Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2797/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər X5 və X6 qarşı iştirakları ilə, İddiaçı cavabdehlər Masallı regional «ASAN xidmət» mərkəzində Notariat ofisinə, X5 və X6 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Masallı regional «ASAN xidmət» mərkəzinə, X5 və X6 qarşı X2 miras qalmış Masallı rayonu Musaküçə kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,145 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və bütünlüklə miras əmlaka hüququnun müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 ilə nikahlarını 29 oktyabr 1987-ci il tarixdə qeyd etdirməklə ailə həyatı qurmuşlar. Nikah qeydindən sonra Rzayeva soyadını qəbul etmişdir. Nikahlarından Elçin və Emil adlı uşaqları anadan olmuşdur. X21 30 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Onun valideynləri daha öncədən vəfat etdiyindən birinci növbəli vərəsə kimi o və iki oğlu qalmışdır. Vəfat edənədək Fizuli Rzayevin mülkiyyətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışla Masallı rayonu Musaküçə kəndində 0,145 ha həyətyanı torpaq sahəsi qalmışdır. O, ərinin ölümündən sonra qeyd olunan həyətdən istifadə edərək, o cümlədən orada tikili inşa etdirərək, təsərrüfatı idarə edərək mirası faktiki qəbul etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Mirası sənədləşdirmək istəyərkən notariat kontorunda mümkün olmamış, bu səbəbdən də ərinə aid mirasla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı izahatında bildirdi ki, sözügedən torpağın üzərində haıl-hazırda yarımtikili vardır. Mərhum ərinin mülkiyətində torpaqdan başqa heç nə olmamışdır. Ərinin vəfatından sonra təsərrüfatı idarə etməklə mirası qəbul etmişdir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh X11 mərhum atasından miras qalmış əmlakı qəbuı etmədiyini, təsərrüfatı anasının ifarə etdiyini və miraq qalmış torpaq sahəsinin faktiki olaraq anasının sahibliyində olmasını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X12 iddianı qəbul edərək, mərhum atasından miras qalmış əmlakı qəbuı etmədiyini, təsərrüfatı anasının ifarə etdiyini və miraq qalmış torpaq sahəsinin faktiki olaraq anasının sahibliyində olmasını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Masallı regional «ASAN xidmət» mərkəzində Notariat ofisinə məhkəmə məhkəmədən xahiş etmişdir. məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə məktub göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı ilə nikahlarını 29 oktyabr 1987-ci il tarixdə rəsmiləşdirmişlər və 158 saylı qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 04 may 1989-cu ildə, X12 30 mart 1991-ci ildə doğulmuşlar. Onların atası X10, anası İddiaçıdır. Ölüm haqqında arayışlardan görünür ki, X10 30 dekabr 2013-cü ildə, X7 22 may 2005-ci ildə, X8 06 noyabr 1993-cü ildə vəfat etmişlər. Masallı rayon Musaküçə bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Musaküçə kənd sakini İddiaçı mərhum əri X10 vəfat etdikdən sonra onun ödəmiş olduğu torpaq vergisini, hal-hazırda Musaküçə bələdiyyəsinə İddiaçı ödəyir. Masallı rayon Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ölümündən sonra varisləri- İddiaçı, X11 və X9r. X1 ölümündən miras qalmış həyətyanı torpaq sahəsini, arvadı İddiaçı idarə edir. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Musaküçə kəndində X4 mülkiyyətində 0.145 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X19 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən faktiki qəbul barədə heç bir sənəd olmaması əsası ilə müraciətdən imtina edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, mirası faktiki olaraq qəbul etmələri, eləcə də miras qoyan X14 miras açılan vaxt mülkiyyətində 0,145 ha həyətyanı torpaq sahələrinin olması mübahisəli deyil. Məhkəmənin tədqiq etdiyi sübutlardan, həmçinin iddiaçı və cavabdeh şəxslərin izahatlarından məlum olur ki, Fizuli Rzayevin vəfat etməsindən sonra 0,14 ha miras qalmış torpaq sahəsinə faktiki olaraq onun birinci növbə vərəsələri hamısı qəbul etmişdir. Belə ki, işin hallarına görə Fizuli Rzayevin vəfatından sonra 0,145 ha torpaq sahəsində İddiaçı tikinti işləri aparmış və həmin vaxt Elçin Rzayev və Emil Rzayevin heç bir etirazı olmamışdır. Bu əsas verir ki, Elmira mirası faktiki olaraq qəbul etmişdir. Belə olan halda onun nümayişkəranə sahibliyi faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. X14 digər vərəsələri Elçin Rzayev və Emil Rzayev atalarının mirası qəbul etmədiklərini bildirmişılər. Belə olan halda yeganə qanun üzrə vərəsə İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 miras qalmış Masallı rayonu Musaküçə kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,145 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı İddiaçı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2797/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2797/2023
18.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver