçmüşdür. Ev 3 mərtəbəli, 10 otaqlı və bir maşın saxlanc yerindən ibarətdir. O, gəlin köçdüyü evdə iki nəfər, ər-arvad kimi yaşamışlar. Təxminən ev 3 sot torpaq sahəsindən ibarətdir. O, cavabdehlərin evində 18 il yaşamışdır. Onun dörd nəfər uşağı gəlin köçdüyü evdə doğulmuşdur. Onun əmlakları hal-hazırda cavabdehlərin evində qalmışdır. Cavabdeh əri onu və azyaşlı uşaqlarını döymüşdür. Ərim onu zorakılıq yolu ilə məcburi çıxarmışdır. Hal-hazırda o, dörd uşaqla Masallı şəhərində kirayədə yaşayır, lakin kirayə haqqını ödəmək üçün maddi imkanı çatmır. Uşaqları məktəblidirlər, heç bir yerdən gəliri yoxdur, süpürgəçilik edib uşaqlarını zorla saxlayır. Hal-hazırda ev kirayəsi vermək üçün 3 ay pulunu ödəməlidir, lakin pulu yoxdur. Kirayədə qaldığı ev sahibi ondan evdən çıxmasını istəmişdir. Onun başqa yerdə yaşamağa yeri və imkanı yoxdur. Dörd uşaqla evsiz qalmışdır. O, qanun daxilində öz evində yaşamaq hüququ istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, əvvəllər köçmək istədiyi evdə yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra 2021-ci ildə onu evdən qovmuşlar. Evi onun bibisi olan qayınanası tikmiş və ona hədiyyə etmişdir. Qayınanası vəfat etdikdən sonra onu evdən qovmuşlar. O, evdən çıxarkən özü ilə heç bir əşyasını götürə bilməmişdir. Bununla əlaqədar əmlak tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi çıxarılmış, lakin cavabdehlər əşyalarını götürməsinə icazə verməmişdir. Onun hal-hazırda qalmağa yeri yoxdur. Həmçinin o, uşaqalrın saxlanılması üçün aliment də almır. İddiasının təmin olunmasını xahhiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı ilə eyni əsaslarla müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ev oğlu Cavabdeh3 mülkiyyətindədir. O, özü başqa ünvanda yaşayır, İddiaçı həmin evə heç bir hüququ yoxdur, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 iddinı qəbul etməyərək bildirmişdir ki, hal-hazırda ev qardaşı Cavabdeh3 adınadır. Onun həmin evə heç bir aidiyyəti yoxdur, o, özü 1-ci dərəcə əlildir, qayğıya ehtiyacı olduğuna görə bacının yanında yaşayır. Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev hal-hazırda onun mülkiyyətindədir. O, İddiaçı evinə köçürülməsinə razı deyil. İddiaçı uzun illər əvvəl evdən getmişdir. Mülkiyyətçi kimi iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı şəhər İƏDÜN-ün 07 aprel 2023-cü il tarixli, 816 saylı arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkbi barədə arayışdan görünür ki, İddiaçı Masallı rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayə yaşayır, 16 yanvar 2006-cı il təvəllüdlü X5, 19 may 2010-cu il təvəllüdlü X6 02 iyul 2014-cü il təvəllüdlü X4 və 08 oktyabr 2018-ci il təvəllüdlü X2 ibarət ailə üzvləri vardır. Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Masallı şəhəri Sübhan Həsənov (keçmiş H.Aslanov) küçəsində yaşayan Cavabdeh2 yaşadığı ev atası Cavabdeh1 adınadır, 0.08 ha torpaq sahəsində yerləşir və 2 mərtəbədir. Nikah akt qeydi barədə arayışdan görünür ki, Cavabdeh2 və cavabdeh Xancanova (Ağayeva) Səkinə Mirsalam qızı 26 fevral 2011-ci ildə rəsmi nikah bağlamışlar. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 16 yanvar 2006-cı ildə, X6 oğlu 19 may 2010-cu ildə,, X4 02 iyul 2014-cü ildə, X2 08 oktyabr 2018-ci ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh2, anası İddiaçıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı şəhəri, Sübhan Həsənov küçəsi, ev 28 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 595.80 kv.m olan fərdi yaşayış evi Cavabdeh3 tam mülkiyyətinə verilmişdir. Hüquq xx.xx.2023-cü il ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 3-21-3-44/2-4952/2023 saylı məktubdan görünür ki, 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, müraciətdə qeyd olunan ünvan 3 ünvanı ilə halhazırda ünvan 4on məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(050)-1556/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 300 manat dəyərində mətbəx mebeli, 200 manat dəyərində 4x5 1 ədəd kaşmir xalça, 500 manat dəyərində 2 ədəd çarpayı, 1000 manat dəyərində 1 ədəd kondisoner, 300 manat dəyərində 1 ədəd qaz sobası, 300 manat dəyərində 1 ədəd soyuducu, 170 manat dəyərində 1 ədəd stol, 350 manat dəyərində divan kreslo, 500 manat dəyərində bütün qab-qacaqlar, 500 manat dəyərində 3 ədəd plastik pəncərə və ya qətnamə icra olunan vaxt olmayan əşyanın dəyəri, o cümlədən su motoruna görə 50 manat və dövlət rüsumuna görə ödənilmiş 15 manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin 3500 manat dəyərində 7000 ədəd mişar daşı və 700 manat dəyərində 1 ədəd mobil telefon tələbinə münasibətdə təmin olunmaması qət edilmişdir. Məhkəmə, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İşin faktiki hallarına və tərəflərin təqdim etdiyi sübutlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı köçmək istədiyi ev mülkiyyət hüququ üzrə Cavabdeh3 aiddir. Tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı 3 il əvvəl həmin evdən çıxmaqla uşaqları ilə birlikdə ayrı ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı şəhəri, Sübhan Həsənov küçəsi, ev 28 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 595.80 kv.m olan fərdi yaşayış evi Cavabdeh3 adına xx.xx.2023-cü il ildə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, yeni hüquq münasibəti xx.xx.2023-ci il də yarandığına görə, mənzilə köçmək hüququnun əsaslılığı qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara əsasən qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Ağakişi Xanvcanovun adına mülkiyyət hüququ üzrə qeydə alınmaqla onun mülkiyyətindədir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı Səkinə Xanvcanova onun ailə üzvü hesab olunmur. Belə ki, maddədən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvlərinin dairəsi konkret olaraq onun arvadı (əri), habelə onun uşaqları və valideynləri göstərilmişdir. Belə olan halda, İddiaçı Ağakişi Xanvcanovun ailə üzvü hesab olunmur və onun köçmək istədiyi evə mənzil hüququ yaranmır. Bundan başqa İddiaçı 2021-ci ildən evdən getmiş, əşyalarının götürülməsi barədə məhkəmədə iddia qaldırmaqla həmin evlə əlaqəsinin kəsilmsini ifadə etmiş, yaşayış sahəsi olaraq mənzil hüququnun yaranması üçün həmin evlə yetərli və davamlı əlaqələri bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı uşaqları 16 yanvar 2006-cı il təvəllüdlü X5, 19 may 2010-cu il təvəllüdlü X6, 02 iyul 2014-cü il təvəllüdlü X4 və 08 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə birlikdə Masallı şəhəri, H.Aslanov küçəsində 0.08 ha torpaq sahəsində yerləşən üç mərtəbəli, on otaqdan ibarət evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2626/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2626/2023
09.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver