Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3033/2025 12.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 maraqlı şəxs qismində, Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 miras qalmış, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən və 04 sentyabr 2024-cü il tarixli **********02 nömrəli reyestr çıxarışına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi onun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, qardaşı X10, bacıları X7 və X8 vəfat etmişdir. Sadiq Quliyevin arvadı Təhminə Quliyeva və yetkinlik yaşına çatmış üç uşağı, Nərgiz Fərəcovanın əri Söhbət Fərəcov və yetkinlik yaşına çatmış üç uşağı, Səadət Yusubovanın isə əri Etibar Yusubov və yetkinlik yaşına çatmış beş uşağı vardır və onlar sağdırlar. Onların çox hissəsi ölkədən yaşamır və onların heç birinin miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə bağlı razılığı yoxdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər və ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, maraqlı şəxslər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov 17 oktyabr 2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədikləri üçün işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxslərin və ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli, 410 nömrəli arayışdan görünür ki, Ərizəçi anası X5 27 mart 2003-cü ildə vəfat etmişdir. X4 aşağıdakı vərəsələri qalmışdır: Ərizəçi, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, X10, X7 və X8. X3, X7 və X8 vəfat etmişdir. Hüquqi faktın müəyyən edilməsi barədə ərizədən görünür ki, X4 vərəsələrindən yalnız Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qeyd edilmişdir. X1, X7 və X8 vəfat etmiş, lakin onların vərəsələri iş üzrə maraqlı şəxs qismində ərizədə qeyd olunmamaqla yanaşı, ümumiyyətlə onların vərəsələrinin olub-olmaması, olduğu halda vərəsələr tərəfindən miras əmlakla bağlı mübahisə olub-olmamasına dair iş materiallarında hər hansı bir sənəd yoxdur. Lakin ərizəçi bildirmişdir ki, Sadiq Quliyevin arvadı Təhminə Quliyeva və yetkinlik yaşına çatmış üç uşağı, Nərgiz Fərəcovanın əri Söhbət Fərəcov və yetkinlik yaşına çatmış üç uşağı, Səadət Yusubovanın isə əri Etibar Yusubov və yetkinlik yaşına çatmış beş uşağı vardır və onlar sağdırlar. Onların heç birinin miras əmlakın onun tərəfindən qəbul edilməsi ilə bağlı razılığı yoxdur. Eyni zamanda ərizəçinin hüquq münasibətinin iştirakçısı kimi miras əmlaka dair hüququn yalnız ona məxsus olmasını iddia etməsi vərəsələr arasında fikir ayrılığının olmasına dəlalət edir. Belə ki, digər şəxslərin vərəsə olaraq mübahisəli torpağa dair hüquqları vardır və qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakın vərəsələr tərəfindən qəbul edilməməsi onların miras əmlakdan imtina etməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarı ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin qərarın 1.5-ci bəndinə əsasən hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Eyni zamanda ərizəçi və maraqlı şəxslərə izah olunur ki, onların ümumi əsaslarla iddia vermək hüququ vardır. İş materiallarından görünür ki, Ərizəçi hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:05). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 maraqlı şəxs qismində, Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi ərizəçi tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 11:05) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-3033/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3033/2025
12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver