Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2641/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X13 qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və X24 məhkəməyə ərizə ilə müraciət edərək, onların xx.xx.2024cü ildə vəfat etmiş, 27 avqust 1959-cu il təvəllüdlü X22 ilə qohumluq münasibətlərinin (Ərizəçi1 mərhum X10 qardaşı, X24 isə mərhum X5 bacısı olmasının) müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş Ərizəçi1 və xx xxxxx 1942-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş X24 xx.xx.2024-cü ildə vəfat etmiş, 27 avqust 1959-cu il təvəllüdlü X22 ilə qohumluq münasibətlərindədirlər. Belə ki, Ərizəçi1 mərhum X10 qardaşı, X24 isə mərhum X5 bacısıdır. X10 vəfatından sonra ondan miras qalmış əmlaka olan vərəsəlik hüquqlarını reallaşdırmaq istədikdə məlum olmuşdur ki, istər mərhum Validə Əzimovanın, istərsə də onların doğum haqqında şəhadətnamələri yoxdur. Odur ki, doğum haqqında şəhadətnamənin surətini (bu barədə arayış) almaq üçün Masallı regional Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraciət etmişlər. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin müraciətlərinə verdiyi 17 may 2024-cü il tarixli 3-16-5/8- 10xx-xx/2024 saylı, 17 may 2024-cü il tarixli 3-16-5/8-8xx-xx/2024 saylı və 20 may 2024cü il tarixli 3-16-5/8-T-11xx-xx/2023 saylı cavab arayışlarından aydın olur ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.1014-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onların, eləcə də mərhum X10 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Belə bir hal, onları mərhum X25 ilə qohumluq əlaqələrini təsdiqləmək və onun vərəsələri kimi ondan miras qalmış əmlaka vərəsəlik hüquqlarını reallaşdırmaq imkanından məhrum edir. Onlarla mərhum X22 arasında qohumluq münasibətlərinin, Firdovsi Sadıq oğlu X1 qardaşı olması, X12 mərhum X8 bacısı olmasının müəyyən edilməsi onların mərhum X9 qalmış miras əmlaka vərəsəlik hüquqlarının reallaşdırılması üçün lazımdır. Odur ki, məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsinin məzmununa uyğun izahat verərək, bacısı Validənin 22 fevral 2024-cü ildə vəfat etməsini, hal-hazırda vərəsəlik işləri ilə əlaqədar bacısı ilə qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Digər ərizəçi X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında ərizəçi X24 ərizəsinin məzmununa uyğun izahat verərək, bacısı Validənin 22 fevral 2024-cü ildə vəfat etməsini, hal-hazırda vərəsəlik işləri ilə əlaqədar bacısı ilə qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı regional “Asan-Xidmət” Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun atası X23, anası X11 olmuşdur. Onun anası vəfat etdikdən sonra atası X18 ilə ailə qurmuşdur. Anaları vəfat etdikdən sonra onlara Validə analıq etmişdir. Ərizəçi1 mərhum Validə Tahirovanın qardaşı, X24 isə onun bacısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar 4 qardaş və 5 bacı olmuşlar. Validə onun bacısıdır. Validə Namiq adlı şəxslə ailə qurmuşdur. Validənin Namiqlə evliliyindən uşaqları olmamışdır. Ərizəçi1 mərhum Validə Tahirovanın qardaşı, X24 isə onun bacısıdır. İş materiallarına əlavə edilmiş: Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 20 may 2024-cü il tarixli, 3-16-5/8-T-11xx-xx/2023 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 17 may 2024-cü il tarixli, 3-16-5/8-8xx-xx/2024 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi1 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional "ASAN" Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin 17 may 2024-cü il tarixli, 3-16-5/8-10xx-xx/2024 saylı arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X13 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında şəhadətnamədən və arayışlardan görünür ki, X18 22 fevral 2024-cü ildə, X19 08 dekabr 1995-ci ildə, X28 10 dekabr 2005-ci ildə ölmüşdür. Nikah haqqında arayışdan görünür ki, X3 ilə X24 nikahlarını 27 sentyabr 1963-cü il tarixdə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Şükürov (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X26 01 mart 1957-ci ildə doğulmuşdur. Onun atası X20, anası X21r. Doğum haqqında arayışdan görünür ki, Şahid2 xx xxxxxx 1960-cı ildə doğulmuşdur. Onun atası X20, anası X21r. X14 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2024-cü il tarixdə vəfat etmiş bacısı – X4 miras qalmış əmlakdan ona düşən paydan qardaşı –Şahid2 Sadıq oğlunun xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni, mirasdan imtinanın hüquqi nəticələri və bu ərizənin geri götürülməzliyi ona izah olunmuşdur. Ərizəçi2 notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, “xx.xx.2024-cü il tarixdə vəfat etmiş bacısı – X4 miras qalmış əmlakdan ona düşən paydan qardaşı –Şahid2 Sadıq oğlunun xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni, mirasdan imtinanın hüquqi nəticələri və bu ərizənin geri götürülməzliyi ona izah olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********93-10301 reyestr nömrəli nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0465 ha torpaq sahəsi və onun üzərində yerləşən 208.50 kv.m olan fərdi yaşayış evi üzərində hər birinin ½ payı olmaqla X6 (qeydiyyat nömrəsi **********) və Şahid1 (qeydiyyat nömrəsi **********) mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1081 nömrəli arayışdan görünür ki, Ərizəçi1 mərhum bacısı X18 xx.xx.2024-cü ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 1 olmuş, ölənədək onunla birlikdə yaşayan vərəsəsi olmamışdır. X2 qeydiyyatdan çıxıb gedən vərəsələri X26 (1957), Ərizəçi1 (1952), Şahid2 Sadıq oğlu (1960) və Ərizəçi2dır (1942). X6 qeyd olunan vərəsələrindən başqa digər vərəsələri barədə məlumat yoxdur. Masallı Regional “ASAN Xidmət mərkəzində notariat ofisinin 21 may 2024-cü il tarixli, 615 saylı məktubundan görünür ki, Şahid2 Sadıq oğlunun xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsi və ona əlavə edilmiş sənədlər heç bir qohumluq əlaqəsini təsdiq edən sənədlərin olmaması səbəbindən məhkəməyə müraciət olunması üçün geri qaytarılmışdır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin faktiki halları ilə müyyən olunmuşdur ki, Masallı şəhərində yaşamış mərhum X22 ərizəçilərin bacısıdır. Ərizəçilər bacıları X7 miras qalan əmlakın vərəsəliyə qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etdikləri zaman qohumluq əlaqələrini təsdiq edən sənəd olmadığından, miras qalmış əmlakı vərəsə kimi qəbul etmək mümkün olmamışdır. Ərizəçilər bu barədə notariusa müraciət etsə də, bacılarının və özlərinin doğum haqqında akt qeydini əldə edə bilməmələri səbəbindən notariusa təqdim etmədiklərindən vərəsəliyin qəbul edilməsindən imtina edilmişdir. Onların doğum akt qeydləri Masallı rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. Ona görə də, Ərizəçi1 mərhum X10 qardaşı, X24 isə mərhum X5 bacısını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2. və 307.2.1.-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə ərizəçilərin qohumluq münasibəti faktının məhkəmədə müəyyən olunmadan miras məsələlərini həll edə bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və X13 mərhum X10 bacısı və qardaşı kimi onunla qohumluq münasibətlərində olmaları faktları müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2641/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2641/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver