Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2793/2023 27.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu 30 mart 2005-ci il təvəllüdlü X2 doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə qeyri-rəsmi nikaha girmiş, birgə faktiki nikahdan 30 mart 2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Lakin doğum ev şəraitində olduğundan və uşağın doğulması barədə tibbi sənəd olmadığından uşağın doğum faktı müəyyən edilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də şəhadətnamənin alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, hazırda həmin faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də doğum faktının müəyyən olunması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, X4 ilə qeyri-rəsmi nikaha girmiş, birgə faktiki nikahdan 30 mart 2005-ci ildə Fariz adlı uşaqları anadan olmuşdur. Fariz ev şəraitində olduğundan və uşağın doğulması barədə tibbi sənəd olmadığından onun doğum akt qeydini rəsmləşdirə bilməmişdir. Ona görə ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun sayır. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, X1 Gülyetər Mazan qızı ilə qeyri-rəsmi nikaha girmişlər. Onların birgə faktiki nikahlarından 2005-ci ildə Fariz adlı uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, X1 Gülyetər Mazan qızı ilə qeyri-rəsmi nikaha girmişlər. Onların birgə faktiki nikahlarından 2005-ci ildə Fariz adlı uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, X1 Gülyetər Mazan qızı ilə qeyri-rəsmi nikaha girmişlər. Onların birgə faktiki nikahlarından 2005-ci ildə Fariz adlı uşaqları ev şəraitində doğulmuşdur. İşdə olan Maraqlı şəxs 03 mart 2023-cü il tarixli, 3-16-5/8-243 saylı məktubundan məlum olur ki, Ərizəçi övladı X2 doğum akt qeydi ilə əlaqədar müraciətdən imtina edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin tibbi arayışından görünür ki, 30 mart 2005-ci il təvəllüdlü X5 praktiki sağlamdır. Masallı Rayon İHB-nin Təklə kənd İƏDÜN-ün arayışından görünür ki, Ərizəçi həqiqətən Masallı rayonunun, Ləngan kəndində yaşayır. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müyyən olunmuşdur ki, X5 30 mart 2005-ci ildə anadan olmuş, doğum ev şəraitində olduğuna görə doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də onun doğum akt qeydi aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarına görə doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. (qayda2.2.) Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. (qayda 2.3.) Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; (qayda 2.8.2.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3.-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə ərizəçinin doğum akt qeydinin aparılması ilə əlaqədar sənədləri doğum faktının məhkəmədə müəyyən olunmadan ala bilməməsi qənaətinə gələrək hesab edir ki, ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 30 mart 2005-ci il tarixdə Masallı rayonu, Təkdam kəndində doğulması faktı müəyyən edilsin. X2 doğum akt qeydində doğulduğu yer Masallı rayonu, Təkdam kəndi, doğum tarixi 30 mart 2005-ci il, adı Fariz, soyadı Musayev, ata qrafasında ata adı X4, ana qrafasında ana adı Ərizəçi qeyd edilsin. Qətnamə rəsmi qasydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) tərəflər Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2793/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2793/2023
27.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver