Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3/2023 25.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabdeh Sərəstan oğlunun iştirakı ilə, İddiaçı Masallı Rayonu Boradigah Bələdiyyəsinin Cavabdeh Sərəstan oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Masallı Rayonu Boradigah Bələdiyyəsinin Cavabdeh Sərəstan oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və inşa edilmiş tikilinin sökülməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı Masallı Rayonu Boradigah Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh Sərəstan oğlu işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddiaçı Masallı Rayonu Boradigah Bələdiyyəsinin nümayəndəsinin məhkəmə baxışı iclasına üzürlü səbəb olmadan gəlməməsini və Cavabdeh Sərəstan oğlunun işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-nin 260.4. və 260.5.-ci maddələrinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Masallı Rayonu Boradigah Bələdiyyəsinin Cavabdeh Sərəstan oğluna qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3/2023
25.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver