Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-30/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, sərhədlərin müəyyən edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması, sərhədlərin müəyyən edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus Masall rayonu Mahmudavar kəndində yerləşən 0.6 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, Cavabdeh ona məxsus torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısı olmaqla əvvəllər aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 046 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.6 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ata həyətinə yaxın olmaqla həmin torpaqdan o, istifadə etmişdir. Lakin bacısı Udmirə əsassız yerə həmin torpağı zəbt edərək onu oraya buraxmır. Dəfələrlə söhbətlər aparmağına baxmayaraq cavabdehlə məsələni sülh yolu ilə qurtara bilməmişlər. Eyni zamanda torpağın sərhədləri ilə bağlı aralarında mübahisə var və cavabdeh torpaq sahəsinə heç kimi qoymadığından o, hər hansı bir mütəxəssisin köməyi ilə torpaq sahəsinin sərhədlərini müəyyən edə bilmir. Odur ki, ona Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə verilmiş 0.6 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh bildirir ki, “Torpaq sahəsini anam bizə alıb verib”. Torpaq sahəsini vermir. Oğlu üçün ev tikmək istəyir. Torpaq həyətyanı torpaq sahəsidir. Çıxarış almaq istəyir, lakin cavabdeh imkan vermir. Mübahisələri 5 ildir davam edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: JN-115A kod 80515018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 nömrəli qərarı ilə Masallı rayonu, Mahmudavar kəndində İddiaçı, X3, X4 və X6 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 02 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayon Aqrar islahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə Masallı rayon Mahmudavar təsərrüfatının ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən JN-115A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayon Aqrar islahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə Masallı rayon Mahmudavar təsərrüfatının ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən JN-115A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi cavabdeh X2 faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyul 2025-ci il tarixli, 10/4435 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-2421/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar islahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə Masallı rayon Mahmudavar təsərrüfatının ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən JN-115A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayon Aqrar islahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə Masallı rayon Mahmudavar təsərrüfatının ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən JN-115A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi cavabdeh X2 faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 21 iyul 2025-ci il tarixli, 10/4435 saylı ekspert, həmçinin həmin ekspert rəyinin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə qeyd edilən hissədə iddianın əsaslı olması qənaətinə gəlinir. Həmin rəylərdən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin sahibliyindədir və həmin sahiblik qanunsuzdur. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********000003930, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 nömrəli qərarı ilə verilmiş JN-115A kod 80515018 səhadətnaməyə əsasən Masallı rayonu, Mahmudavar kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsindən çıxarılsın. Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 nömrəli qərarı ilə verilmiş JN-115A kod 80515018 səhadətnaməyə əsasən Masallı rayonu, Mahmudavar kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilsin. Cavabdeh Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 nömrəli qərarı ilə verilmiş JN-115A kod 80515018 səhadətnaməyə əsasən Masallı rayonu, Mahmudavar kəndində yerləşən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsi üzərində qanunsuz hərəkətlərinə son qoyulsun. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********000003930, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-30/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-30/2025
01.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver