Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2681/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu 20 fevral 2020-ci il təvəllüdlü X3 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə Masallı rayonun Mahmudavar kəndində anadan olmuşdur. xx.xx.2014-cü ildə X5 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 3 nəfər övladları olmuşdur. Lakin sonuncu övladı X6 adlı uşağı anadan olarkən ev şəraitində anadan olduğundan, doğuşla bağlı heç bir sənəd əldə edə bilməmişdir. X14 xx.xx.2020-ci ildə ev şəraitində anadan olmuşdur. Evdə uşağın anadan olması ilə bağlı şahidləri də vardır. Hazırda uşağın doğumu ilə bağlı tibbi sənədi olmadığından uşağına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmir. Buna görədə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, oğlu-X6 adlı uşağın xx.xx.2020-ci ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, X7 ilə rəsmi nikaha girmiş, birgə nikahdan 20 fevral 2020-ci ildə Ramal adlı uşaqları anadan olmuşdur. Ramal ev şəraitində olduğundan və uşağın doğulması barədə tibbi sənəd olmadığından onun doğum akt qeydini rəsmiləşdirə bilməmişdir. Ona görə ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, X1 Gülnarə Ağagül qızı ilə rəsmi nikaha girmişlər. Onların birgə nikahlarından 2020-ci ilin fevral ayında Ramal adlı uşaqları ev şəraitində doğulmuşdur. Ramal dünyaya gələn zaman evdə o, qonşuları və həkim olmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, X1 Gülnarə Ağagül qızı ilə rəsmi nikaha girmişlər. Onların birgə nikahlarından 2020-ci ilin fevral ayında Ramal adlı uşaqları ev şəraitində doğulmuşdur. Ramal dünyaya gələn zaman evdə o, qonşuları və həkim olmuşdur. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, İsayev (Ağayev) Elxan Həşim oğlu və Ərizəçi arasında 24 fevral 2014-cü il tarixdə Masallı rayon Mahmudavar ərazi Nümayəndəliyində 06 saylı nikah bağlanmışdır. Masallı rayon Qeydiyyat şöbəsinin rəyindən məlum olur ki, Ərizəçi övladı X3 doğum akt qeydi ilə əlaqədar müraciətindən imtina edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 31 avqust 2024-cü il tarixli, 18-1-60/2- 1394/2024 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə bir nəfər oğlan uşağı dünyaya gətirməsi ilə bağlı “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Doğum şöbəsində hər-hansı məlumat aşkar edilməmişdir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, X6 20 fevral 2020-ci ildə anadan olmuş, doğum ev şəraitində olduğuna görə doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də onun doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 20 fevral 2020-ci il tarixdə Masallı rayonu, Mahmudavar kəndində doğulması faktı müəyyən edilsin. X3 doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Mahmudavar kəndi, doğum tarixi 20 fevral 2020-ci il, adı Ramal, soyadı İsayev, ata qrafasında ata adı X7, ana qrafasında ana adı Ərizəçi qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2681/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2681/2024
10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver