Məhkəmə qərarları › İş №2(050)-3057/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3057/2023

20.09.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3057/2023 20.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçilər Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1 .-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261,0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Cənub filialına ödənilmiş (xx.xx.2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142213, xidmət kodu 14221303, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ90CTRE**********000,) 100 manat dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 170, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Cənub filialına ödənilmiş (xx.xx.2023-cü il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142213, xidmət kodu 14221303, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ90CTRE**********000)100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar