Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3018/2025 07.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Quliyeva (Əliyeva) Qızdarxanım Hidayət qızından miras qalmış Masallı rayonu, Şıxlar kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsində 1/4 hissədə, 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/5 hissədə miras payın onun tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş və hazırda həmin kənddə yaşayır. Mərhum anası X9 ilə mərhum atası X16 birgə nikahlarından o, və iki bacısı dünyaya gəlmişdir. X2 vəfat etmiş, X19 hazırda yaşayır. Mərhum anası, həyat yoldaşı və uşaqlarının mülkiyyətinə Masallı Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən Masallı rayonu, Şıxlar kəndində 0,31 ha həyəytanı və 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri ümumi birgə mülkiyyətdir. 0,31 ha torpaq sahəsində payçıların 1/4 hissədə, 0,81 ha torpaq sahəsində isə 1/5 hissədə payları vardır. O, mərhum anasından qalmış miras əmlakı idarə etmiş, onun yas mərasimini təşkil etmiş, ondan qalan evdə ailəsi ilə birlikdə yaşayır. Həmin miras əmlakda yaşadığı üçün faktiki qəbul etmişdir. Mərhum anası vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi olaraq o və bacısı Zəhra Mehdiyeva qəlmış, bacısı Zəhra Mehdiyeva həyat yoldaşına etibarnamə vermiş və miras əmlakdan pay tələb etmir. Mərhum anasından qalmış miras əmlakı o, qəbul etmiş və idarə etmişdir. Atası ilə anasının nikahı o, doğulduqdan sonra olduğu üçün atalığı müəyyən olunmamışdır. Həmçinin atası ilə anası rəsmi nikaha daxil olduqdan sonra anasının soyadı Quliyeva olmuşdur. O atasından qalan yox, mərhum anasından qalmış miras əmlakı qəbul etmiş, doğum akt qeydində ana qrafasında X9 qeyd olunmuşdur. Bundan başqa payçılardan olan bacısı mərhum X3 vəfat etmiş, övladı və ailəsi olmamışdır. 0,81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Tahirə Quliyeva da (ata adı səhv yazılmışdır) payçıdır, lakin ondan qalmış miras əmlakı hazırda atalıqları müəyyən olunmadığı üçün və ata adı səhv qeyd edildiyi üçün tələb etmir. Göründüyü kimi mərhum anasından qalmış miras əmlak kütləsi 0,31 ha torpağa münasibətdə 1/4 hissədən, 0,81 ha torpağa münasibətdə 1/5 hissədən barətdir və o, yalnız anasından qalan miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunmasını tələb edir. O, miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti ötürməmiş, anasından qalan miras əmlakı qəbul edərək idarə etmişdir. Bununla bağlı Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli, 1109 saylı məktub əsasında məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Buna görə də, hazırda məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək işi ilə əlaqədar keçiriləcək məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxıb ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius X29 məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X9 arasında Masallı rayon VVAQ şöbəsi tərəfindən bağlanmış 05 yanvar 1979-cu il tarixli, 03 saylı nikah qeydi olmuş, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. - Ölüm haqqında arayışdan görünür ki, X23 12 yanvar 1979-cu ildə qaraciyər serrozu səbəbindən Masallı rayonu, Yeddioymaq kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11 noyabr 2017-ci il tarixdə hemorragik insult səbəbindən Masallı rayonu, Şıxlar kəndində ölmüşdür. - Doğum haqqında arayışdan görünür ki, Ərizəçi 02 aprel 1969-cu ildə doğulmuş, atası --- Hüseynbala Həsən oğlu, anası X6r. - JN-522A, KOD 80500068 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997ci il tarixli, 166 nömrəli qərarı ilə X5, X12, X22 və X17 mülkiyyətinə 0.31 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - JN-528, KOD 80500068 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə X5, X12, X11, X17 və X22 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.81 hektar torpaq sahəsi verilmişdir. -Masallı RİHB-nin Şıxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli, 182 saylı arayışdan görünür ki, Əliyev X13 rayonu, Şıxlar kəndində qeydiyyatdadır və hal-hazırda Şıxlar kəndində yaşayır. Onun bacısı 18 aprel 1957-ci il təvəllüdlü X10 13 fevral 2005-ci il tarixdə vəfat etmiş və onun məzarı Şıxlar kənd qəbrstanlığında yerləşir. -Masallı RİHB-nin Şıxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 avqust 2025-ci il tarixli, 241 saylı arayışdan görünür ki, Ərizəçi anası X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Şıxlar kəndi olmuş, Ərizəçi ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayır. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları-qızı X14r. X1 qeyd olunan vərəsələrdən başqa vərəsələri yoxdur. - Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 16 aprel 1957-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş X7 ailə vəziyyəinin müyyən edilməsi məqsədilə xx.xx.1975-ci ildən xx.xx.2005-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. - Masallı regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 15 mart 1938-ci il tarixdə Masallı rayonu, Xallıcallı kəndində anadan olmuş X4 ailə vəziyyəinin müyyən edilməsi məqsədilə xx.xx.1979-cu il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi miras qoyan X1 doğma oğlu olmaqla birinci növbə vərəsəsidir. Miras qoyan Qızdarxanım Əliyeva xx.xx.2017-ci ildə vəfat etmişdir. Miras əmlak Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1997-ci il tarixli, 166 nömrəli qərarı ilə mülkiyyətə verilmiş 0.31 hektar həyətyanı və 0.81 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən ibarətdir. Miras qoyanın ərizəçidən başqa birinci növbə olan vərəsəsi X14r. Qeyd olunan miras əmlak birinci növbə vərəsə kimi ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş və onun tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə mərhum Quliyeva (Əliyeva) Qızdarxanım Hidayət qızından miras qalmış JN-522A, KOD 80500068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Şıxlar kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinin və JN-528, KOD 80500068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Masallı rayonu, Şıxlar kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinin qanun üzrə birinci növbə vərəsə Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Mərhum Quliyeva (Əliyeva) Qızdarxanım Hidayət qızından miras qalmış JN-522A, KOD 80500068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Şıxlar kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsinin və JN-528, KOD 80500068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Masallı rayonu, Şıxlar kəndində yerləşən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinin qanun üzrə birinci növbə vərəsə Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-3018/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3018/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver