Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2701/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 ilə. İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ilk iddia üzrə Cavabdeh qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış menələri aradan qaldırılmaqla onun hərəkətlərini qanunsuz hesab edilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı evə yaşayış hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq ilk iddia üzrə Cavabdeh mülkiyyələrində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən evindən çıxarılması və cavabdeh tərəfindən yaranmış maneələri aradan qaldırmaqla onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Masallı rayonu, Mahmudavar kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********8 qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********7 reyestr nömrəli Çıxarışda cavabdehlərin adına qeydə alınmış fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Mahmudavar kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində 17 ildən çoxdur ki, 2 mərtəbəli, 2 otaq, 1 mətbəxdən ibarət İddiaçı1 fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsi Kod 80515018, JN-042A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhədatnamə ilə mülkiyyətə verilmişdir. Həmin Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquq sahibləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 payları nəzərə alınmaqla çıxarış verilmişdir. Çıxarışla yanaşı sözügedən fərdi yaşayış evinə **********17-13101 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilməsi qeyd edilmişdir. Amma Masallı rayon İHB-nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi sənədə əsasən sözügedən fərdi yaşayış evi 2005-ci ildə inşa edilmişdir. Ona görə ki, həmin evin tikintisi 2005-ci ildə başlanmışdır. Cavabdeh Şəbnəm Bayramova gəlin gəlməmişdən öncə, İddiaçı1 özü üçün həmin fərdi yaşyış evini inşa etmişdir. Bütün bunlardan əlavə, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-nin tərtib etdiyi fesabat Cədvəlinin tikintinin təsviri hissəsində həmin tarixə inventar dəyəri 24948 manat qiymətləndirilmişdir. Oğlu İddiaçı3 Cavabdeh ilə faktiki olaraq 04 oktyabr 2013-cü il tarixdə ailə həyatı qurmuşdur, nikahlarını 22 oktyabr 2013-cü il tarixdə Masallı rayon Qeydiyyat çöbəsində 555 saylı nikah akt qeydi ilə qeyd edilmişdir. Birgə nikahlarından 15 avqust 2015-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 adlı iki uşaqları olmuşdur. Cavabdeh ilə xasiyyətləri düz gəlmədiyindən, aralarında olan nikah Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Buna əsasən də, Masallı rayon Qeydiyyat şöbəsinin 20 may 2020-ci il tarixli, 150 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə şəhafdətnamə verilmişdir. Cavabdeh məhkəmədən öncə aqresivləşərək fərdi yaşayış evinə və orada olan çoxillik ağacları kəsərək ziyan vurmuşdur. Halbuki, sözügedən mənzil onların mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Masallı rayonu Mahmudavar kənd sakini İddiaçı3 ilə nikahlarını 22 oktyabr 2013-cü il tarixdə rəsmi bağlamaqla ailə həyatı qurmuşlar. Valideynlərinin vəsaiti hesabına Xəyal və ailə üzvlərinin həyətində fərdi yaşayış evi inşa olunmuşdur. Hazırkı vaxtadək həmin evdə yaşamaqla orada iki övladı dünyaya gəlmiş və hazırda da övladlari ilə qeyd olunan evdə yaşayırlar. Lakin sonradan həmin evə dair cavabdehlərin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarış nikahları dövründə verilməklə Çıxarışda Xəyalın da adı qeyd edilmişdir. Bu isə onu göstərir ki, Xəyal sözügedən evin mülkiyyətçilərindən biridir. Bu barədə qeydiyyat nikahlarından sonra aparılsa da, ev nikahları dövründə inşa edildiyindən Xəyala düşən payın yarısı ona aiddir. Bu bölgü mülkiyyət hüqüquna dair Çıxarış və evin inşası tarixi ilə bağlı qeydlərdən irəli gəlir. Halbuki qeyd olunan ev bütünlüklə valideynlərinin vəsaiti hesabına inşa edildiyindən həmin evə dair Çıxarış da onun adına verilməli idi. Bu səbəbdən də qeyd olunan Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş və iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddiaçı1 ona qarşı evdən çıxma tələbinə dair iddiası 03 mart 2021-ci il tarixli qətnamə ilə kompensasiya verməklə evdən çıxma barədə iddiası isə 17 avqust 2022-ci il tarixli qətnamə ilə rədd edilmişdir. Bütün bunlar onun qeyd olunan evdə yaşamaq hüququnun olmasını göstərir. Məhkəmə baxış iclasında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 ilk iddianın əsaslarını müdafiə edərək, ilk idddiaya uyğun izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mübahsiəli tikili Cavabdeh valideynləri tərəfindən tikilmişdir. Bu fakt arayışlarda da öz əksini tapır. Uşaqları ilə həmin evdə yaşayır. Həmçinin ilk iddiaya İddiaçı1 münasibətdə xitam verilməlidir. Belə ki, İddiaçı1 cavabdeh X5 qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılmaqla onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Masallı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı məhkəmə qətnaməsi mövcuddur. Digər iddiaçılar illərdir ölkə hüdudlarından kənarda yaşayırlar, yəni onlar həmin evdə yaşamaqda maraqlı deyildir. Ona görə də ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon İHB-nın Madmudavar kənd İƏDÜN-ün arayışından görünür ki, İddiaçı1 JN-042A kod 80515018 nömrəli torpaq mülkiyyətinə dair dövlət aktında olan çizgi daxilində iki mərtəbəli 3 otaqlı fərdi yaşayış evə 2005-ci ildə inşa edilmişdir. JN-042A, kod 80515018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı əsasında X2, İddiaçı4, İddiaçı3, İddiaçı3, X1 ümumi birgə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Masallı Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(050)-1051/2021 nömrəli qətnaməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998ci il tarixli, 046 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə X6ma və ailə üzvlərinə 0.06 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-042A kod 80515018 olan Şəhadətnamənin İddiaçı1 və İddiaçı2 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 iyun 2021-ci il tarixli, 659 saylı fərdi yaşayış evi üçün verilən **********17- 10301 reyestr nömrəli Texniki pasportdan görünür ki, yaşayış evlərinin texniki göstəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilmişdir. Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. "xxxx" MMC-nin tərtib etdiyi Hesabat Cədvəlindən görünür ki, tikintinin təsviri hissəsində xx.xx.2005-ci il tarixə invertar dəyəri 24948 manat göstərilmişdir. Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı3 və cavabdeh X7 arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 555 saylı nikah aktın pozulması qət edilmişdir. Masallı RİHB-nın Hişkədərə kənd İƏDÜN-nin məktubundan görünür ki, xx.xx.1990-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuş, hazırda da ərazimizin Hişkədərə kəndinin qeydiyyatında olan X3 Masallı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli, 12 nömrəli qərarı ilə veriım.ş KOD 80523018, JN - 219 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X4 adında olan 6 nəfərdən ibarət ailə üzvlərinə Kənd Təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.49 ha torpaq sahəsində 0.08 ha payı vardır. Masallı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X5 qarşı evdən çıxarılma və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması, onun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(106)-2117/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı1 apelyasiya şikayəti təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(050)884/2022 saylı qətnaməsinin İddiaçı1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(106)-1785/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(050)-111/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsaslı, qarşılıqlı iddia əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə ilk iddiaya münasibətdə göstərilən maddi hüquq normalarını iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, ilk iddiaçı tərəfin iddiasının hüquqi əsası pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlıdır. İddiaçılar torpaq sahəsi və ev üzərində ümumi birgə mülkiyyət hüquqlarına sahibdirlər. Bu fakt Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışla təsdiq olunur. İşin hallarından da görünür ki, mübahisəli evin Cavabdeh və İddiaçı3 birgə qazancları hesabına mülkiyyətlərinə keçməsi, o cümlədən İddiaçı3 özünün tam mülkiyyəyində olması təsdiq olunmur. Belə olan halda evin ilk iddiaçıların ümumi birgə mülkiyyətlərində olması Şəbnəm Bayramovanın həmin evdə İddiaçı3 ailə üzvü kimi yaşamasını istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Göstərilənlərə əsasən Cavabdeh həmin evdə yaşaması istinad olunmuş maddi normaların tələblərinə ziddir, ümumi birgə mülkiyyətçilərin hüquqlarına müdaxilədir və onun hərəkətləri İddiaçı1 və digərlərinin mülkiyyət üzərində sahiblik və istifadə hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də mülkiyyət hüququnun müdafiəsi üçün Cavabdeh evdən çıxarılmalı, ilk iddiaçıların mülkiyyət hüquqlarının tam həyata keçirilməsinə maneə yaradan hərəkətlər qanunsuz hesab edilməli və aradan qaldırılmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd olunan əsaslara hüquqi qiymət verərək qeyd edir ki, Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini tənzimləyən 30.1-ci maddəsinə əsasə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. və 30.4-cü maddələrinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qarşılıqlı iddiaçı Cavabdeh əsasları birgə mülkiyyətçilərdən birinin keçmiş əri Xəyal Bayranov olması, 2013-cü ildən evdə yaşaması, evin valideynləri tərəfindən inşa edilməsi, ilk İddiaçı1 Masallı rayon məhkəməsinin xx.xx.2021-ciil tarixli qətnaməsi ilə evdən çıxarılma, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya verilməklə evdən çıxarılma tələblərinin təmin olunmamasıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh evdən çıxarılması barədə tələb Masallı rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2021 saylı qətnaməsi ilə təmin olunmasa da, xx.xx.2021-ci il tarixdə ev və torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və qeyrilərinin adına qeydiyyata alınması ilə, həmin tarixdən sonra yeni hüquq münasibəti yaranmışdır. Ona görə də evdən çıxarılma tələbinə yeni hüquq münasibəti baxımından hüquqi qiymət verildikdə, ilk iddia barədə qeyd olunmuş əsaslar baxımından, Cavabdeh mənzil hüququ yaranmır və qarşılıqlı iddia üzrə evə yaşayış hüququnün müəyyən edilməsi tələbi əsassız hesab olunmalıdır. Bundan başqa məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı tərəfin Cavabdeh kompensasiya verilməklə evdən çıxarılma tələbinin təmin olunmaması də, Şəbnəmin həmin evdə yaşayış üçün mənzil hüququnun olması üçün əsas ola bilməz. Çünki kompensasiya verməklə, yaxud verməməklə evdən çıxarılma tələbini irəli sürmək ilk iddiaçıların özlərinin subyektiv hüquqlarıdır. Bundan əlavə Cavabdeh ümumi birgə mülkiyyətçilərdən birinin keçmiş ərinin olmasını bildirsə də, nəzərə alınmalıdır ki, ümumi birgə mülkiyyətin hüququnun əsas və prinsipləri baxımından, digər mülkiyyətçilərin hüquq və mənafeləri gözlənilməlidir. Ona görə də həmin hal da əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq, belə hüquqi nəticəyə gəlir ki, təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlər qanunsuz hesab edilməklə aradan qaldırılsın. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qarılıqlı tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2701/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2701/2023
14.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver