Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2737/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətlərində olan Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.05 ha torpaq sahəsində yerləşən 151.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməsi və dövlət rüsumuna görə ödənilmiş 110 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə nikaha daxil olmuş və birgə nikahlarından Murad, Zəhra və Damla adlı üç uşaqları anadan olmuşdur. Uşaqlar hazırda cavabdehin himayəsində yaşayırlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Daha sonra Masallı Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.05 ha torpaq və üzərində yerləşən 151.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evində 1/2 hissədə payları müəyyən olunmuş və həmin qətnaməyə əsasən xx.xx.2025-ci il tarixdə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda həmin torpaq sahəsi və fərdi yaşayış evi paylı mülkiyyətdədir və onların həmin fərdi yaşayış evindən ümumi qaydada bərabər istifadə etmək hüquqları vardır. Hazırda paylı mülkiyyəti olmasına baxmayaraq məcbur olub kirayədə yaşayır. Lakin, cavabdeh fərdi yaşayış evindən istifadə etməyinə şərait yaratmır və o, məcbur olub kirayə evdə yaşayır. Cavabdeh evə köçürülməyinə şərait yaratmır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin müəyyən məbləğdə pul təklifini qəbul etmir və mülkiyyətində olan fərdi yaşayış evinə köçüb yaşamaq niyyəti qətidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə paylı mülkiyyətçi olmasına baxmayaraq, həmin evdə yaşaya bilməz. Həmin evdə uşaqları ilə birlikdə yaşayırlar. Hazırda o və onun uşaqları onun nəinki həmin evdə yaşamasını, ümumiyyətlə onun özünü görmək istəmirlər. Uşaqların analarının etdiyi hərəkətlərə görə ona qarşı nifrətləri vardır. Həmçinin, onun həmin evə gəlməməsindən ötrü ona müəyyən məbləğdə pul da təklif edə bilər. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Masallı Rayon Məhkəməsinin e-2(050)-346/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, Cavabdeh İddiaçı 26 mart 2008- ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X1 atası olması müəyyən edilmiş, 26 mart 2008-ci il təvəllüdlü X5, 09 aprel 2010cu il təvəllüdlü X2 və 11 yanvar 2015-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılmış, 16 yanvar 2023-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay bir uşağa görə 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-806/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi» tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə ilkin iddia təmin edilmiş, Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 151.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilmiş, Cavabdeh “VAZ 21074” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 10000 (on min) manatın ½ hissəsi olan 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, Cavabdeh “Renault Megane minik” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 10000 (on min) manatın ½ hissəsi olan 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, Cavabdeh ilkin iddia ərizəsinin verilməsi üçün köçürülmüş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli çıxarışla ünvan 1i ünvanında İddiaçı ½ hissədə mülkiyyətində olan 151.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mülkiyyət həmçinin ½ hissədə Cavabdeh məxsusdur. Əsaslandırıcı hissə: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında nikah pozulmuş, tərəflər hazırda ayrı yaşayırlar. Masallı rayonu Qəzvinoba kəndində yerləşən 0.05 ha torpaq sahəsinin üzərində inşa edilmiş 151.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı və Cavabdeh hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, torpaq sahəsi və fərdi yaşayış evi tərəflərin hər birinin ½ hissə olmaqla paylı mülkiyyəti olduğundan, onlar həmin əmlakdan bərabər şəkildə istifadə etmək hüququna malikdirlər. Mövcud mübahisə üzrə iddiaçının mübahisəli fərdi yaşayış evini hər hansı səbəbdən tərk etməsi iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, mülkiyyətçinin fərdi yaşayış sahəsini hər hansı səbəbdən tərk etməsi onun həmin əmlaka münasibətdə hüququnun itirilməsinə səbəb olmur. Cavabdeh mübahisəli fərdi yaşayış sahəsinə münasibətdə hansı hüququ sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir. Məhkəmə cavabdehin müəyyən məbləğdə pul təklifi ilə iddiaçının fərdi yaşayış evinə köçürülməməsi ilə bağlı etirazına münasibət bildirərək qeyd edir ki, onun bu təklifini iddiaçı qəbul edəcəyi halda, onun həmin mənzilə köçürülməməsi mümkün ola bilərdi. Hər bir halda yuxarıda qeyd edilən normaların məzmunundan da görünür ki, paylı mülkiyyətçi əmlakdan istifadəyə görə digər mülkiyyətçidən əvəz tələb edə bilər. Lakin, işin hallarından göründüyü kimi iddiaçı cavabdehlə aralarında razılığa gələ bilmədiklərindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı Masallı rayonu, Qəzvinoba kəndində yerləşən 0.05 ha torpaq sahəsində inşa edilmiş 151.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən ödədiyi mediasiya xərcinə görə 60 manat, 50 manat məbləğində dövlət rüsumu, cəmi 110 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Masallı rayonu, Qəzvinoba kəndində yerləşən **********73 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışla paylı mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində inşa edilmiş 151.1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülsün. Mediasiya xərcinə görə ödənilmiş 60 manat, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2737/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2737/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver