Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-275/2024 15.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi X4 iştirakı ilə. Ərizəçi X4 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Dadaşova Zərnişan Vəkil qızı məhkəməyə ərizə ilə müraciət edərək, onun 20 avqust 1959-cu ildə doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci ildə Masallı rayonu Musaküçə kəndində doğulmuşdur. X3 doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar doğum faktının təsdiq edilməsi üçün Masallı rayon Məhkəməsinə müracət etmişdir. O,, X6 ilə 03 fevral 1982-ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan X12 15 iyun 1983-cü il tarixdə, X13 12 sentyabr 1984-cü il tarixdə, X14 22 oktyabr 1987-cil il tarixdə Masallı rayonu Qodman kəndində doğulmuşdur. Kiçik oğlu X8 isə doğim akt qeydi aparılmamışdır. Hazırda oğlu Azər Şalıyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və əlavə olaraq barəsində Azərbaycan Respublikasının CM-nin 29,120.2.2-ci maddəsi ilə, ********* nömrəli cinayət işinin istintaqı aparılır. Ona görə də oğlu Azər Şalıyevin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün ilkin olaraq doğum haqqında şəhadətnamənin alənması vacibdir. Azər Şalıyev 22 oktyabr 1987-ci il tarixdə Masallı rayon Qodman kəndində evdə dünyaya gəlmişdir. Buna görə də Azər Şalıyevin doğulması faktının təsdiq edən heç bir sənəd və ya hansısa qurumda qeydiyyat yoxdur. Odur ki, oğlu X9 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Maraqlı şəxs 22 noyabr 2023-cü il tarixli, 3-16-5/8-192/2023 saylı məktubundan məlum olur ki, X9 doğum akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arayışından görünür ki, X1 və X5 nigah haqqında 03 fevral 1982-ci il tarixdə 08 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Maraqlı şəxs arayışından görünür ki, X2 ölümü Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 219 nömrəli akt qeydinə əsasən qeydə alınmışdır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, X14 22 oktyabr 1987-ci ildə anadan olmuş, doğum ev şəraitində olduğuna görə doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də onun doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarına görə doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. (qayda2.2.) Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (qayda 2.3.) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; (qayda 2.8.2.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3.-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X14 22 oktyabr 1987-ci il tarixdə Masallı rayonu, Qodman kəndində anadan olması faktı müəyyən edilsin. X9 doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Qodman kəndi, doğum tarixi 22 oktyabr 1987-ci il, adı Azər, soyadı Şalıyev, ata qrafasında ata adı X7, ana qrafasında ana adı X10 qeyd edilsin. Qətnamə rəsmi qasydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-275/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-275/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver