Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2926/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi və onun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 1968-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulan Ərizəçi doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi və həmin şəhadətnamədə ata qrafasında “X17”, ana qrafasında “X8” qeydlərinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində (Molaoba kəndi) ev şəraitində doğulduğu üçün ona həkim tərəfindən hər hansı bir tibbi sənəd verilməmişdir. Həmin vaxt ailəsinin səhlənkarlığı ucbatından onun kimliyini təsdiq edən doğum haqqında şəhadətnamə alınmamışdır. xx.xx.2025-ci il tarixdə doğum şəhadətnaməsinin alınması ilə bağlı Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etdikləri zaman qeydiyyat şöbəsindən “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi məxsus doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçi 1986-cı ildə Masallı rayonu Mollaoba kəndində orta məktəbi bitirdikdən sonra o zaman qüvvədə olan Sovet Sosialist Respublikasının pasportunu “qırmızı pasport” deyilən sənəd almış, sonra ailə quraraq həmin sənədlə Rusiyaya köçmüşdür. Rəsmi nikahı olmamışdır. Müstəqillik illərində qayıdıb Masallı rayonuna köçmüş, övladı doğulmuşdur. Hələ kənddə olarkən evdəki bütün sənədlər ehtiyatsızlıqdan yanaraq məhv olmuşdur. Ailədəki digər şəxslərin sənədləri bərpa olunsa da, Ərizəçi doğum haqqında şəhadətnaməsi yandığından və rayon Qeydiyyat şöbəsinin arxivindən tapılmadığından bərpa edilməsi mümkün olmamışdır. İlk öncələr buna fikir verilməsə də, sonralar bu prosesin aparılması çətinləşmişdir. Daha sonra Rayon Polis Şöbəsinin qeydiyyat vəsiqələrinin verilməsi şöbəsinə dəfələrlə müraciət etsələr də, ilkin şəxsiyyət vəsiqəsi olmadığından qeydiyyatda olmağı ilə bağlı hər hansı məlumat tapılmamışdır. Belə ki, Ərizəçi yaşayış və qeydiyyat yerinin müəyyən edilməsi üçün ilk dəfə Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin sədri cənab Teymur Əliyevə xx.xx.2025-ci il tarix, 19VB-137/2025 saylı sorğuya verilmiş cavaba əsasən Ərizəçi Masallı rayonu Boradigah qəsəbəsində qeydiyyatda olmadığı, eyni zamanda onun hazırda Masallı rayon Boradigah qəsəbəsində yaşamadığı göstərilmişdir. Əlavə məlumat olaraq isə onlara Ərizəçi oğlu X9 nümayəndəliyə müraciət edərək anasının xx.xx.1968-ci il tarixdə doğulduğunu bildirərək onun tanınmasını müraciət əsasında Mollaoba kəndində X2 ünvanında olmuş və bu barədə akt tərtib edildiyini və aktda iştirak edənlər Ərizəçi X3 arvadı olduğunu, hal-hazırda onların Bakı şəhərində yaşadıqlarını bildirməsi göstərilmişdir. Nüməyəndəlik tərəfindən onlara göndərilən həmin cavab məktubuna əlavə edilmiş X13, X7, X10, X18, X5, X9 tərəfindən xx.xx.2025-ci il tarixli verilmiş izahatlar və aktda həqiqətən Ərizəçi xx.xx.1968-ci il tarixdə Masallı rayon Mollaoba kəndində doğulması faktı təsdiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə verilmiş vəkil sorğusuna əsasən verilən arayışda xx.xx.1968-ci il (xx.xx.1968) təvəllüdlü Ərizəçi hər hansı ünvanda qeydiyyatda olması barədə bir məlumat olmadığı qeyd edilmişdir. Eyni zamanda, Ərizəçi xx.xx.1993-cü il təvəllüdlü övladı X4 doğum haqqında şəhadətnaməsinin ana qrafasında “Ərizəçi” qeyd edilmişdir. Hazırda Ərizəçi səhhətində ciddi problemlər yaranmış, tibbi əməliyyat olunma zərurəti yaranmış lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün səhhətində yaranan problemlərlə əlaqədar olaraq hər hansı bir xəstəxanada müalicə ala bilməsi mümkün deyildir. Bu hal isə birbaşa olaraq onun həyati təhlükəsinə səbəb olur. Bununla əlaqədar Ərizəçi doğum faktının müəyyən edilməklə müvafiq şəhadətnamənin alınması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Hazırda Ərizəçi bir ana olaraq doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına və nəticədə bu hal onun cəmiyyətdən təcrid olunmasına bu Dövlətin bir fərdi olaraq işləməsinə yaşayıb yaratmasına ciddi maneçilik törədir. Odur ki, məhkəməyə müraciət edilmişdir. İş üzrə alınmış izahatlar: Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşının əmisi qızıdır. Onlar Bakı şəhərində yaşayırlar. Arabir Mollaoba kəndinə gəlib-gedirlər. Onun ərinin adı Rəssamdır, onların Rəşid adlı bir uşaqları olmuşdur.Ərizəçi X1 Masallı rayonu, Mollaoba kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi Masallı rayonu Mollaoba kəndində doğulmuşdur. Onun atası və anasını tanıyır. Onun atasının adı Əli, anasının adı X8 olmuşdur. Eyni zamanda o, Rəssamın həyat yoldaşdır. Onların Rəşid adlı bir övladları vardır. Onlar əvvəllər Rusiyada yaşamışlar, hazırda isə Bakı şəhərində yaşayırlar, lakin arabir kəndə də gəlib-gedirlər. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1968-ci il (xx.xx.1968) təvəllüdlü Ərizəçi hər hansı üvnada qeydiyyatda olması barədə bir məlumat yoxdur. Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-66-3/2-112/2025 saylı məktubundan görünür ki, Ərizəçi Masallı rayonu Boradigah qəsəbəsində qeydiyyatda deyil, eyni zamanda o, hazırda Masallı rayon Boradigah qəsəbəsində yaşamır. Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 17 may 2015-ci il tarixli aktından görünür ki, X4 anasının xx.xx.1968-ci il tarixdə doğulduğuna dair məlumat verilməsinə dair müraciəti əsasında akt tərtib edilmiş, aktın tərtib edilməsində iştirak edənlər Ərizəçi X3 arvadı olduğunu, əvvəllər Mollaoba kəndində yaşadıqlarını, halhazırda onların Bakı şəhərində yaşadıqlarını bildirmələri göstərilmişdir. Nüməyəndəlik tərəfindən X13, X7, X10, X18, X5, X9 tərəfindən xx.xx.2025-ci il tarixli izahatları alınmış və akta əlavə edilmişdir. Masallı Rayon Qeydiyyat şöbəsinin 25 aprel 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1968-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və onun doğum haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, X4 xx.xx.1968-ci ildə doğulmuş anası Ərizəçi doğumun qeydə alınması barədə ərizəsinin qəbulundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 09 sentyabr 1993-cü ildə Masallı rayon Boradigah qəsəbəsində doğulmuşdur. Onun atası X11, anası Ərizəçidır. Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Masallı rayon Boradigah qəsəbəsi üzrə 1968-ci ilin ev təsərrüfatlarının uçotu kitabları X14 təhvil verilmişdir. Həmçinin, Ərizəçi və ailə üzvləri Boradigah qəsəbəsində qeydiyyatda olmadıqları üçün onlara torpaq islahatı zamanı torpaq sahəsi ayrılmamışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-2083/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X4 09 sentyabr 1993-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 məxsus doğum akt qeydinin ata qrafasında X11, ana qrafasında isə Ərizəçi yazılması qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ərizəçi doğumuna dair qeydlər aparılmamış, bununla bağlı Qeydiyyat orqanına müraciət etmiş, doğum faktına dair tibbi arayış təqdim edilməsi mümkün olmadığından bu barədə qeydin aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə qeyd edir ki, Ərizəçi doğulmasından uzun müddət keçməsi və doğumuna dair hər hansı tibbi arayışın olmaması doğumla bağlı qeydlərin aparılmasını mümkünsüz edir. Ona görə də onun doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilməlidir ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Masallı rayonu Mollaoba kəndində doğulması faktı iş üzrə toplanmış sənədlər və alınmış izahatlarla təsdiq edilmişdir. Belə ki, Boradigah İcra Nümayəndəliyinin Ərizəçi doğumu ilə əlaqədar apardığı araşdırma zamanı həmin kənd sakinlərinin izahatları alınmış və akt tərtib edilmişdir. İzahatlar alınarkən Ərizəçi fotoşəkili həmin şəxslərə təqdim edilərək münasibətləri öyrənilmiş, onlar şəkildəki qadının Mollaoba kəndində anadan olduğunu təsdiq etmişlər. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də ifadələrində X12 tanıdıqlarını, onun Masallı Rayonu Mollaoba kəndində doğulduğunu təsdiq etmişlər. Həmçinin, qeyd edilməlidir ki, Masallı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə X4 Masallı Rayonu Boradigah qəsəbəsində doğulması faktı müəyyən edilmiş və doğum haqqında şəhadətnamədə “ana” qrafasında “Ərizəçi”nın qeyd edilməsi qət edilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, həqiqətən də Ərizəçi doğulmuş, evlənmiş və həmin evlilikdən onun övladı dünyaya gəlmişdir. Bu halın özü də Ərizəçi mövcud olduğunu, yəni dünyaya gəlməsi, doğulması faktını dolayısı yolla təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, Ərizəçi 03 fevral 1968-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulması faktı müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 03 fevral 1968-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi məxsus doğum akt qeydinin ata qrafasında “X17”, ana qrafasında “X8” yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Masallı regional «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2926/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2926/2025
27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver