Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-29/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının katibliyi, Məhkəmə iclas katibi X2, İddiaçı6 və vəkili Vəkil iştirakları ilə. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinə qarşı zəbt edilmiş yolun açılması tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən zəbt edilən ümumi istifadədə olan avtomobil yolunun açılması barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiadan imtina etmələri ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Mahmudavar kəndi ilə Masallı rayon, Hişkədərə kəndlərini birləşdirən bir neçə avtomobil yolları mövzuddur. Həmin yollardan birini də cavabehlər qanunsuz olaraq zəbt edərək iddiaçıların evinə və həyətyanı torpaq sahələrinə gedən yolu bağlamışlar. Yolun qurtaracağı su ötürücü kanal olduğundan və cavabdehlərdə həmin kanalı öz mülkiyyətləri hesab etdiklərindən həyətyanı sahələrinə salmışlar. Cavabdehlərin bu qanunsuz hərəkətlərinə Masallı rayon Mahmudavar Bələdiyyəsinin sədri də göz yumur. İstər reyestr xidmətinə, istərsə də başqa dövlət orqanlarına dəfələrlə müraciətləri olmuş və mübahisəli əraziyə mütəxəsislər tərəfindən baxış keçirilmiş və onlara bildirilmişdir ki, cavabdehlərin zəbt etdikləri torpaq sahəsi ümumi istifadədə olan avtomobil yoludur. Kənd əhalisi olaraq mübahisəli su ötürücü kanalın üzərinə inşa ediləcək körpünün maliyyə xərcləri də kənd sakinləri tərəfindən yığılmışdır. Dəfələrlə cavabdehlərlə yolun açılması barədə söhbətlər olmuş və heç bir nəticə verməmişdir. Cavabdehlər özlərinə bəraət gətirir ki, guya onların həyətyanı torpaq sahəsinə alternativ yolları var və bu yola ehtiyacları yoxdur. Cavabdehlərin bu fikri heç bir qanuna və ədalət prinsipinə uyğun deyildir. Cavabdehlərin zəbt etdikləri ərazi xəritədə də yol kimi qeydə alınmışdır. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər yolun üzərində hasar tikmişlər. Yoldan istifadə edə bilməməsi çətinlik yaradır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı6 vəkili Vəkil iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinin nümayəndəsi-sədri X3 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, mübahisəli ərazi gediş-gəliş yolu kimi nəzərdə tutulmuşdur. Lakin 10-15 il bundan əvvəl yolun üzərində ağaclar əkilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı5 və İddiaçı4 məhkəməyə göndərilmiş 02 avqust 2023-cü il tarixli izahatlarında bildirmişlər ki, İddiaçı6 onları aldadaraq, mübahisəli ərazidə elektrik xətti çəkmək adı ilə, orada yolun olması ilə əlaqədar sənədə imza etdirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, İddiaçı6 xüsusi mülkiyyətinə 0.1155 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 23 aprel 2024-cü il tarixli, 3-16-16/2- 10/2746 saylı rəyindən məlum olur ki; -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024cü il tarixli, 3-21-3-43/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, mübahisəli gediş-gəliş yolunun (dalanın) cavabdehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024cü il tarixli, 3-21-3-43/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, tərəflər arasında mübahisələndirilən yol gediş-gəliş yolu (dalan) kimi nəzərdə tutulmuşdur. Bu mübahisəli gediş-gəliş yolu (dalan) bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024cü il tarixli, 3-21-3-43/2-1244/2024 №-li mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı6 Rəcəbli qızının həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün piyada, avtomobil) iddia olunan yolun Hişkədərə kəndi ərazisindən qərb istiqamətinə mövcud olduğu müəyyən edildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinə gediş gəliş yollarının yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, 1) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisəli gediş-gəliş yolunun (dalanın) cavabdehlər Cavabdeh1 faktiki istifadə kimi plana alınmış həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edildi. 2) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən tərəflər arasında mübahisələndirilən yol gediş-gəliş yolu (dalan) kimi nəzərdə tutulmuşdur. Bu mübahisəli gediş-gəliş yolu (dalan) bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsi kimi saxlanılmışdır. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. 3) Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı6 həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün (piyada, avtomobil) iddia olunan yolun Hişkədərə kəndi ərazisindən qərb istiqamətinə mövcud olduğu müəyyən edildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinə gedişgəliş yollarının yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MM-nin 6.1.1 və 6.1.7-6.1.9-cu maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 170.1-170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın əsaslı olması üçün, iddiaçıların hüquq və mənafeləri qeyd olunmuş maddi normalara uyğun pozulması halı müəyyən edilmir. İddiaçılar yolunun bağlanmasını iddia etsə də, yerində baxış zamanı işin müəyyən edilmiş hallarına və məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıların əsasları öz təsdiqini tapmamışdır. Belə olan halda iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80 və 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada məhkəmə tikintitexniki obyektlərinin tədqiqi ekspertiza xərci 50 manat alınaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Masallı rayonu, Mahmudavar bələdiyyəsinə qarşı zəbt edilmiş yolun açılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada məhkəmə tikintitexniki obyektlərinin tədqiqi ekspertiza xərci 50 manat alınaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-29/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-29/2024
13.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver