Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2791/2023 13.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X7 nümayəndəsi, həmçinin üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxslər - X21 və X16) mirasın qəbulu faktının müəyyən edilməsi tələbi üzrə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sadıqov X26 regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxslər - X21 və X16) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0060 saylı Dövlət aktında qeyd edilmiş torpaq sahəsində mərhum valideynləri X17 ilə X18 hər birinin 1/3 payının müəyyən edilməsi, onlardan miras qalmış Masallı rayonu, Qızılağac kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-0060 saylı Dövlət aktında qeyd edilmiş 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3dən ibarət miras əmlakı qəbul etməyi faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri X17 ilə X22 nikahlarını Masallı rayon Çaxırlı ərazi nümayəndəliyində qeyd etdirməklə ailə həyatı qurmuş və onların nikahlarından onunla yanaşı qardaşı Zabit Sadıqovla, bacısı Elfanə Sadıqova anadan olmuşdular. Valideynlərinin nikahından sonra anası Sadıqova soyadını qəbul etmişdir. Həmçinin, bacısı Elfanə də ailə qurduqdan sonra İmanova soyadını qəbul etmişdir. X37 12 mart 2017-ci il tarixdə, anası Alimə Sadıqova isə 27 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Valideynləri daha öncədən vəfat etdiyindən birinci növbəli vərəsə kimi onunla yuxarıda qeyd etdiyi qardaşı və bacısı qalmışdılar. Vəfat edənədək valideynlərinin mülkiyyətində “Torpağa mülkiyyət hüququna dair” JN-0060 saylı Dövlət aktı ilə Masallı rayonu, Qızılağac kəndində 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəddə valideynləri ilə yanaşı qardaşı Zabit Sadıqovun da adı qeyd edilmişdir. Göründüyü kimi miras torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsinin 1/3-i mərhum atasından, 1/3-i mərhum anasından miras qalmışdır. Valideynlərinin Masallı rayonu, Qızılağac kəndində 0.1027 ha həyətyanı torpaq sahəsi və orada inşa edilmiş evləri olmuşdur ki, hələ anası sağlığında həmin ev onun adına qeydiyyata alınmışdır. Evdə olan qaz və elektrik sayğacları da onun adına rəsmiləşdirilmişdir. Anasının qeydiyyatı Masallı rayonu, Qızılağac kəndində olsa da, onunla yaşamışdır. Payıbəlli torpaq sahələrini hər il özü əkib-becərmişdir. Lakin qeydiyyatı Sumqayıt şəhərinə olduğundan, anasının qeydiyyatı Qızılağac kəndinə olduğundan subsudiya ilə bağlı rəsmiləşdirmə anasının adına olmuşdur. Faktiki isə anası onunla yaşamış və payıbəlli torpaq sahəsinin əkini ilə özü məşğul olmuşdur. Göründüyü kimi valideynlərinin sağlığında və onların ölümündən sonra qeyd olunan həyətdə yerləşən evdə ailə üzvləri ilə o, yaşamaqla təsərrüfatı idarə edərək, kommunal xərcləri ödəmiş, həmçinin təsərrüfatı idarə edərək mirası faktiki qəbul etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Mirası sənədləşdirmək istəyərkən notariat kontorunda mümkün olmamış, bu səbəbdən də valideynlərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının və anasının valideynləri, yəni babaları və nənələri daha öncədən vəfat etdiklərindən, atasıyla anasının birinci növbəli vərəsəsi kimi yalnız o, qardaşı və bacısı qalmışdılar. Qardaş və bacısı miras əmlakı qəbul etməmiş və miras əmlakın onun adına sənədləşməsinə etiraz etməmişdilər. Miras əmlakın tərkibinə gəlincə isə bu kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-0060 saylı Dövlət aktı ilə birgə mülkiyyətdə olmuşdur. Birinci növbəli vərəsə kimi yalnız o, miras əmlakı faktik qəbul etdiyindən miras ona çatmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, üçüncü şəxslər olan qardaşı X21 və bacısı X16 onların payına düşən mirasdan imtina etmişdilər. Onun mirası qəbul etmələrinə etirazları yoxdur. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X16 məhkəmə iclasında bildirdi ki, valideynlərinin ölümündən sonra onların birinci növbəli vərəsələri kimi o, qardaşları Akif və Zabit qalmışdılar. Valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qardaşı Akif qəbul edərək idarə etmişdir. O və digər qardaşı Zabit mirası qəbul etməmişdilər. Mirasın qəbulu ilə bağlı gələcəkdə də müraciət etmək fikirləri yoxdur. Onlara çatan paydan imtina edirlər. Miras əmlakın bütünlüklə iddiaçının adına sənədləşdirilməsinə etiraz etmirlər. Sonda E.Q.İmanova iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X43 ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakları olmadan baxılaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının, vəkilin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dair” JN 0060, Kod 80500038 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə X10, X23 və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.76 hektar torpaq sahəsi verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X17 ilə X22 arasında 31 iyul 1970-ci ildə Masallı rayon Qızılağac ərazi nümayəndəliyində 07 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Sadıqov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxx 1971-cü il tarixdə doğulmuşdur, atası X17, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X21 01 iyun 1974-cü il tarixdə doğulmuşdur, atası X17, anası X12r. Doğum haqqında şəhadətnamədən görünür ki, X13 28 may 1972-ci il tarixdə doğulmuşdur, atası X24, anası X12r. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X25 ilə X14 arasında 15 may 1992-ci ildə Masallı rayon Qızılağac kənd ərazi nümayəndəliyində 16 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) İmanov (a) soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 12 mart 2017-ci ildə Masallı rayonu, Qızılağac kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 11 saylı qeydiyyat aparılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X27 27 dekabr 2022-ci ildə Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 09 saylı qeydiyyat aparılmışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 585 nömrəli arayışdan görünür ki, İddiaçı atası xx.xx.2017-ci ildə vəfat etmiş X6 daimi yaşayış yeri Masallı rayonu, Qızılağac kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri yoxdur. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları İddiaçı (xx.xx.1971), X20 (xx.xx.1972) və X21 (xx.xx.1974). X1 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 586 nömrəli arayışdan görünür ki, İddiaçı anası xx.xx.2022-ci ildə vəfat etmiş X18 daimi yaşayış yeri Masallı rayonu, Qızılağac kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvləri yoxdur. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları İddiaçı (xx.xx.1971), X20 (xx.xx.1972) və X21 (xx.xx.1974). X2 yuxarıda qeyd edilən şəxslərdən başqa vərəsələri yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 603 nömrəli arayışdan görünür ki, İddiaçı anası X27 vəfat etdikdən sonra onun anasına və ailə üzvlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN-0060, Kod 80500038 saylı Dövlət aktında qeyd olunan 0.76 ha torpaq sahəsini özü əkib-becərir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində yerləşən 0.1027 ha torpaq sahəsi və ümumi sahəsi 180.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 42 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 688 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X15 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlər nəzərədən keçirilərkən, faktiki qəbul barədə heç bir sənəd olmadığı müəyyən edilmiş, həmçinin vərəsəliyin qəbul müddətinin keçməsinə görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar geri qaytarılmışdır. Üçüncü şəxs X20 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “valideynlərimiz X17 ilə X8 ölümündən sonra birinci növbəli vərəsə kimi iddiaçı ilə yanaşı, onunla mümayəndəsi olduğum qardaşım qalsaq da, miras əmlakı iddiaçı faktiki idarə edərək qəbul etmiş, mən və digər qardaşım Zabit Sadıqov qəbul etməmişik. Mirasın qəbulu ilə bağlı da gələcəkdə müraciət etməyəcəyik. Mirasdan bizə çatan paydan imtina edirik və həmin mirasın bütünlükdə iddiaçının adına sənədləşməsinə etiraz etmirik.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasənqanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, İddiaçı mərhum atası X4 və anası X15 miras qalmış torpaq sahəsini faktiki qəbul etmişdir. Bu məhkəmə araşdırması zamanı iddiaçının, üçüncü şəxsin izahatları ilə, həmçinin iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, ilk öncə Masallı rayonu, Qızılağac kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN 0060, Kod 80500038 saylı ilə ümumi birgə mülkiyyətdə olan əmlak üzrə paylar müəyyən edilməlidir. Belə ki, nəzəri cəhətdən ümumi birgə mülkiyyətdə olan əmlakda miras qoyanlar X6 və X18 hər birinin 1/3 payı vardır. Həmçinin, qeyd olunmalıdır ki, ümumi birgə mülkiyyətdə olan digər mülkiyyətçi X7 da həmin ümumi mülkiyyətdə 1/3 payı vardır. Belə olan halda ümumi mülkiyyətdə olan torpaq sahəsi üzrə paylar aşağıdakı kimi müəyyən edilir: X9 1/3, X18 1/3 və X7 1/3 payı vardır. Mərhum ata və anadan qalmış miras əmlak olan torpaq sahəsi onun qızı X16 və oğlu X21 tərəfindən qəbul edilmədiyindən Masallı rayonu, Qızılağac kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN 0060, Kod 80500038 saylı Dövlət aktı ilə nəzərdə tutulmuş 0.76 hektar torpaq sahəsinə münasibətdə paylar aşağıdakı kimi müəyyən edilməlidir: İddiaçı - 2/3 və X7 - 1/3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Qızılağac kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN 0060, Kod 80500038 saylı Dövlət aktı ilə nəzərdə tutulmuş torpaq sahəsinin X10 məxsus 1/3 hissəsinin və X23 məxsus 1/3 hissəsinin onun birinci növbədən vərəsəsi olan İddiaçı tərəfindən faktiki qəbul etməsi müəyyən edilsin. Əmlakda paylar aşağıdakı qaydada müəyyən edilsin: İddiaçı - 2/3 və X7 - 1/3. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2791/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2791/2023
13.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver