Məhkəmə qərarları › İş №2(050)-28/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-28/2023

11.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-28/2023 11.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X8 (sədrlik edən), məhkəmə iclasının katibi X5, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Masallı rayonu Təkdam kəndində yerləşən JN-0014, kod 80507048 saylı Dövlət aktı və **********86 reyestr nömrəli çıxarışla verilmiş 2.44 hektar pay torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonun Təkdam kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. Masallı rayon X9 1997-ci il 19 noyabr tarixli, 167 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.44 ha torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Bununla bağlı rəsmi sənədləri də vardır. Belə ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən aldıqları çıxarışda, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edir. Cavabdeh Masallı rayon Təkdam kənd sakini Cavabdeh istifadələrində olan torpaq sahəsini qeyr-qanuni olaraq heç bir əsas olmadan zəbt etmişdir. Cavabdeh M. Abdullayevin başqa yerdə özünə məxsus torpaq sahəsi olmasına baxmayaraq, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə heç bir hüququ olmadığı halda, 2016-cı ildən torpaq sahəsində hər il buğda əkir, götürdüyü buğdanı və ot bağlamalarını cavabdeh özünə götürür və heç kimə vermir. 2017-ci ildə 1.20 ha torpaq sahəsinə özbaşına olaraq buğda əkib, məhsulunu və ot bağlamalarını özünə götürmüş və ona heç nə verməmişdir. Hal-hazırda Dövlət Aktı və Çıxarış onun adına olduğu halda, onun əkin sahəsini qanunsuz əkir, becərir. Bununlada onun sözügedən torpaq sahəsinə aid olan sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh onun barəsində heç bir əsas olmadan Masallı rayon Polis Şöbəsinə ərizə vermiş, ona şər-böhtan atmışdır. Cavabdehin qayınları Sultanov Rafiq, Sultanov Əbülfət və Abdullayev Əli onu şərləyib haqqında polis şöbəsinə əsassız yazılarla müraciət etməklə, onu qorxutmaq istəmişlər. Bununla bağlı onu Poliş Şöbəsində də dindirmişlər və o, öz izahatını vermişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh onun qardaşıdır. 2016-cı ildə ataları öldükdən sonra cavabdeh mübahisəli torpaq sahəsində əkin işləri aparmış və oradan götürdüyü məhsuldan ona pay verməməyə başlamışdır. Cavabdehin özünə məxsus torpaq sahəsi olmasına baxmayaraq ona məxsus olan torpaq sahəsini də zəbt edərək əkib-becərir. O, dəfərlərlə cavabdeh qardaşına torpaq sahəsindən çıxmasını tələb etsə də, torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək oradan çıxmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əsaslı olduğundan iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia əsassızdlır. Belə ki, 1997-ci ildə ona və digər ailə üzvlərinə 2 ədəd torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrindən biri ona ot əkmək üçün, digər biri isə atasına tərəvəz əkmək üçün verilmişdir. Onlardan həmin vaxtdan qeyd edilən torpaq sahlərindən əkib-becərməklə istifadə etmişlər. 2016-cı ildə ataları Yasər oldukdən sonra atalarından qalan torpaq sahəsini iddiaçı və onun ailə üzvləri istifadə etmişdir, hazırda istifadə etdiyi mübahisəli torpaq sahəsini atasından almış olduğu icazə əsasında əkib-becərir. Daha sonra iddiaçı ilə arasında mübahisə olduğundan hərə öz torpaq sahəsində əkin-biçin etməyə başlamışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN-0014 kod 80507048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə Masallı rayonu Təkdam kəndində X6, X2, X4, X3, X7, İddiaçı 2.44 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı, X4, X6, X2, X3, X7 Masallı rayonu, Təkdam kəndində xüsusi mülkiyyətlərində 2.4396 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2020-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 04 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu Təkdam kəndi ərazisində İddiaçı və digər ailə üzvlərinın JN- 0014, kod 80507048 saylı Dövlət Aktı ilə 2,44 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında isə 2,29 ha mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Təkdam kəndində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,01 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, Ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddia tələbinə görə Masallı rayonu Təkdam kəndində Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan yuxarıda qeyd edilmiş torpaq sahəsinin müəyyən olunmuş hissəsidir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində 0,99 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsındə olduğu müəyyən edilmişdir. Masallı rayonu Təkdam kəndində Torpaqların elektron kadastr uçotu İnformasiya sistemi baza məlumatına görə iddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı çəpərləmə, hasar çəkilmə işlərinin aparılmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 02 fevral 2023-cü il tarixli, 10/8082 saylı ekspert rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəliləbad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Təkdam kəndi ərazisində İddiaçı və digər ailə üzvlərinin JN-0014, kod 80507048 saylı Dövlət aktı ilə 2,44 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında isə 2,29 ha mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən, 3/4 Masallı rayonu Təkdam kəndində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 1,01 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Təkdam kəndində Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan yuxarıda qeyd edilmiş torpaq sahəsinin müəyyən olunmuş hissəsi olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində 0,99 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********13 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Təkdam kəndində Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına görə iddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı çəpərləmə, hasar çəkilmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ekspert və mütəxəssis rəyi ilə iddianın qismən əsaslı olması müəyyən edilir. Belə ki, qeyd edilən rəylərdən görünür ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində 0,99 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsindədir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinın müəyyən bir hisəsi digər şəxsin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh faktiki istifadəsində olan iddiaçıya və ailə üzvlərinə məxsus Masallı rayonu, Təkdam kəndində yerləşən 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0,99 hektar hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 02 fevral 2023-cü il tarixli, 10/8082 saylı ekspert rəyini tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirib iddianın qismən təmin edilməsi baxımından mötəbər sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı və ailə üzvlərinə məxsus Masallı rayonu Təkdam kəndində yerləşən 2,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq istiqamətində yerləşən 0,99 hektar hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar