Məhkəmə qərarları › İş №2(050)-291/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-291/2024

20.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-291/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Kərimli Famil Ələsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmışdır. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə mərhum X2 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən cavabdeh İddiaçı Ələkbər oğlunun çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin cavabdeh İddiaçı Ələkbər oğlunun hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra sənədi verilmiş və 13 noyabr 2023-cü il tarixdə icra edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə onun Cavabdeh icarəsində olan Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsində özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən çıxarılmağı və həmin ərazidə inşa etdiyi tikilinin hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edildiyi halda, qanuni əsaslarla Masallı Rayon Ərkivan Bələdiyyəsindən alğı-satqı müqaviləsi əsasında satın aldığı cavabdehin icarəsində olan 0.25 ha torpaq sahəsinin cənubunda yerləşən 0.06 ha torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin hərəkətləri qanunsuz olmaqla mülkiyyət hüququnu pozur. Məhkəmə qətnaməsində şərq tərəfdən göstərdiyi halda ona məxsus torpaq sahəsi cənubda yerləşir. Masallı Rayon İcra və Probasiya şöbəsi ona bildiriş göndərmədən xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsində yerləşən ona məxsus tikilini sökmüş, icra məmurunun məhkəmə qətnaməsinin icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə ona təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə icra icraatına xitam verilməsi barədə qərar ona çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə isə icra məmuru ərazidə yenidən icra hərəkətlərini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus bina sökülən zaman Masallı Rayon Polis şöbəsinin əməkdaşları onu və qardaşı Nümayəndə Şöbəyə aparmışlar, bina söküldükdən sonra buraxmışlar. Sirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi qərara alınmışdır. Həmin iş üzrə aparılmış araşdırma bir daha sübut edir ki, həmin torpaq sahəsi ona məxsusdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia tələbi təkrar olaraq məhkəməyə verilmişdir. Belə ki, o, İddiaçı Ələkbər oğluna və qeyrilərinə qarşı qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə mərhum X2 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən cavabdeh İddiaçı Ələkbər oğlunun çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin cavabdeh İddiaçı Ələkbər oğlunun hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra sənədi verilmiş və icra edilmişdir. Eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə işə baxıldığı üçün bir daha baxıla bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi düzgün deyil. Qətnaməyə əsasən verilmiş icra sənədini icra məmuru düzgün icra etməmişdir. İcra məmurunun hərəkətlərindən, icra prosesinin nəticəsindən razı deyil. İcra prosesi zamanı Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi Cavabdeh verilmişdir. Halbuki, torpaq sahəsi İddiaçı Bələdiyyə qərarı ilə satılmış və həmin qərar əsasında torpaq sahəsi üzərində hüquq yaranmışdır. İddia eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə baxılmış tələb deyil. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: 09 dekabr 2022-ci il tarixdə verilmiş 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı icra vərəqəsində göstərilir ki, mərhum X2 icarəyə verilmiş və Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsindən özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən cavabdeh İddiaçı Ələkbər oğlu çıxarılsın və həmin ərazidə inşa edilmiş tikili cavabdeh İddiaçı Ələkbər oğlunun hesabına sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin. 13 noyabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, 2(050)-222/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən tam icra olduğu üçün xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(050)-481/2023 saylı qərardadından görünür ki, tələbkar (ərizəçi) Cavabdeh şikayətinin təmin edilməsi, Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 13 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. 14 dekabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardan görünür ki, 2(050)-222/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən tam icra olduğu üçün xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilir ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmuru tərəfindən Cavabdeh verilmişdir. Halbuki, həmin torpaq Bələdiyyə qərarı ilə Əliəşrəfə satılmışdır. İş materialları araşdırılmış, icra işinin materialları alınmış, mübahisə ilə bağlı məhkəmənin icraatında olmuş ayrı-ayrı işlər öyrənilmiş, müəyyən edilmişdir ki, mövcud mübahisə Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsinin icrası ilə bağlıdır. Bunu iddia ərizəsində göstərilənlər, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, iş materiallarında olan sənədlər, o cümlədən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilənlər təsdiq edir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədə də göstərilir ki, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmuru tərəfindən Cavabdeh verilmişdir. Halbuki, həmin torpaq Bələdiyyə qərarı ilə Əliəşrəfə satılmışdır. İddiaçı (icra sənədi üzrə borclu) Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsi ilə bağlı verilmiş icra sənədinin icra məmuru tərəfindən düzgün icra edilməyərək, Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsinin Cavabdeh (icra sənədi üzrə tələbkar) verilməsini iddia edir. Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə 14 dekabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. MPM-in 261.01. və 161.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir (maddə 20.3, 20.4, 20.5 və 26). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Plenum Qərarında göstərilir ki, “...İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanuvericiliyin tələbinə əməl etməyərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, özünü iddiaçı, qarşı tərəfi cavabdeh kimi göstərmiş, Cavabdeh Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə son olaraq 14 dekabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Həmin məsələlər iddiaçıya izah edilmiş, o, isə bunları nəzərə almayaraq, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)- 222/2021 saylı qətnaməsinin icra məmuru tərəfindən düzgün icra edilməməsi üçün iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçının iddia ərizəsi üzrə tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi 13 noyabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar Masallı Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(050)-481/2023 saylı qərardadı ilə ləğv edilmiş, Masallı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(050)-222/2021 saylı qətnaməsinin icrası ilə bağlı sonradan 14 dekabr 2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Cavabdeh Masallı Rayon Ərkivan Bələdiyyəsinin 06 iyun 2005-ci il tarixli, 05 saylı qərarı ilə ona satılmış 0.06 ha torpaq sahəsindən çıxarılması” barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi tərəflərə izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar