Məhkəmə qərarları › İş №2(050)-296/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-296/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-296/2024 17.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X17 voğlunun, Ərizəçinun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6 10 noyabr 2023-cü ildə Masallı rayonu Təzəkənd kəndində anadan olması faktının müəyyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən doğum yerinin Masallı rayonu, Təzəkənd kəndi, doğum tarixinin 10 noyabr 2023-cü il, ata qrafasında X12, ana qrafasında Ərizəçi, adının, soyadının və ata adının X4 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X12 ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2023-cü il tarixdə ev şəraitində Zümra adlı qızları anadan olmuşdur. Həmin vaxt qış ayları olduğundan, hava soyuq olduğunundan, gecə gec saatları olduğundan, həmçinin maddi imkanları olmadığından xəstəxanaya müraciət edə bilməmişlər. Sonradan isə şəxsi problemləri ilə əlaqədar, həmçinin uşaq ev şəraitində anadan olduğundan doğulan uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığından səndələşmələrin aparılmasında problemlər yaranmışdır. Uşağı adi qrip olduğu zaman xəstəxanaya qəbul etmirlər ki, sənədləri yoxdur. Qeydiyyat şöbəsinə müraciət etdiyi vaxt isə ona doğum faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etmək hüququm izah olunmuşdur. Doğum haqqında şəhadətnamə olmadığı üçün bir çox sənədləri ala bilmirlər və qanunla müəyyənləşdirilmiş bir çox hüquqlardan istifadə edə bilmirlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdilər ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 10 noyabr 2023-cü ildə Masallı rayonun Təzəkənd kəndində ev şəraitində qadın cinsində uşaq dünyaya gətirmişdir. Doğumdan sonra qız uşağının adı Zümrə qoyulmuşdur. Məhkəmənin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi 10 noyabr 2023-cü ildə Masallı rayonun Təzəkənd kəndində ev şəraitində qız cinsində uşaq dünyaya gətirmişdir. Doğumdan sonra qız uşağının adı Zümrə qoyulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X8 arasında 05 sentyabr 2022-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində 838 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Səfərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx xxxx 2003-cü ildə Yardılı rayonunda anadan olmuşdur. X3, anası X1r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-243 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları ərizəçiyə izah edilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən təqdim edilmiş 25 noyabr 2023-cü il tarixli, 1029 nömrəli arayışdan görünür ki, Masallı rayonu Təzəkənd kənd sakini Ərizəçi ailə üzvləri-əri X12, Səfərova Zeynəb (Zümra) İsrail qızıdır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-60/3-1740/2023 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin doğum şöbəsində stasionar müalicədə olmuşdur. Diqanozu doğuşdan sonra erkən dövrdə baş verən qanaxma olmuşdur. Xəstənin doğuşu xəstəxanada baş verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə təmin edilməli, X6 10 noyabr 2023-cü il tarixdə Masallı rayonu Təzəkənd kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 10 noyabr 2023-cü il tarixdə Masallı rayonu Təzəkənd kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. X10 məxsus doğum akt qeydinin ata qrafasında X12, ana qrafasında isə Ərizəçi yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar