Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2755/2025 04.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Masallı Regional “ASAN Xidmət” X1 qeyd edilmiş) miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri, X2 miras qalmış Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən xx.xx.2022-ci il tarixli **********04 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onun, yəni Ərizəçi tanınması və həmin torpaq sahəsini onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə öyrənilərkən müəyyən edilmişdir ki, müvafiq sənədlər və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin məcəllənin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Belə olan halda hazırki iş üzrə ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilməli idi. Lakin, ərizəçi dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi ərizəyə əlavə etməmişdir. Göründüyü kimi, materiala ərizəçinin miras əmlakın qəbul edilməsi üçün notariat orqanına müraciət etməsi və həmin orqan tərəfindən mirasın qəbul edilməsinin mümkün olmaması ilə bağlı imtina məktubu, digər vərəsələrin miras əmlakla bağlı imtinalarının olubolmaması barədə sənədlər və dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2755/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2755/2025
04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver